Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3266/2024 03.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə onların birgə nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 235 manat, habelə uşaq üç yaşına çatanadək iddiaçının özü üçün 150 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, cavabdehlə xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar.Onların birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü X2 doğulmuşdur.Aralarındakı münasibətlərin gərginləşməsi nəticəsindən ayrı yaşamağa başlamışlar, lakin rəsmi nikahları pozulmamışdır.Özü “ERZ” ofis mebelləri şirkətində qrafikdizayner vəzifəsində çalışır və aylıq 320 manat maaş alır.Cavabdeh "xxxx" MMC-də mütəxəsis kimi çalışır və aylıq əmək haqqısı 1500 manat təşkil edir.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixli ərizədə göstərmişdir ki, cavabdeh iddia tələbini qismən qəbul edir, cavabdeh hal-hazırda işsizdir. O, hər ay 235 manat məbləğində aliment və 50 manat məbləğində maddi yardım ödəyə bilər. Qeyd etdilənləri nəzərə alaraq mülki işə onların iştirakı olmadan baxılaraq, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-T seriyalı, 064251 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və SeyidovaTəhminə Feyruz qızı xx.xx.2022-ci il tarixdə nikahlarını bağlamışlar. Həmin tarixdə bu barədə 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2757 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədli soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 637650 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuşdur.Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan elektron sorğudan görünür ki, Cavabdeh "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləyir və aylıq əmək haqqısı 1350 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır.Məhkəmə, hər iki valideynin uşağın saxlamaq vəzifəsi daşıyıcısı olmalarını nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Məhkəmə alimentin tutulma müddətini müzakirə edərək hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan xx.xx.2024-cü il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən aşağdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: “ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad” Məhkəmə hesab edir ki, iddiaçı uşağının 3 yaşı tamam olanadək özünə hər ay 150 AZN miqdarında alimentin tutulması tələb etsə də, əri Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizədə cavabdehin iddiaçının özünə 50 manat ödəməyə imkanı oduğunu göstərmişdir. Məhkəmə hesab edir ki, uşaq üç yaşına çatanadək iddiaçının özü üçün 100 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat və xx.xx.2024-cü il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 iyul 2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 100 (yüz) manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3266/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3266/2024
03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver