Məhkəmə qərarları › İş №2(003)-3290/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3290/2024

05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3290/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh X7, mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə qarşı atalığın müəyyən edilməsi və aliment tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X7 (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 və Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh xx.xx.2023-cü il tarixdə doğulmuş X3 atası olmamasının müəyyən edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əhmədova X2 Vasif Mirzəağa oğlu ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən 66 saylı akt qeydi ilə nikahın pozulması dövlət qeydiyyatına alınmışdır. O, X11 ilə yanvar tarixdən qeyri-rəsmi nikah münasibətində olmaqla bir ailə kimi yaşayıb, xx.xx.2023-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Bu münasibətdən xx.xx.2023-cü il təvəllüdlü X9 doğulmuşdur. X6 doğum haqqında şəhadətnamə alan zaman ona bildirildi ki, uşaq nikahın pozulması vaxtından 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa uşağın atası ananın keçmiş əri hesab edilir. O da X3 bioloji atasının Cavabdeh yox, X11 olduğunu sübut edə bilmədiyinə görə məcburiyyət qarşısında qalıb oğluna atası kimi Cavabdeh qeyd edilməklə doğum haqqında şəhadətnamə aldı. Bir müddət əvvəl bir daha 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət edib, X3 doğum haqqında akt qeydində düzəliş edilərək, ata qrafasında “X11” yazılmaqla doğum haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, lakin yuxarıda qeyd edilən səbəblərə görə xx.xx.2024-cü il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina edildi. Belə olan halda hesab edirəm ki, məhkəmə qaydasında Cavabdeh X3 atası olmaması müəyyən olunmalıdır. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh xx.xx.2023-cü il tarixdə doğulmuş X3 atası olmamasının müəyyən edilməsi, xx.xx.1993-cü il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə doğulmuş X3 atası olmasının müəyyən edilməsi, X3 doğum haqqında akt qeydində dəyişiklik edilərək, “ata qrafasında” “X11” qeydinin yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək, iddianın təmin olunmasını xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 uşağın atasının onun olduğunu etiraf edərək, iddianın təmin edilməsini xahiş etdi. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, işə mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Azızbəkov Bakhruz ilə İddiaçı arasındakı nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-3568/2022 saylı qətnaməsi ilə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 75 nömrə ilə qeyd edilmişdir. İşin materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İV seriyalı, 994850 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 1867 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamədə uşağın atası kimi “Cavabdeh”, anası kimi “İddiaçı” kimi yazılmışdır. İşin materiallarına əlavə olunan nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh ilə X1 arasında olan nikah xx.xx.2023-cü il tarixdə pozulmuş və bu barədə akt qeydləri kitabında 66 saylı qeyd aparılmışdır. Nikah pozulduqdan sonra arvada Nağıyeva soyadı verilmişdir. İşin materiallarına əlavə olunan nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X11 ilə X4 ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə akt qeydləri kitabında 3902 saylı qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Qeyd edilən Məcllənin 46.1 və 46.2-ci maddələrinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Göstərilən Məcəllənin 47.1 və 47.2-ci maddələrinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Beləliklə, İddiaçı cavabdeh X11 ilə faktiki nikaha daxil olması, onların faktiki nikahlarından xx.xx.2023-cü il tarixdə X9 adlı uşağının anadan olması iddiaçının izahatı ilə yanaşı və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin iddianı tam etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normalarına və sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh 2022-ci ildə rəsmi nikaha daxil olmuş, lakin aralarındakı nikah xx.xx.2023-cü ilə pozulmuşdur. İddiaçı X11 ilə faktiki nikaha daxil olmuş, faktiki nikahlarından xx.xx.2023-cü il tarixdə Əhməd adlı uşağın anadan olması, iddiaçının izahatı, cavabdehin etirafı və işin digər halları ilə tam sübuta yetirildi və bu işin mötəbər sübutu kimi nəzərə alınaraq iddia təmin edilməli və Əhmədin atalığı Faiqin adı ilə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. xx.xx.1993-cü il tarixdə anadan olmuş X5 xx.xx.2023-cü il tarixdə İddiaçı doğulmuş Əhmədin atası olması müəyyən edilsin. 5 saylı Bakı “Asan” xidməti Qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixli, 1867 saylı akt qeydində dəyişiklik edilərək, uşaq haqqında məlumatlarda uşğın soyadı “Əhmədov”, adı “Əhməd”, ata adı “Faiq”, ata haqqında məlumatlarında ata adı qrafasında “X11” qeyd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar