Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3739/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “alimentin tutulması” tələbi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 sentyabr 2008-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 25 iyun 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat Cavabdeh onun xeyrinə sabit pul məbləğində aliment tutulması və mediasiya arayışına görə ödədiyi 50 (əlli) manat rüsumun, poçt kargüzarlıq xərcinə görə ödədiyim 10 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbini müdafiə edərək, tələbin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdehlə aralarında mediasiya şurasında barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən hazırda cavabdeh uşaqların saxlanması üçün hər ay ümumilikdə 300 manat ödəyir. Hazırki iddia ilə bağlı o, yenidən mediasiya şurasına müraciət etməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. O, xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi ünvanlayaraq iddia tələbinin rədd olunmasının xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12 və 259.0.13-cü maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda ərizə baxılmamış saxlanılır. İş materiallarından müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalanmış və həmin barışıq sazişınə əsasən Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirir, uşaqların saxlanması üçün hər ay ümumilikdə 300 manat alimenti X3 ödəyir. Məhkəmə iclasında F.Teymurova bu halı təsdiq etmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə mediasiyaya müraciət etməmiş və müraciət etmiş olsa belə mediatorun müvafiq arayışı və ya protokolu məhkəməyə təqdim etməmişdir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3739/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3739/2024
16.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver