Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-348/2021 19.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh1 və onun nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı atalıq haqqında qeydin ləğv edilməsi tələbi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.05.2012-ci il təvəllüdlü X5 doğum haqqında şəhadətnaməsində atalıq haqqında qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehlə olan rəsmi nikahı 02.12.2014-cu il tarixində pozulmuşdur. Birgə nikahlarından 23.05.2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Bakı şəhəri Pirallahı rayonu Məhkəməsinin 04.09.2019-cu il tarixli 2(003)- 2622/2019 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 160 manat aliment məbləğinin tutulması qət edilmişdir. Onun əvvəllər də 23.05.2012-ci il təvəllüdlü X5 bioloji atası olması barədə ciddi şübhələri olmuş, bu yaxınlarda isə bu barədə dəqiq məlumat əldə etmişdir. 23.05.2012-ci il təvəllüdlü X5 doğum qeydiyyatı aparılan vaxtı cavabdeh onunla birgə nikahda olduğu üçün uşağın atası cavabdehin əri kimi o göstərilmişdir. Buna baxmayaraq, onun 23.05.2012-ci il təvəllüdlü X5 bioloji atası olması ciddi şübhə altında olmaqla bu barədə kifayət qədər dəlilləri vardır. Lakin cavabdeh bunu qəbul etməyərək həqiqəti söyləməkdən imtina edir. Odur ki, məsələni məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini etdi. Məhkəmə iclasında iddiaçının vəkili X7 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, iddiaçı əvvəlcədən uşağın onun olmadığını bilmişdir. Belə ki, uşaq iddiaçı ilə nikahlarından 4 ay sonra uşaq doğulmuşdur. O, Həsəni onunla nikah bağlamasına nə də uşağa atalıq verməsinə məcbur etməmişdir. Həsən bunu bilərəkdən və könüllü şəkildə etmişdir. Ailə Məcəlləsinin 47-ci maddəsininin tələblərinə əsasən uşağın atası olmadığını bilə-bilə atası kimi yazılmasına etiraz etmədiyindən iddiaçının iddiasının təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh2 tərəfindən 12.06.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 882770 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 23.05.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası İddiaçı, anası Lalayeva Yeganə (Nur) Elxan qızıdır. İş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin 05.09.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X6 arasında olan nikah qeydi ləğv edilmiş, birgə nikahdan olan 23.05.2012-ci il təvəllüdlü X5 anasının yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli 2(003)-2551/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli 2(003)-2622/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 xeyrinə tutulan alimentin miqdarı artırılması, Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 23.05.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh1 xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutul tutulması qət edilmişdir. İş materiallarında olan 15.08.2019-cu il tarixdə verilmiş adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş X6 adını “Yeganə”-dən “Nur”-a dəyişdirmişdir. Mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər birgə nikahda olmuşlar. Onların nikahda olduqları dövrdə 23.05.2012-ci il tarixdə Səid adlı uşaq doğulmuşdur. Hazırda İddiaçı özünün həmin uşağın atası olmadığını iddia edir və onun atalığı haqqında qeydlərin ləğv edilməsini tələb edir, cavabdeh isə uşağın atası olmadığını qeyd etməklə dolayısı isə iddia tələbini etiraf edir, lakin iddiaçının bunu bilərək qəbul etməsini əsas gətirməklə iddia tələbinin təmin olunmamasını xahiş edir. Əvvəla ailə qanunqanunvericiliyin tələbindən də göründüyü kimi, valideynlər barədə qeyd haqqında mübahisə yalnız uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun tələbi ilə açılır. Hazırda iddiaçı uşağın atası olmasını mübahisələndirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-46.2-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-47.2-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər nikaha daxil olarkən cavabdeh hamilə olmuş, qanunvericiliyin tələblərinə uyğun olaraq isə həmin uşağın doğulması zamanı tərəflər nikahda olduğundan doğum haqqında şəhadətnamədə uşağın atası nikahda olan şəxs kimi iddiaçı göstərilməklə ata qrafasında qeyd edilmişdir. Cavabdeh tərəf iddiaçının uşağın atası olmamasını bildirməklə iddiaçının da məhz bunu bildiyindən iddiaya etiraz edir. Lakin məhkəmə bununla bağlı qeyd edir ki, qanunvericiliyin tələblərinə görə valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının ərizəsi əsasında həyata keçirildiyi halda, yəni özünün uşağın həqiqi valideyni olmadığını bilən atanın buna baxmayarq atalığın verilməsi ilə bağlı ərizə ilə müraciət etdiyi halda atalığa dair mübahisə açma haqqında tələbin təmin oluna bilməməsi göstərilmişdir. Hazırki halda isə məhkəmə hesab edir ki, nikahda olan şəxslərin doğum qeydində ata və ana kimi göstərilməsi onlardan asılı olmayan səbəbdən qeyd edildiyindən göstərilən hala istinad etməklə iddianın təmin edilməməsi qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, tərəflərin izahatları (cavabdehin yazılı ərizəsi), işin faktiki halları nəzərə alınmaqla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin prosessual qanunvericiliyin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanır. Beləliklə məhkəmə bütün yuxarıda qyed edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, 23.05.2012-ci il tarixində Bakı şəhərində doğulmuş X8 barəsində Bakı şəhəri Cavabdeh2 tərəfindən 12.06.2021-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 1305 nömrəli akt qeydində ata haqqında məlumatlar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 23.05.2012-ci il tarixində Bakı şəhərində doğulmuş X8 barəsində Bakı şəhəri Cavabdeh2 tərəfindən 12.06.2021-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 1305 nömrəli akt qeydində ata haqqında məlumatlar ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-348/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-348/2021
19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver