Məhkəmə qərarları › İş №2(003)-3614/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3614/2025

15.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3614/2025 15.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X6 qarşı "aliment" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən birgə münasibətdən doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində alimentin onun xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, cavabdehlə rəsmi nikahları olmayıb. Faktiki nikahdan 2 övladları dünyaya gəlmişdir. Cavabdehlə təxminən 4 aydan çoxdur ki, ayrı yaşayırlar. Hal-hazırda uşaqlar onunla qalır. Özü heç yerdə işləmir. Cavabdeh isə Kürdəmir rayonunda su idarəsində su paylayıcı vəzifəsində çalışır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-T seriyalı, 243100 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2013-cü il tarixində Kürdəmir rayonunda anadan olmuşdur. X3, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 492002 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixində İddiaçı doğulmuş X7 atası hesab edilmişdir. İş materiallarında olan AZ-T seriyalı, 243101 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixində Kürdəmir rayonunda anadan olmuşdur. X3, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 492003 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixində İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Eyni zamanda, bu Məcəllənin 100.2-ci maddəsinə əsasən “aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur”. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. İş materiallarına əlavə edilən EMİS portalından çıxarışdan görünür ki, X2 Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində kanal və ya liman üzrə şlüzə nəzarətçi vəzifəsində işləyir və aylıq əməkhaqqısı 550 manat təşkil edir. Məhkəmədə müəyyən olundu ki, yetkinlik yaşına çatmayan uşaqlar anaları İddiaçı ilə qalırlar. İddiaçı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 246 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə uşaqların sayını və hər iki valideynin uşaqlarını saxlamağa borclu olduqlarını nəzərə alaraq hesab edir ki, cavabdeh X4 məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının (2025-ci il üzrə 400 AZN məbləğində müəyyən edilmişdir) 0,5 (200 AZN:400 AZN=0,5) mislində sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə əsassız olduğundan rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün X4 İddiaçı xeyrinə sonraki artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar