Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3175/2021 15.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış 15.12.2016-cı il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX ******* nömrəli, 24.01.2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə 0,10 hektar hesabı ilə 341 kodlu həyətyanı torpaq sahəsi ayrılmışdır. AR Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik-südçülük Sovxozunun 03 iyun 2003-cii il tarixli, 30 nömrəli əmrdən çıxarışına əsasən (vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması haqqında), Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamını, Tərəvəzçiliksüdçülük sovxozu həmkarlar ittifaqının 02 iyun 2003-cü il tarixli 03 nömrəli protokolu nəzərə alınaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı 0,10 hektar hesabı ilə 341 kodlu həyətyanı torpaq sahəsi ayrılmışdır. AR Prezidentinin İşlər İdarəsinin X1 19 may 2016-cı il tarixli arayışından görünür ki, 341 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. Həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuşdur. Torpaq sahəsi alındığı vaxtdan tərəfindən orada fərdi yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evinin tikintisi 1999-cu ildən 2004-cLi ilədək davam etmişdir. Torpaq sahəsinin alınması 1999-cu il tarixdən olmasına baxmayaraq, torpağın və fərdi yaşayış evinin sənədləşdirilməsi 2016cı ilə təsadüf edir. 07.06.2016-cı ildə İddiaçı adına həmin torpaq sahəsinin (Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 341 C) planı və ölçüsü tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX ******* nömrəli, 07.06.2016-cı il tarixli çıxarışla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 341C ünvanında yerləşən 0.0965 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı qızma verilmişdir. Cavabdeh onun bacısı oğludur. Cavabdeh ailə qurarkən evinin olmaması səbəbindən həmin evi iddiaçı ona müvəqqəti yaşamaq üçün vermişdir və yalnız sözügedən daşınmaz əmlakın dəyəri tam ödənildikdən sonra həmin əmlaka dair cavabdehin hüquqları yarana bilərdi. Tərəflər arasında olan razılaşmaya əsasən, cavabdeh torpaq sahəsinin və torpaq sahəsi üzərində inşa edilmiş tikilinin əvəzinə iddiaçıya 4 il müddətinə 185.000 manat məbləğində pul ödəməli idi. Həmin vaxt cavabdehin maddi vəziyyəti yaxşı idi, avtomobil alqı-satqısı ilə məşğul idi, həmin məbləğ ödəmək iqtidarında idi. Belə ki, 15.12.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı Bakı şəhəri Xəzər rayonu. Buzovna qəsəbəsi, sahə 341C ünvanında yerləşən ümumi sahəsi 0.0965 ha olan torpaq sahəsini 4.000 manata alıcı Cavabdeh satmışdır. Müqavilədə daşınmaz əmlakın qiyməti formal olaraq 4.000 manat göstərilmişdir. Qeyd edək ki, 0,10 ha torpaq sahəsinin və 157,3 kv.m fərdi yaşayış evinin real bazar dəyərinin qiymətinin 4.000 manat olması qeyri-realdır. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, obyektin hüquqınüəyyənedici sənədlərə əsasən 11.01.2017-ci il tarixinə bazar dəyəri 184.000 manat təşkil edir. Bununla belə, İddiaçı heç bir ödəniş olunmamış, sözügedən daşınmaz əmlaka görə iddiaçı heç bir vəsait əldə etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX ******* nömrəli, 24.01.2017-ci il tarixli çıxarışla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi. 316 saylı ev xüsusi mülkiyyət hüququ ilə Cavabdeh verilmişdir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi cavabdehin mülkiyyətinə əsassız olaraq sözügedən alqı-satqı müqaviləsi əsasında keçmişdir. Göründüyü kimi, Cavabdeh 15.12.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da satıcı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Belə olan halda isə, müqavilənin qüvvədə qalmasına heç bir əsas mövcud deyildir. Məhz bu əsasla müqavilə ləğv edilməlidir. Tərəfindən Bakı şəhər 18 saylı Notariat Kontoruna sorğu ilə müraciət olunaraq, sözügedən alqı-satqı müqaviləsinə dair notariat işinin təqdim edilməsi xahiş edilmişdir. Bakı şəhər 18 saylı Notariat Kontorunun 26 iyun 2021-ci il tarixli, 672 nömrəli sorğuya cavab məktubuna əsasən, sözügedən alqı-satqı müqaviləsinə dair notariat işi onlara təqdim olunmuşdur. Həmin notariat işindən də görünür ki, sözügedən alqı-satqı müqaviləsi üzrə heç bir ödəniş olmamışdır. Tərəfindən 04.06.2021-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh müraciət olunaraq, 15.12.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 10 gün müddətində ləğv edilməsi xahiş olunsa da, bııgünədək cavabdeh tərəfindən hər hansı cavab məktubu daxil olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX ******* nömrəli, 24.01.2017-ci il tarixli çıxarış isə 15.12.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında verildiyindən həmin çıxarış da ləğv edilməlidir. Qeyd olunanlara əsasən, Cavabdeh ilə arasında bağlanmış 15.12.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX ******* nömrəli, 24.01.2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Cavabdeh ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 15 dekabr 2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 341C ünvanında yerləşən torpaq sahəsini tam mülkiyyət hüququ ilə 4000 manata Cavabdeh satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.01.2017-ci il tarixli RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi. 316 saylı ev Cavabdeh xüsusi mülkiyyətindədir. İddianın mahiyyətindən görünür ki, İddiaçı Cavabdeh aralarında bağlanmış alqısatqı müqaviləsi üzrə daşınmaz əmlakın 185.000 manat məbləğinə satılmasına razılığa gəldiklərini, müqavilədə formal olaraq 4000 manat göstərildiyini, lakin cavabdehin ona heç bir pul vəsaitini ödəmədiyini iddia edərək, həmin müqavilənin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının dəlilləri ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı 15 dekabr 2016-cı il tarixli müqavilədə alqı-satqı məbləğinin formal olaraq göstərildiyini, həmçinin cavabdehin ona heç bir məbləğ ödəmədiyi iddia etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməmiş, dəlillərinin əsaslı olmasını təsdiq edən hər hansı tutarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İş materiallarından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, İddiaçı öz əmlakını 4000 manat dəyərinə cavabdehə satması barədə AN-İ ******* saylı 15 dekabr 2016-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsini öz həqiqi iradəsini ifadə edərək imzalamış, məhkəmə iclasında müqavilə imzalanarkən notarial qaydanın pozulması, satıcının aldadılmasına dair hər hansı hal aşkar edilməmişdir. Həmçinin müqavilə bağlanarkən məbləğin formal olaraq göstərilməsinə, eyni zamanda müqavilədə göstərilən məbləğin cavabdeh tərəfindən ödənilməməsinə dair iddianı təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Bununla da, iddiaçının həmin əmlaka dair bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirməsinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1. maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4. maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində iddia tələbi təmin edilmədiyindən, həmin müqavilə əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3175/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3175/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver