Məhkəmə qərarları › İş №2(003)-3449/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3449/2020

13.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3449/2020 13.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-1197/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnamsinə əsasən ondan cavabdehin xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi onların saxlanması üçün tutulan alimentin miqdarının azaldılaraq, cavabdehin xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1197/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020·ci il tarixdən başlayaraq cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-5827/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı artırılaraq, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-5827/2016 saylı qətnaməsi ilə aliment 117 manat məbləğində müəyyən edilmişdir). Hazırda iddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1197/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılaraq, hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat müəyyən edilməsini xahiş edir. İddiaçının qətnamə üzrə təyin edilmiş alimentin azaldılmalı olduğunu iddia etdiyi fərq ümumilikdə 63 manat təşkil edir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırkı iddia tələbi üzrə bir il ərzində ödəmənin məcmusu 756 manat (40+23=63x12=756) müəyyən edilməklə iddianın qiyməti 500 manatdan çox olduğundan iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçının təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimetin azaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1197/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnamsinə əsasən ondan cavabdehin xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi, onların saxlanması üçün tutulan alimentin miqdarı azaldılaraq, cavabdehin xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar