Məhkəmə qərarları › İş №2(003)-4266/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4266/2023

29.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4266/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, 15 avqust 1998-cı il tarıxindən sabiq "xxxx"nda əmək fəaliyyətinə başlamışdır. Müxtəlif vəzifələrdə çalışmışdır. 03 oktyabr 2022-ci il tarixindən 16 noyabr 2022-ci il tarixinədək AAHM-də, 26 avqust 2002ci il tarixindən 07 mart 2006-cı il tarixinədək “B.Sərdarov adına Maşınqayırma Zavodu" MMCdə müvəqqəti olaraq rəis vəzifəsini icra etmiş və həmin tarixdə öz ərizəsilə tutduğu vəzifədən azad olunmuş və aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Uzun müddət keçməsinə və dəfələrlə müraciət və şikayət etməsinə baxmayaraq bu günədək son haqq-hesabı ödənilməmişdir. Bu barədə etdiyi şikayət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsində araşdırılmış, cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilmiş və barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 14 aprel 2023-cü il tarixli MN ******* saylı inzıbatı cənmənin tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Əmək mubahisəsinin mediasiya vasitəsi ilə həll olunması barədə mediasıya şurasına müraciət etmiş, lakin cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etməmişdir. Cavabdehdən ödənilməmiş əmək haqqının könüllü ödənilməsini tələb etsə də, muraciətlərinin bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə muraciət etmək qərarına gəlmişdir. Cavabdeh "xxxx" MMC ilə onun arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır, işəgötürən "xxxx" MMC işlədiyi müddət ərzində ona ödənilməli olan əmək haqqını konüllü ödəməkdən imtina edir, 26 avqust 2002-ci il tarixində həmin vəzifədən azad olunsa da, işəgotürən tərəfindən əmək haqqı bu günədək ödənilməmişdir. Ona görə də cavabdehin həmin hərəkətlərinin qanunsuz sayılması və onun ödənilməli olan əmək haqqının və gecikdirilmiş müddət üçün hər günə bir faiz olmaqla ödəniş ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 28 noyabr 2023-cü il tarixdə "xxxx" MMC-nin direktoru Elnur Ələkbərov “Elektron Məhkəmə Sistemi” vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq "xxxx" MMC-nin hüquqi ünvanının ünvan 1lki işin aiddiyyati üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Eyni zamanda mülki işin aiddiyatı üzrə göndərilməsinə etiraz etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2a müəyyən edildi ki, iş üzrə cavabdeh "xxxx" MMC-nin rəsmi qeydə alındığı yer Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ev 95 mənzil 33 ünvanıdır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdehin rəsmi qeydə alındığı yer Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati ərazisinə aid olduğundan, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar