Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3376/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı X8 onun yanında saxlanılması, cavabdeh yetkinlik yaşına çatmayan 03.01.2012-ci il tarixdə anadan olmuş X11 və 22.05.2015-ci il tarixdə anadan olmuş X1 üçün alimentin hazırkı sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə 2012-ci il 12 aprel tarixində rəsmiləşdirilmiş nikahlarının pozulmasına dair Xəzər Rayon Məhkəməsinin 2(003)-1350/2018 saylı 28 mart 2018-ci il tarixli qətnaməsi çıxarılmışdır. Birgə nikahlarında 2012-ci il 03 yanvar tarixdə X11 və 2015-ci il 22 may tarixdə X9 anadan olmuşlar. Qətnaməyə əsasən X5 Nihal Vaqif oğlunun, X9 isə İddiaçı yanında qalmalı və X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin ödənilməsi təmin edilməlidir. Hər iki uşağın müntəzəm olaraq onunla qalması, eyni zamanda uşaqların bir-birlərinə və valideynlərdən hər birinə olan bağlılığı, yaşı, onların inkişafı və tərbiyəsi üçün normal şərait yaradılması, oxuduqları məktəbin yaxınlıq səbəbləri onların onunla yaşamasına əsas verir. Uşağın yaşayış yeri, saxlanması, tərbiyə olunması və təhsil alması barədə cavabdehlə aralarında razılaşma əldə olunmuşdur. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə ərizə verərək, 03.01.2012-ci il təvəllüdlü X8 onun yanında qalmasına, Cavabdeh 03.01.2012-ci il təvəllüdlü X4 üçün hər ay 175 (bir yüz yetmış beş) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi, Xəzər Rayon Məhkəməsinin 28.03.2018-ci il tarixli qətnaməsi ilə 22.05.2015-ci il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, X8 İddiaçı yanında qalmasına etiraz etmədiyini, ümumilikdə hər iki uşağa görə yetkinlik yaşları tamam olana kimi sabit pul məbləğində hər ay 220 manat aliment ödəməyə razıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1350/2018 nömrəli 28.03.2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 12 aprel 2011-ci il tarixdə Bakı Nikah Evində 550 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 03 yanvar 2012-ci il təvəllüdlü X11 iddiaçı Cavabdeh, 22 may 2015-ci il təvəllüdlü X9 cavabdeh İddiaçı yanında qalması, 03 yanvar 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 mart 2018-ci il tarixdən başlayaraq hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin 27.10.2021-ci il tarixli 1480 nömrəli rəyindən görünür ki, komissiya tərəflər arasında olan razılaşmaya əsasən azyaşlı X8 bundan sonra anası İddiaçı himayəsində qalmasının azyaşlının gələcək mənafeyi üçün məqsədəuyğun hesab edilmişdir. Məhkəmə araşdıması zamanı müəyyən edildi ki, tərəflər araqsında bağlanmış nikah məhkəmə qətnaməsi ilə pozulmuş və tərəflərin birgə nikahlarından olan 03 yanvar 2012-ci il təvəllüdlü X11 iddiaçı Cavabdeh, 22 may 2015-ci il təvəllüdlü X9 isə anası – İddiaçı yanında qalması, həmçinin 03 yanvar 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 mart 2018-ci il tarixdən başlayaraq hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçının tələbi tərflərin birgə nikahından doğulmuş 03 yanvar 2012-ci il təvəllüdlü X8 onun (anası İddiaçı) himayəsinə verilməsi və onun saxlanılması üçün 175 manat sabit pul məbləğində alimentin tutulmasından, eyni zamanda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1350/2018 nömrəli 28.03.2018-ci il tarixli qətnaməsi ilə 22 may 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 mart 2018-ci il tarixdən başlayaraq hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilən alimentin artırılaraq 175 manat müəyyən edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarından, cavabdehin məhkəməyə təqdim etmiş olduğu ərizədən və Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilk komissiyasının vermiş olduğu rəyindən görünür ki, tərəflər 03 yanvar 2012-ci il təvəllüdlü X8 anası İddiaçı himayəsinə verilməsi ilə bağlı ümumi razılıqları vardır və komissiya azyaşlının anasının himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından olan 03 yanvar 2012-ci il təvəllüdlü X11 anası İddiaçı himayəsinə verilməlidir. İddiaçının iddia tələbinin 03 yanvar 2012-ci il təvəllüdlü X3 üçün alimentin tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia iddia qismən təmin edilməli və Cavabdeh İddiaçı xeyrinə tutulacaq alimentin miqdarı 140 manat tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 175 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa cavabdehin ifadəsinə əsasən gəlirinin qeyri sabit olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən cavabdehdən hər ay uşaqlarının saxlanılması üçün 140 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 27.07.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi 27.07.2021-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İddiaçının iddia tələbinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1350/2018 nömrəli 28.03.2018-ci il tarixli qətnaməsi ilə 22 may 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş artırılaraq 175 manat müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin məbləği 160 manat müəyyən edilməlidr. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırkı halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan halhazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 03.01.2012-ci il təvəllüdlü X11 anası İddiaçı himayəsinə verilməli, 03.01.2012-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27.07.2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1350/2018 nömrəli 28.03.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, 22.05.2015-ci il təvəllüdlü X6 yekinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 20 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 564 manat (6x12=72), (175x12=2100) müəyyən edildilməklə iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 03.01.2012-ci il təvəllüdlü X11 anası İddiaçı yanında saxlanılsın. 03.01.2012-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27.07.2021ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə (03.01.2012-ci il təvəllüdlü X10 aid hissədə) alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1350/2018 nömrəli 28.03.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22.05.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə, hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3376/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3376/2021
24.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver