Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3224/2020 12.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtixyar Zeynal oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayon 1 saylı notariat kontoruna və Bakı şəhəri 31 saylı Notariat kontorunun xüsusi notariusu X2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasındabaxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayon 1 saylı notariat kontoruna və Bakı şəhəri 31 saylı Notariat kontorunun xüsusi notariusu X2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən 2,61 ha torpaq sahəsinə dair X1 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda bağlanmış xx xxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 adına Abşeron rayonu, Masazır kəndində yerləşən 2,61 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan 2012-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, hazırki mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Beləlikləhesabedirki, hazırkımülkiiş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Beləliklə, məhkəməhesabedirki, iddiaçı işin Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət verdiyindən, hazırkı mülki iş ərazi aidiyyəti üzrə iddiaçının seçiminə görə baxılması üçün Bakı şəhəri Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Qeydolunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayon 1 saylı notariat kontoruna və Bakı şəhəri 31 saylı Notariat kontorunun xüsusi notariusu X2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3224/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3224/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver