Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3956/2023 22.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilə öhdəliklərini pozması, qanunsu hesab edilməsi, ödənilmiş 700 manat pulun qaytarılması, 1500 manat cərimənin tətbiq edilməsi, ümumilikdə 2200 manat pulun cavabdehdən alınaraq ona - İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə Türkan qəsəbəsində yerləşən 500 kv. m. torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Müqavilə şərtinə görə satıcı 5 gün ərzində torpaq sahəsini naturada alıcıya təhvil verir, 10 gün ərzində sənədləri tam şəkildə hazırlayıb alıcıya təhvil verir, alqı-satqı müqaviləsi hazırlığını tamamlayır. Alıcı müqavilə bağlananda 400 manat pul ödəyir, qalan 2100 manat ödənişi sənədləşmədən sonra təmin edir. Müqavilə şərtləri satıcı tərəfindən pozularsa, əlavə olaraq 1000 manat cərimə ödəyir. Alıcı şərti pozarsa, yəni 400 manatı dərhal ödəməzsə, 1000 manat pulu ümumi olaraq 3 gündən çox vaxt ləngidərsə, ləngimə alıcının təqsirindən olur, müqavilə pozulur. Bu və ya digər səbəbdən alıcı pul ödənişindən yayınarsa, müqavilə ləğv olur. Satıcı aldığı pulları 3 gün ərzində qaytarmalıdır. Alıcı sənədləşməyə şübhə ilə yanaşarsa, satıcı isə real satıcı olduğunu təsdiqləyə bilmirsə, pulun qaytarılmasını ləngitməyə görə məsuliyyət daşıyır. Ümumiyyətlə 10 gündən artıq ləngitməyə görə qaytarılacaq məbləğdən aslıl olmayaraq 1000 manat pul cərimə olaraq ödənilir. Müqavilədən irəli gələn mübahisələr məhkəmədəh həll edilir. Müqavilənin icra yeri pul ödənişi ilə bağlı Suraxanı rayonu, torpaq təqdim etmə ilə bağlı Xəzər rayonudur. Müqavilə 1 ay qüvvədədir. Daha sonra ilkin müqaviləyə əlavə şərtlər barədə xx.xx.2020-ci il tarixli müqavilə bağlandı. xx.xx.2020-ci il tarixli müqavilənin predmeti dəqiqləşir, 500 kv. m. 1200 kv. m. ilə əvəzləşir,1000 manat pulun ümumi olaraq 3 gün ərzində alma işi dəyişir, məbləğ 700 manat olur. Qalıq 1800 manat (500 kv. m. üçün) sənəd alınanda qalan 3500 manat (1200 kv m.) 2 ay ərzində ödənilir. Əgər 2 ay tamam olduqdan sonra 3500 manat da ödənməzsə və məbləğin bir hissəsi ödənərsə, qalıq məbləğə uyğun hissənin başqa şəxsə verilməsi üçün etibarnamə verilməlidir. Bu müqavilə əsasında qalıq 300 manat ödənilməklə ümumi ödənilən məbləğ 700 manat olur. Mübahisə yaranarsa, alıcı əlavə olaraq 1500 manat cərimə tələb edir, satıcı da ödəyir. Müqavilənin icra yeri Bakı şəhəri, Suraxanı rayonu, Xəzər rayonu olmuşdur. Müqavilə ilkin müqavilədə göstərilən müqaviləni ləğv edir, 6 aya kimi uzadır. Qeyd edilən hər iki müqavilə əsasında ümumilikdə 700 manat ödənilsə də, nə ödənilən pul vəsaiti geri qaytarılmış, nə də torpaq sahəsi və torpaq sahəsinin satılması mötəbər sənədlərlə təsdiq edilməmişdir. Cavabdehlə mütəmadi olaraq telefon danşıqlarının aparılması heç bir nəticə verməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş, məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə, iddiaçının izahatını, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: MV seriyalı, 004028 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə aşağıdakı şərtlərlə bağlanmışdır: Müqavilə predmeti Türkan qəsəbəsində yerləşən 500 m2 torpaq sahəsidir. Satıcı ilkin müqavilə əsasında torpaq sahəsini naturada 5 gün ərzində alıcıya təhvil verir, 10 gün ərzində sənədləri tam şəkildə hazırlayıb alıcıya təhvil verir, alqı-satqı müqaviləsinə hazırlığı tamamlayır. Alıcı müqavilə bağlananda 400 manat pulu ödəyir. Qalan 2100 manatın sənədləşmədən sonra ödənilməsini təmin edir. Müqavilə şərtləri satıcı tərəfindən pozulsa, əlavə olaraq 1000 manat cərimə ödəyir. Alıcı şərtləri pozarsa, yəni 400 manatı dərhal ödəməzsə, 1000 manat pulun ödənilməsini ümumi olaraq 3 gündən çox vaxtda ləngidərsə, bu alıcının təqsiri olur və müqavilə pozulur. Bu və ya digər səbəbdən alıcı pulun ödənilməsindən yayınarsa, müqavilə ləğv olur. Satıcı aldığı pulları 3 gün ərzində qaytarmalıdır. Alıcı aənədləşməyə şübhə ilə yanaşırsa, satıcı isə real satıcı olduğunu təsdiqləyə bilmirsə, pulun qaytarılmasını ləngitməyə görə məsuliyyət daşıyır. Ümumiyyətlə 10 gündən artıq ləngitməyə görə qaytarılacaq məbləğdən asılı olmayaraq 1000 manat pul cərimə olaraq ödənilir. Həmin müqavilədə İddiaçı Cavabdeh 400 manat məbləğində pul vəsaitini verməsi və bunun hər iki şəxsin imzası ilə qeyd edilməsi əks edilmişdir. Satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış ilkin müqaviləyə əlavə şərtlər barədə xx.xx.2020-ci il tarixli müqavilədən görümür ki, həmin müqavilə aşağıdakı şərtlərlə bağlanmışdır: xx.xx.2020-ci il tarixli müqavilədə predmet dəqiqləşir. 500 m2 1200 m2-lə əvəz olunur. 1000 manat pulun ümumi olaraq 3 gün ərzində ödənilməsi şərti dəyişir. Məbləğ 700 manat olur. Aylıq 1800 manat (1500 m2 üçün), sənəd alınanda qalan 3500 manat (1200 m2 ümumi sahə üçün) 2 ay ərzində ödənilir. Əgər 2 ay ərzində 3500 manat ödənilməzsə və bu hissəsi ödənərsə qalıq məbləğə uyğun hissənin başqa şəxsə verilməsi üçün etibarnamə verilməlidir. Bu müqavilə ilə qalıq 300 manat ödənilməklə ümumi ödənilən məbləğ 700 manat olur. Mübahisə yaranarsa, alıcı əlavə olaraq 1500 manat cərimə tələb edir, satıcı da ödəyir. Həmin müqavilədə İddiaçı Cavabdeh ümumi olaraq 700 manat məbləğində pul vəsaitini verməsi və bunun hər iki şəxsin imzası ilə qeyd edilməsi əks edilmişdir. xx.xx.2021-ci il tarixli sazişdən görünür ki, həmin sazişlə Satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış müqavilələrdə cəriməyə dair müddəalar dəyişdirilmiş və aşağıdakı kimi ifadə edilmişdir: “Mübahisə yaranarsa əlavə olaraq ödəniləcək 1500 manat cərimə yox, “mübahisə məhkəməyə çıxarılarsa, məhkəmə və icra, probasiya qurumlarında pul tələbi ilə bağlı işin aparılmasına görə 1500 manat ödənilir” kimi redaktə edilsin. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələr və xx.xx.2021-ci il tarixli saziş bağlanılmışdır. İddiaçı həmin müqavilərərə əsasən Cavabdeh 700 manat pul ödəmiş, Talıbov X1 Hakim Əkbər oğluna torpaq sahəsini satmağı, İddiaçı isə əvəzində Cavabdeh müəyyən pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh mübahisəyə məhkəmədə baxılacağı təqdirdə 1500 manat məbləğində xərcin İddiaçı ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh torpaq sahəsini İddiaçı satması ilə bağlı öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ödədyi 700 manat pulu və 1500 manat məbləğində xərci tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 441.1-441.2-ci maddələrinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ödənilmiş 700 manat pul və 1500 manat dəymiş zərər, cəmi 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı olduğundan, həmçinin iddianın qiyməti 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 42 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ödənilmiş 700 manat pul və dəymiş zərərin əvəzi olan 1500 manat, cəmi 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. 42 (qırx iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-3956/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-3956/2023
22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver