Məhkəmə qərarları › İş №2(003)-32/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-32/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-32/2021 20.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə İddiaçı1 və İddiaçı2 cavabdehlər X1 və Cavabdeh2 qarşı torpağa dair çıxarışın və reyestrdə aparılmış qeydin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpağa dair çıxarışın və reyestrdə aparılmış qeydin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1477 saylı bağ sahəsinə dair Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX № ******* saylı çıxarış və reyestrdə aparılmış qeydin, çıxarışın əsasında Bakı şəhəri 21 saylı notariat ofisində 27 fevral 2019-cu il tarixdə bağlanmış AN–İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatımda iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və X2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılması, ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması və qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair 2(003)-28/2021 saylı mülki iş mövcüddur. Həmin iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 1477 saylı bağ sahəsində qanunsuz inşa edilmiş iki ədəd yaşayış evinin onların hesabına sökülməsi, cavabdehlərin həmin bağ sahəsindən çıxarılması, bağ sahəsinin qanuni istifadəyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 mülki işlərin bir icraatda birləşdirilərək baxılmasına etiraz etmədi. İş üzrə İddiaçı1 və cavabdehlər X1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, İddiaçı1 və İddiaçı2 cavabdehlər X1 və Cavabdeh2 qarşı torpağa dair çıxarışın və reyestrdə aparılmış qeydin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işlə, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və X2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılması, ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması və qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair iddiası əsasında olan digər mülki işin biri-biri ilə əlaqəli olmasını, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmasını nəzərə alaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 cavabdehlər X1 və Cavabdeh2 qarşı torpağa dair çıxarışın və reyestrdə aparılmış qeydin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsitələbinə dair 2(003)-32/2021 saylı mülki iş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və X2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılması, ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması və qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair 2(003)-28/2021 saylı mülki işlə bir icraatda birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 cavabdehlər X1 və Cavabdeh2 qarşı torpağa dair çıxarışın və reyestrdə aparılmış qeydin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(003)-32/2021 saylı mülki iş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və X2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılması, ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması və qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair 2(003)-28/2021 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar