Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4330/2025 29.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı "Alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli qərarı ilə indeksasiya olaraq müəyyən olunmuş, hər ay 460 manat məbləğində alimentin məbləğinin azaldılaraq, Cavabdeh ilə faktiki nikahlarından doğulan 03 iyul 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə faktiki nikahdan doğulan 03 iyul 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 87 manat aliment alınaraq cavabdehə ödənilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 150 manat aliment alınaraq cavabdehə ödənilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra cavabdeh bunlarla kifayətlənməyərək, aliment məbləğinin indeksasiyası barədə məhəməyə ərizə verərək, aliment məbləğini, minimum əməkhaqqının 1.15 misli həcmində müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli qanunsuz, haqsız qərardadı ilə aliment məbləği indeksasiya olunaraq, fantastik məbləğə çıxarılaraq, 460 manat məbləğində məyyən olunmuşdur. Hal-hazırda iddiaçı aliment məbləğinin azaldılması barədə öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. Belə ki, qeyd edir ki, Cavabdeh ilə ailə münasibətləri pozulduqdan sonra X9 ilə faktiki ailə münasibətlərinə daxil olmuş, onun X9 ilə faktiki nikah münasibətlərindən 24 noyabr 2017-cil təvəllüdlü X10 doğulmuşdur. 11 noyabr 2018-ci il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bununla bağlı doğum haqqında akt qeydi tərtib olunmuş, 05 avqust 2025-ci il tarixdə arayış verilmişdir. Eyni zamanda 11 yanvar 2018-ci il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində övladına dair atalığın müəyyən olunması barədə akt qeydi tərtib olunmuş, uşağın soyadı Əlizadə, atasının adı Pərviz olaraq müəyyən olunmuşdur. Eyni zamanda ikinci ailəsi ilə də ailə münasibətləri pozulduğundan Şirvan rayon Məhkəməsinin qətnaməsi ilə hər ay X3 üçün ondan sabit pul məbləğində 180 manat aliment alınaraq X11ma ödənilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, aliment məbləği indeksasiya olunduqdan sonra məhkəmənin müəyyən etdiyi qaydada 460 manat və 180 manat alimentlər 640 manat aliment öhdəliyi yaradır
3. Mülki iş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə etiraz ərizəsi təqdim edərək, iddiaçının boşandıqları gündən etibarən uşağın təhsili, sağlamlığı və digər məsələlərlə maraqlanmadığını, heç bir əlavə yardım göstərmədiyini, bundan başqa hazırki vaxta qədər əvvəlki aliment ödənişlərindən borcunu hələ də ödəmədiyini, uşaq böyüdükcə onun xərclərinin də artdığını, buna mütənasib olaraq dövlətin hər il uşağın aliment məbləğini artırdığını, həmçinin Ailə Məcəlləsində hər bir valideynin uşağın təhsilində və tərbiyəsində birlikdə məsuliyyət daşıdığını və öhdəliyi olduğunu, lakin iddiaçının hər zaman bu öhdəliyindən yayındığını, heç bir vaxt nə uşağın məktəbi, nə hazırlıqları nə də inkişafı üçün maddi yardım göstərmədiyini qeyd etmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum qərarında qeyd edilir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır". Bundan başqa eyni Plenum Qərarında "Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir" qeyd olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında da yanaşma o istiqamətdədir ki, uşağın yaşayış, təhsil, səhiyyə vəziyyətində pisləşmə əmələ gəlməsin. Lakin hazırki aliment məbləği azaldılarsa qeyd edilən bütün istiqamətlərdə pisləşmələr olacaqdır. Bundan başqa qeyd edilir ki, cavabdeh daimi işi olan biri deyil və uşağın təhsil alması üçün ehtiyaclarını tam qarşılayacaq maddi imkanı yoxdur. Lakin iddiaçı maddi gəlirinin az olmasını, ümumi ölkədə qeyd etdiyi məbləğdə əmək haqqı alanın olmadığını göstərərək əsilsiz və sübutsuz iddialar irəli sürmüşdür. Bu da öz növbəsində göstərir ki, onun əsas məqsədi alimenti ödəməmək üçün icra şöbəsinə işin məhkəmədə olduğunu göstərmək bəhanəsi olmuşdur. Həmçinin bildirir ki, iddiaçının yetərli gəliri vardır, sadəcə olaraq qeyri-rəsmi olduğundan hər zaman gəlirinin olmadığını və ya az olduğunu bəhanə edərək alimenti ödəməkdən boyun qaçırmaq istəyir. Odur ki, verilmiş iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir.
Proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini, cavabdehlə 2012-ci ildə boşandıqlarını, uşağın saxlanması üçün məhkəmə qətnaməsi ilə əvvəllər 87 manat, sonradan isə 150 manat məbləğində aliment ödədiyini, bir neçə ay əvvəl isə bu məbləğin birdən-birə 460 manata qaldırıldığını, hazırda uşağının 13 yaşı olduğunu, özünün heç bir yerdə işləmədiyini, daimi gəlirinin olmadığını, cavabdehin isə müğənni olduğunu, onun maddi imkanın yaxşı olduğunu, qarşı tərəflə boşandıqdan sonra yendiən ailə həyatı qurduğunu, həmin şəxslə də ailəsinin dağıldığını və digər uşağı üçün də aliment ödədiyini, maddi imkanın uşağın saxlanması üçün 460 manat məbləğində aliment ödəməyə imkan vermədiyini, bu səbəbdən alimentin azaldılamasını məhkəmədən xahiş etdiyini bildirmişdir.
5. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə elektron kabinet vasitəsilə məhkəməyə iddiaya dair etiraz təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-141/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(003)-1747/2012 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 03 iyul 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 87 (səksən yeddi) manat aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-4359/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(003)- 1747/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və cavabdeh İddiaçı Cavabdeh xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-141/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-4359/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli həddində indeksasiya olunması qərara alınmışdır.
9. 05.08.2025-ci il tarixli, 05/63/70 nömrəli arayışdan görünür ki, İddiaçı X6 atası hesab edilmişdir. 10.05.08.2025-ci il tarixliar ayışdan görünür ki, X10 24 noyabr 2018-ci il tarixdə anadan olmuş, atası İddiaçı, anası X7r.
11. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-316/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmaqla 24 noyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir.
12. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-01545 nömrəli mediasiya arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməməsi səbəbindən mediasiya prosesi davam etdirilməmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
13. 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
14. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
15. 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının: - 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. - 8.4-1-ci bəndinə əsasən, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). - 8.7-ci bəndinə əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. - 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
23. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh qız arasında bağlanılmış rəsmi nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuş və həmin qətnamə ilə tərəflərin birgə nikahından doğulmuş 03 iyul 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində 87 (səksən yeddi) manat aliment tutulmuşdur. Həmin aliment məbləği 2018-ci ildə artırılaraq, ayda 150 manat sabit pul məbləğində müəyyən edilmişdir. Həmin aliment məbləği də 2025-ci ildə indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli həddində müəyyən olunmuşdur.
24. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilir ki, İddiaçı 24 noyabr 2017-ci il təvəllüdlü X6 atası hesab edilmiş (anası X7r) və Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 316/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 28 aprel 2021-ci il tarixdən hesablanmaqla 24 noyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir.
25. İşin mübahisələndirilən halı isə ondan ibarətdir ki, İddiaçı cavabdehlə birgə nikahından olan uşağın saxlanması üçün əvvəlcə 87 manat, sonra isə 150 manat aliment tutulduğunu, uzun illərdir həmin məbləği ödədiyini, ancaq 2025-ci ildə həmin aliment məbləğinin birdən-birə 460 manata qaldırıldığını, heç bir yerdə işləmədiyini və sabit gəlirinin olmadığını, qeyd edilən məbləği ödəməyə maddi imkanının olmadığını, cavabdehlə aralarında olan nikah pozulduqdan sonra yenidən ailə həyatı qurduğunu, xx.xx.2018-ci il təvəllüdlü daha bir övladının doğulduğunu və həmin övladı üçün də hazırda aliment ödədiyini, qeyd olunanları nəzərə alaraq alimentin azaldılması ilə bağlı iddia tələbi ilə məhkəməyə mütraciət etdiyini bildirmişdir. Cavabdeh isə məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək, iddiaçının boşandıqları gündən etibarən uşağın təhsili, sağlamlığı və digər məsələlərlə maraqlanmadığını, heç bir əlavə yardım göstərmədiyini, bundan başqa hazırki vaxta qədər əvvəlki aliment ödənişlərindən borcunu hələ də ödəmədiyini, uşaq böyüdükcə onun xərclərinin də artdığını, lakin iddiaçının hər zaman öhdəliyindən yayındığını, heç vaxt nə uşağın məktəbi, nə hazırlıqları nə də inkişafı üçün maddi yardım göstərmədiyini, özünün daimi işi olmadığını və uşağın təhsil alması üçün ehtiyaclarını tam qarşılayacaq maddi imkanının olmadığını, hazırki aliment məbləği azaldılarsa qeyd edilən bütün istiqamətlərdə pisləşmələr olacağını qeyd edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
26. Məhkəmə qeyd edir ki, istər Ailə Məcəlləsinin yuxarıda qeyd olunan normalarının tələbinə, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, alimentin miqdarının dəyişdirilməsi barədə tələbə baxılarkən məhkəmə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalı, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, o cümlədən, aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması və uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ nəzərə alınmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı uşağın saxlanması üçün 2012-ci ildən 2018-ci ilə kimi 87 manat, 2018-ci ildən 2025-ci ilə qədər isə 150 manat məbləğində aliment ödəmişdir. Yəni uşağın əvvəlki maddi təminat səviyyəsi uzun illər ərzində qeyd olunduğu kimi olmuşdur. Lakin 2025-ci ildə həmin aliment məbləği indeksasiya edilərək minimum əmək haqqının 1.15 misli həddində müəyyən edilmişdir və bu zaman əvvəlki aliment məbləği nəzərə alındığında əhəmiyyətli dərəcədə (3 dəfədən artıq) fərq yaranmışdır. Həmçinin iş materiallarından görünür ki, İddiaçı sonradan başqa şəxslə faktiki nikah münasibətlərindən daha bir övladı dünyaya gəmiş və ondan hazırda (2021-ci ildən etibarən) həmin övladı üçün də məhkəmə qətnaməsi ilə 175 manat məbləğində aliment tutulur. Həmçinin iddiaçı hazırda heç bir rəsmi iş yerinin olmadığını bildirir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilən məlumatdan da, iddiaçının həqiqətən rəsmi iş yerinin və gəlirinin olmadığı müəyyən edilir. Bununla belə qeyd olunmaldır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən də azad etmir.
27. Beləliklə, tərəflərin mövqeyini, uşağın mənafeyinin üstün tutulmalı olmasını, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-141/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək (azaldılaraq), bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan etibarən, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
28. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçı tərəfindən tələb edilmədiyi və iddia qismən təmin edildiyi üçün iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-141/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləği (minimum əmək haqqının 1,15 misli) dəyişdirilərək (azaldılaraq), hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən, xx.xx.2011-ci il təvəllüdlü X2 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov