Məhkəmə qərarları › İş №2(003)-4206/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4206/2024

06.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4206/2024 06.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 50 manat məbləğində rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı göstərdi ki, Cavabdeh ilə arasında xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlanmışdır. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019cu il təvəllüdlü X4 doğulmuşdur. Əvvəllər cavabdehlə münasibətləri normal olsa da, sonradan pisləşmiş və artıq təxminən 6 aydır ki ayrı yaşayırlar və uşaqlar onunla qalır. Cavabdeh valideynləri ilə yaşayır.Özü "xxxx" MMC-də menejer olaraq çalışır və 400 manat məbləğində əməkhaqqı alır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 080488 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə 2 saylı Bakı Asan xidmət Mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X2 xx.xx.2015-ci il tarixində,X4 xx.xx.2019-cu il tarixində doğulmuşdur. Ataları Cavabdeh, anaları İddiaçıdır. Ailə məcəlləsinin 75.5-ci maddəsinə əsasən, “aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir”. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən “aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur”. Məhkəmədə müəyyən olundu ki, uşaqlar İddiaçı ilə qalır və iddiaçı uşaqların saxlanması üçün hər birinə 235 manat olmaqla, ümumilikdə 470 manat aliment tələb edir. Lakin iddiaçı uşaqların saxlanılması üçün 470 manat aliment tələb etsə də, cavabdeh bunu ödəmək üçün zəruri vəsaitə malik olmasını sübut etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay uşağın saxlanılması üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan 398 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mediasiya xidməti üçün 51 manat məbləğində rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş rüsum cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmədə müəyyən olundu ki, İddiaçı iddia tələbi 470 manat alimentin tutulmasıdır.Məhkəmə tərəfindən 440 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.Belə olan halda dövlət rüsumu 30 manat təşkil edilir və cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 oktyabr 2024-cü il tarixdən başlayaraq hər ay 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilsin. Cavabdeh İddiaçı xeyrinə mediasiya xidməti üçün ödənilmiş 50 manat məbləğində rüsum tutulsun. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar