Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4239/2024 18.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ”uşağın himayədə saxlanılması və alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “uşağın himayədə saxlanılması və alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 onun himayəsində saxlanılması, Cavabdeh ödənilməmiş son 5 ilin aliment məbləğinin, uşaq yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 235 manat və uşağın 18 yaşına çatanadək müalicəsi üçün hər ay 80 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 24 iyul 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşuq. Bizim bu nikahımızdan 28 iyun 2019-cu il təvəllüdlü X3 adlı bir övladımız anadan olmuşdur. Övladları doğulduğu vaxtdan qan xəstəliyindən əziyyət çəkir. Və buna baxmayaraq cavabdeh və onun ailəsi onu və övladını 2019-cu ildən evdən çıxarmışlar. Artıq 5 ildir ki, valideyinlərinin yanında yaşayır. Cavabdeh onlara heç bir maddi köməklik göstərmir. Uşaqla maraqlanmır. Bu illər ərzində düşündü ki, bəlkə nə isə dəyişiklik olar. Lakin, yaxşılığa doğru heç bir yenilik yoxdur. Tam 5 ildən artıq müddətdir ki, hər ay uşaq müalicə olunur. Uşaq qan xəstəliyinə görə xəstəxanada qeydiyyatdadır. Daha yorulmuşdur. Valideynlərinin və onun maddi vəziyyətləri çətindir. Bu səbəblərə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, məhkəmə bütün bu qeyd etdiklərini nəzərə alıb cavabdehdən uşaq üçün son 5 ilin aliment məbləğini, uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment məbləğini və uşağın müalicəsi üçün hər ay 80 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 054268 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin iyul ayının 24-də, 115 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mirzəzadə arvada Mirzəzadə soyadı verilmişdir. - AA2399020 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. - 06 sentyabr 2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə 09:30-a təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, İddiaçı isə iştirak edərək 50 manat məbləğində mediasiaya dair xərci ödəmişdir (Mediator: E.İ.Həsənov). - İddiaçı tərəfindən verilmiş mediasiya üçün müraciətdən görünür ki, sonuncu tərəfindən mübahisənin həlli üçün mediasiyaya xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. - “Azemıs” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh “Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-də “müəllim” vəzifəsində işləyir və aylıq əmək haqqı 466,56 manatdır. Məhkəmə tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X1 nikah pozulduqdan sonra valideynlərindən hansının himayəsində qalmaları məsələsi ilə bağlı aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə görə, nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq, valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsinin və təhsil formasını seçmək hüququna malikdirlər. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsi təmin edilməlidir. “BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 9-cu maddəsinə görə, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər birbirindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Hazırkı mübahisəyə baxılarkən ilk növbədə BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipi nəzərə alınmalıdır. Həmin prinsipə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə tərəflərin dəlilləri və işin müəyyən edilmiş halları məhz bu prinsip baxımından qiymətləndirilməlidir. Müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür: ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsidir. Məhkəmə hazırkı iş üzrə İddiaçı münasibətdə sadalanan müstəsna halların hər hansı birinin mövcudluğunun müəyyən edilmədiyini, azyaşlı uşağın ana nəvazişinə və qayğısına ehtiyacının olmasını nəzərə almaqla hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin alimentin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddiaçının tələbi bu hissədə qismən təmin edilməli və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh hal-hazırda rəsmi olaraq işləyir və əmək haqqı məbləği elə də yüksək deyildir. Uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilən 235 manat aliment məbləği ilə bərabər onun müalicəsi üçün iddiaçının xeyrinə əlavə pul məbləğinin tutulması cavabdehin diqqətə layiq maraqları baxımından ədalətli hesab edilə bilməz. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının bu barədə mediasiyaya müraciət edildiyi tarixdən başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə mediasiya xidmətinə müraciət etmişdir. İddiaçı bu barədə sübutu məhkəməyə təqdim etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən mediasiyaya müraciət edildiyi xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Məhkəmə alimentin əvvəlki 5 illik dövr üçün tutulması hissəsinə münasibətdə qeyd edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Müstəsna hallarda alimentin əvvəlki vaxtlar üçün verilməsinə yol verilir. Lakin əvvəlki dövr üçün aliment 3 illik müddət həcmində verilə bilər. Məhkəmə əvvəlki müddət üçün aliment tutulmasına yalnız iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün 3 illik müddət həddində aliment tutulması barədə qərar verə bilər. Yəni faktiki ər arvad ayrı yaşasa və rəsmi qaydada nikahlarına xitam verməsə belə uşaqların mənafeyi naminə aliment tutula bilər, lakin bu müddət keçmiş 3 illik dövrdən daha çox zamanı əhatə edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 anası-İddiaçı himayəsində saxlanılmalı, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılsın. xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-4239/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4239/2024
18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver