Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3749/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin məhkəməyə müraciət edildiyi gündən tutularaq ona ödənilməsi, ilkin mediasiya sessiyası üçün ödənilmiş 50 manat məbləğində rüsumun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun cavabdehlə olan nikahı pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 onun himayəsində saxlanmış və hər birinə ayrılıqda 120 manat olmaqla cəmi 240 manat məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Cavabdehin külli miqdarda aliment borcu yaranmış, ondan borcun silinməsi üçün ərizə yazmağını xahiş etmiş və bacardığı qədər kömək edəcəyini vəd etmişdir.Lakin heç bir köməklik göstərməmişdir.Uşaqların bütün xərclərini özü çəkir, “Kəmalə və Nərmin” adlı restoranda aşpaz köməkçisi kimi çalışır. Aylıq gəliri dəqiq deyildir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştrakçısını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Ağsu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qətnaməsindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2010-cu il tarixdə Kürdəmir rayonu, Topalhəsənli kənd icra nümayəndəliyində bağlanmış və 23 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 anaları X1 yanında saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2011ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 120 manat, iki uşaq üçün 240 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrindən görünür ki, X6 xx.xx.2012-ci il tarixində, X7 xx.xx.2011-ci il tarixində anadan olmuşlar. Ataları Cavabdeh, anaları isə İddiaçıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2089 nömrəli Kürdəmir rayon İcra və Probasiya şöbəsinin arayışından görünür ki, İddiaçı aliment tələbindən imtina etdiyi səbəbindən borclu Cavabdeh tərəfindən ödənilmir. İş materiallarında olan AZ-İ seriyalı, 413832 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah Ağsu rayon Məhkəmsinin xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə pozulmuşdur. İş materiallarında olan elektron sorğudan görünür ki, Cavabdeh işi barədə rəsmi məlumat yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı uşaqların saxlanılması üçün 235 manat aliment tələb etsə də, məhkəmədə müəyyən edildi ki, cavabdeh bunu ödəmək üçün kifayət qədər vəsaitə malik deyil. Odur ki, məhkəmə, hər iki valideynin uşaqlarının saxlamaq vəzifəsi daşıyıcısı olmalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən uşağın saxlanılmasına hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmalıdır. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iddianın alimentin tutulma vaxtı hissəsinə qiymət verərək hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, xx.xx.2024-cü il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞB/6-01605 nömrəli İMS-də iştrak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İMS-də iştrak etməmişdir. İMS xərci olaraq 50 manat+10 manat (kargüzarlıq xərci) İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində İMS xərci Cavabdeh tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 200 manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment, İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3749/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3749/2024
31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver