Məhkəmə qərarları › İş №2(003)-3227/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3227/2025

24.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3227/2025 24.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının sonrakı artımları nəzərə almaqla 0,61 misli həddində (246 AZN:400 AZN=0,61) sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, cavabdehlə 2008-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından üç uşaqları dünyaya gəlmişdir. 2023-cü ildə cavabdehlə nikahları pozulmuşdur. Uşaqlar onunla qalır və cavabdehin uşaqların saxlanılmasında kömək etmir. Cavabdeh nikah pozulandan sonra Türkiyə Respublikasına getmiş və hazırda orada yaşayır. Cavabdehin işə gəliri barədə məlumatı yoxdur. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 2(003)-1807/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X9 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı Nikah Evində (Səadət Sarayında) bağlanmış nikahın pozulması qət olunmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 451438 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Cavabdeh arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 151291 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2009-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə X7r. İş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə X7r. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 151281 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə X7r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Eyni zamanda, bu Məcəllənin 100.2-ci maddəsinə əsasən “aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur”. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. İş materiallarına əlavə edilən **********8 nömrəli X2 Kartının surətindən görünür ki, Cavabdeh xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Türkiyə vətəndaşıdır. Məhkəmədə müəyyən olundu ki, yetkinlik yaşına çatmayan uşaqlar anası X9 ilə qalır. İddiaçı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 246 AZN məbləğində alimentin tutulmasını tələb etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə hər iki valideynin uşaqlarını saxlamağa borclu olduqlarını nəzərə alaraq hesab edir ki, Cavabdeh məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının (2025-ci il üzrə 400 AZN məbləğində müəyyən edilmişdir) 0,42 (170 AZN:400 AZN=0,42) mislində sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh X6 xeyrinə sonraki artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,42 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar