Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3353/2023 19.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Emin və xx.xx.2013-cü il təvəllüdlü Aysun adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət normal bir yerdə yaşasalar da aralarında baş verən ailə münaqişələri nəticəsində münasibətləri faktiki pozulmuşdur. Halhazırda 2 ildirki azyaşlı uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Bu səbəbdən də cavabdehə qarşı aliment tələbi vardır, belə ki, cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludur. O, aliment tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, cavabdehə mediasiya prosesi barədə rəsmi məlumat verilsə də o, iclasda iştirak etməmişdir. İddiaçı özü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi evdə kirayədə yaşayır. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 326 №-li tam orta məktəbin verdiyi 255 saylı 11 may 2023-cü il tarixli arayışına əsasən Həkimov Emin və Həkimova Aysun həmin məktəbdə təhsil alırlar. Nəzərə çatdırır ki, uşaqları X7 epilepsiya və əqli gerilik xəstəliyindən əziyyət çəkir, maddi vəziyyəti ağır olduğundan onu müalicə etdirməkdə əziyyət çəkir. Göstərilənlərə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 51 manat rüsumun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2011-ci il tarixdə İsmayıllı rayonu Kəlbənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 11 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Həkimov, arvada Həkimova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə İsmayıllı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə İsmayıllı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası X3r. İş materiallarında olan Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01316 saylı Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflərdən İddiaçı xx.xx.2023-cü il tarixə saat 17:00-a təyin edilmiş mediasiya sessiyasında iştirak etsə də Cavabdeh mediasia sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli № 5-12-6/2-466/2023 saylı cavab məktubundan görünür ki, İddiaçı oğlu X7 və qızı X6 ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 326 №-li tam orta məktəbi tərəfindən verilmiş 11 may 2023-cü il tarixli, № 254 saylı arayışdan görünür ki, X6 həqiqətən də həmin məktəbdə İV (dördüncü) sinifdə təhsil alır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 326 №-li tam orta məktəbi tərəfindən verilmiş 11 may 2023-cü il tarixli, № 255 saylı arayışdan görünür ki, X7 həqiqətən də həmin məktəbdə V (beşinci) sinifdə təhsil alır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı övladları olmuşdur. Tərəflərin birgə nikahından doğulmuş uşaqları hal-hazırda iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, uşaqların saxlanmaları üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220,0 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur ki, bu vəzifələr alimentin müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq digər halların nəzərə alınmasıdır. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin tələb edilən alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 220 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, işin yuxarıda qeyd edilən hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşağın saxlanılması üçün 190 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Məhkəmə, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıdan tutulmalı olan alimentin miqdarı hər ay hər bir uşağa görə 190,0 manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat miqdarında müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının alimentin tutulması barədə ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddiaçının aliment barədə ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni, xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Lakin işdən görünür ki, məhkəmənin 2(003)-3353/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq (barışıq müddətində) İddiaçı xeyrinə hər ay hər uşaq üçün üçün 190,0 manat olmaqla, 380,0 manat məbləğində müvəqqəti aliment tutulması qərara alınmışdır. Məhkəmə hesab edir ki, aliment tutularkən məhkəmənin qeyd olunan qərardadına əsasən tutulmuş müvəqqəti aliment nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə verilərkən mediatora ödənilmiş 51,0 manat mediasiya xərci tələbi qismən təmin edilməlidir. Belə ki, ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı 50 manat mediasiya xərcini Bakı 8 saylı Mediasiya Təşkilatına ödəmişdir. Bu səbəbdən də, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi üzrə məhkəməyə verilərkən mediatora ödənilmiş 50,0 manat xərc məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin “sabit pul məbləğində aliment” tələbinə dair iddianın qiymətinin aliment məbləğinin illik məcmusu ilə hesablandığını, yəni cavabdehdə tutulan alimentin illik məcmusunun 4560 (380 x 12) manat olmasını nəzərə alaraq hesab edir ki, hazırki iddia üçün 65,60 (altmış beş manat altmıış qəpik) manat dövlət rüsumu ödənilməlidir. İddiaçının iddia ərizəsi məhkəməyə verilərkən mediatora ödənilmiş 50 manat ödənişi nəzərə alındıqda ödənilməli olan dövlət rüsumundan ödənilməyən 15,60 manat rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment və mediasiya üçün ödənilmiş 50 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 190,0 manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment tutularkən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3353/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə tutulan müvəqqəti aliment nəzərə alınsın. Ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilməli olan 15,60 (on beş manat altmış qəpik) manat pul alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissədə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-3353/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3353/2023
19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver