Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3980/2025 03.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fəzrəliyeva Tünzalə Baləli qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun himayəsində olan xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşaq üçün hər ay 246 manat olmaqla, ümumilikdə 492 manat miqdarında aliment tutulması barədə qətnmaə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixə və daha sonra xx.xx.2025-ci il tarixə təyin edilmiş hazırlıq iclasının vaxtı və yeri haqqında İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək, işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və iddia tələbinin baxılmamış saxlanılmasına razı olduğunu bildirmişdir. Məhkəmə iclasında protokol qaydasında qərar qəbul edilməklə, ərizə iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmənin xx.xx.2025-ci il tarixə və daha sonra xx.xx.2025-ci il tarixə təyin edilmiş hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının məhkəmə iclaslarına gəlməməsi, işə onun iştirakı olmadan baxılmasını xahiş etməməsi və cavabdehdin də işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi nəzərə alınaraq, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə diqqətə çatdırır ki, MPM-in 260.4-cü maddəsinin tələbinə əsasən, iddianın baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə həmçinin onu da qeyd edir ki, MPM-in 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdeh qarşı “aliment təyin edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-3980/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3980/2025
03.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver