Məhkəmə qərarları › İş №2(003)-383/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-383/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-383/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment borcunun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.06.2004-cü il təvəllüdlü X11 görə ondan Cavabdeh xeyrinə hər ay 150 manat aliment tutulmasına dair aliment ödənişindən 2019-cu ilin oktyabr ayından azad olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə aralarındakı nigah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 may 2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnamə əsasında 16.06.2004-cü il təvəllüdlü X12 və 23.06.2005-ci il təvəllüdlü X13 anaları X3 himayəsində qalmışdır. Məhkəmənin həmin qətnaməsinə əsasən 16.06.2004-cü il təvəllüdlü İlham Musazadə və 23.06.2005-ci il təvəllüdlü Leyla Musazadə yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məndən alınaraq cavabdeh X4 verilməsi qət olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli qətnaməsinə əsasən 16.06.2004-cü il təvəllüdlü X12 anası Cavabdeh alınaraq atası İddiaçı verilməsi qət olunmuşdur. Aliment tutulması ilə bağlı onun cavabdeh M.Zəkiyevaya (Musayeva) ödənilməmiş xeyli miqdarda borcu qalmışdır. Borcunun tutulması əmək haqqına yönəldilmişdir. Onu da, əlavə edir ki, cavabdehə qarşı "uşaq tələbinə" dair iddia ilə 2019-cu ilin oktyabr ayından müraciət etmişdir. Həmin ərizəsində də qeyd etdiyi kimi 16.06.2004-cü il təvəllüdlü İlham Musazadə nigahları pozulduqdan sonrakı vaxtlarda, yəni hazıradək olan vaxtadək onunla yaşayır. Bu mənada hesab edir ki, hazırki iddia tələbi təmin olunarsa alimentin tutulmasından azad olunma vaxtı ərizə məhkəməyə daxil olduğu vaxtdan, yəni 2019-cu ilin oktyabr ayından hesablanmalıdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi nümayəndəsi və vəkili Vəkil iddiaya uyğun məzmunlu izahat verməklə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, dör aydır ki,uşaq onun himayəsindədir. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1545/2014 nömrəli, 22.05.2014-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Musayeva (Zəkiyeva) Mənzər Ağarəzi qızı arasında 04 oktyabr 2003-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində bağlanmış 581 nömrəli akt qeydli nikah pozulması, birgə nikahdan anadan olmuş 16 iyun 2004-cü il təvəllüdlü X14 və 23 iyun 2005-ci il təvəllüdlü X13 anası X3 yanında qalması, cavabdeh İddiaçı X3 xeyrinə 16 iyun 2004-cü il təvəllüdlü X12 və 23 iyun 2005-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 22 aprel 2014-cü il tarixdən başlayaraq hər uşağa görə ayda 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-180/2020 nömrəli, 20.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, 16.06.2004-cü il təvəllüdlü X12 anası-Cavabdeh alınaraq atası İddiaçı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsinin 24.06.2020-ci l tarixli, 6302/11E nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1545 saylı, 30.07.2014-ci il tarixli icra vərəqəsinə əsasən 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı hər ay 150 manat, cəmi 300 manat sabit pul miqdarında aliment tutularaq X5 ödənilməlidir. Borclu İddiaçı bu günə olan aliment borcu 9600 manat əşkil edir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı İddiaçı aliment üzrə borcu qurtarana kimi hər ay əmək haqqının 70%, borc bitdikdən sonra iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 300 manat sabit pul iqdarında aliment tutularaq X3 hesabına köçürülməsi üçün baş mühasibə göstəriş verməyiniz xahiş olunur. Hazırda iddiaçı 16.06.2004-cü il təvəllüdlü X9 görə ondan Cavabdeh xeyrinə hər ay 150 manat aliment tutulmasına dair aliment ödənişindən 2019-cu ilin oktyabr ayından azad olunmağı barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işin materiallarından görünür ki, tərəflər arasında bağlanmış nikah məhkəmənin qətnaməsi ilə 2014-cü il tarixdə pozulmuş və tərəflərin birgə nikahlarından olan 16 iyun 2004-cü il təvəllüdlü X12 və 23 iyun 2005-ci il təvəllüdlü X13 anası X3 yanında qalması, cavabdeh İddiaçı X3 xeyrinə 16 iyun 2004-cü il təvəllüdlü X12 və 23 iyun 2005-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 22 aprel 2014-cü il tarixdən başlayaraq hər uşağa görə ayda 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin alimentin tutulması hazırkı mülki iş üzrə iddiaçı olan İddiaçı əmək haqqına yönəldilmişdir. Bundan sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli qətnaməsi ilə 16.06.2004-cü il təvəllüdlü X12 anası-Cavabdeh alınaraq atası İddiaçı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Sadalanan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunmasına əsaslar mövcud deyil. Belə ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Bir valideyndən digər valideynin xeyrinə alimentin tutulması - birgə uşaqların yetkinlik yaşına çatanadək mаddi tələbatlarının təminаtında, onların yaşamaları və hərtərəfli inkişafı üçün lazımi ehtiyaclarının qarşılanmasında hər iki valideynin iştirakının zəruriliyini əks etdirən aliment institundan ibarətdir. Mülki işin materiallarına əlavə edilmiş olan qətnamədən görünür ki, Xəzər Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli qətnaməsi ilə 16 iyun 2004-cü il təvəllüdlü X12 anası- Cavabdeh alınaraq atası İddiaçı verilmişdir. Həmçinin məhkəmə iclasında cavabdehin vermiş olduğu izahatında X10 qətnamə ilə ondan alınaraq atasına verilmiş olmasına baxmayaraq son dörd ayı onun yanında yaşadığını bildimişdir. İddiaçı onun aliment ödənişindən 2019-cu ilin oktyabrından azad olunmalı olduğunu iddia etsə də, mülki işin materiallarında X10 onun himayəsinə qətnamə üzrə 20.08.2020-ci il tarixdən verildiyi aşkar edilir. Belə olan halda məhkəmə hesab edir ki, 16.06.2004-cü il təvəllüdlü X6 görə ondan Cavabdeh xeyrinə hər ay 150 manat aliment tutulmasına dair aliment ödənişindən 2019-cu ilin oktyabr ayından azad olunmağı barədə iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 16.06.2004-cü il təvəllüdlü X11 görə ondan Cavabdeh xeyrinə hər ay 150 manat aliment tutulmasına dair aliment ödənişindən 2019-cu ilin oktyabr ayından azad olunmağı barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar