Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-442/2025 07.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02 iyun 2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və həmin tarixdən ünvan 1 ünvanda yaşayırlar. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü Said İsmayılov, xx.xx.2019-cu il təvəllüdlü Əli İsmayılov adlı uşaqları vardır. Uzun müddət nikahda olmaqlarına və ailə kimi yaşayaraq birgə təsərrüfat aparmaqlarına baxmayaraq, son vaxtlarda cavabdeh ailənin maddi təminatında iştirak etmir. Cavabdeh "xxxx" MMC-də uzun müddətdir (2016-cı ildən) işləyir və yüksək əmək haqqı alır. Əvvəllər əmək haqqından uşaqlarının dolanışığını təmin edəcək məbləğdə vəsait ayırırdı. Lakin son aylarda əmək haqqı kartını özündə saxlamaqla ailənin xərclərinə, uşaqlarının dolanışığına maddi yardım göstərmir. Ailənin bütün xərcləri, azyaşlı uşaqlarının saxlanması üçün anasının maddi yardımından istifadə edir. Anasının məhdud əmək haqqı ilə uşaqlarının saxlanması mümkün deyil. Uşaqları azyaşlı olduğuna görə onlara baxmaq məcburiyyətindədir, işləyə bilmir. Qanunvericiliyin tələbinə uyğun olaraq, alimentin ödənilməsi barədə razılq əldə edilməsi üçün cavabdehə müraciət edərək mediasiya prosesinin tətbiqini təklif etmişdir. Cavabdeh onun mediasiya barədə təklifinə cavab verməmiş və Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatının İMS üçün dəvətinə gəlməmişdir. Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatı (mediator V.Seyfullayeva) tərəfindən “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli Arayış tərtib olunmuşdur. Beləliklə, birgə nikahdan doğulan uşaqlarının saxlanması üçün aliment ödənilməsinə dair cavabdehlə aralarında razılıq əldə edilməsi mümkün olmamışdır. Ona görə də uşaqlarının saxlanması üçün aliment alınması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh onun qazancının (əmək haqqı, başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi həcmində alimentin xx.xx.2024-cü ildən tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, İsmayılov Cavabdeh Sevil Mövlan qızı ilə xx.xx.2015-ci il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 429 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “İsmayılov”, arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 4 saylı əlavəyə əsasən Cavabdeh "xxxx" MMC-də baş texnoloq vəzifəsində işləyir və aylıq əmək haqqı 2954,0 manat təşkil edir. Elektron məhkəmə portalından gəlirlərə dair məlumatlardan çıxarışdan görünür ki, smayılov Yusif Əlövsəd oğlu "xxxx" MMC-də mühəndis vəzifəsində işləyir və aylıq əmək haqqı 3183,0 manat təşkil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin rəsmi nikahından anadan olmuş uşaqları xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 hal-hazırda iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşağını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-442/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-442/2025
07.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver