Məhkəmə qərarları › İş №2(003)-3375/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3375/2024

03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3375/2024 03.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 4145 nömrəli nikah haqqında şəhadətnamə ilə Cavabdeh ilə aralarında nikah qeydə alınmışdır. Bu nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Evliliyinin ilk aylarında heç bir problemi olmamış, lakin sonradan birdən birə münasibətləri kəskin olaraq dəyişmişdir. Birlikdə yaşamağı mümkün olmadığını gördüyü üçün artıq 4 aya yaxın müddətdir ki, evi tərk etmiş, anasının yanında qalmağa başlamışdır. Bu müddət ərzində cavabdeh uşaqları ilə heç maraqlanmamış, ehtiyaclarını ödəməmişdir. Bildirmək istəyir ki, nikahı hələ də qüvvədədir və uşaqları bu səbəbdən hər ikisinin himayəsində hesab olunur. Buna baxmayaraq uşaqların bütün tələbatlarını o, təkbaşına ödəyir. Hal hazırda uşağı tək saxlamağın necə çətin olduğu hər kəsə məlumdur. Uşaqlarının hər ikisi azyaşlıdır və onların baxılması xeyli vəsait tələb edir. O, heç bir yerdə işləmir və uşaqlara baxmağa, onların xərclərinin çəkilməsinə anası kömək edir. Övladlarına baxan zaman maliyyə çətinlikləri ilə üzləşməmək və onlara daha yaxşı qayğı göstərə bilmək üçün, övladlarının atası olan cavabdehin onun üçün maliyyə yardımı göstərməsi vacibdir. Hesab edir ki, cavabdeh şəxsin övladının daha yaxşı yaşaması üçün kifayət qədər imkanı və vəsaiti vardır. Xüsusilə qeyd etmək istəyir ki, cavabdeh yüksək məbləğdə əməkhaqqı almasına baxmayaraq maddi olaraq uşağın qayğısını ümumiyyətlə düşünmür. Hesab edir ki, cavabdehin aldığı əməkhaqqına münasibətdə uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancın üçdə biri hissəsində aliment təyin olunmasına zərurət yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında 4145 nömrə ilə qeydiyyata alınmışdır. Nikadan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan ilkin İMS-dan sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/16/2024-001032 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki Babayev X3 prosesinin davam etdirməyə razılıq verməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan rəsmi nikah pozulmamışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur. Hazırda iddiaçı xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqı və başqa gəlirlərinin 1/3 hissəsində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə iddiaçının xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində alimentin İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddian təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində aliment tutulsun. Qətnamə dərhal icra edilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar