Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-443/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, Cavadeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının azldılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayon Məhkəməsinin 2(003)-1197/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnamsinə əsasən ondan cavabdehin xeyrinə 06.07.2015-ci il təvəllüdlü X4 və 31.07.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi, onların saxlanması üçün tutulan alimentin miqdarı azaldılması, cavabdehin xeyrinə ondan birinci nikahından 06.07.2015-ci il təvəllüdlü X4 və 31.07.2018-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xəzər Rayon Məhkəməsinin 2(003)- 1197/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnamsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 08.09.2014-cü il tarixdə 558 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 06.07.2015-ci il təvəllüdlü X4 və 31.07.2018-ci il təvəllüdlü X5 nikah pozulduqdan sonra anaları-Cavabdeh yanında saxlanılmaları, 31.07.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09.09.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.06.2016-cı il tarixli 2(011)-5827/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 06.07.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bu qətnamə əsasında birgə nikahdan doğulmuş uşaqlarının saxlanılması üçün ondan ümumilikdə 280 (iki yüz səksən) manat məbləğində aliment tutulur. O fərdi əməklə məşğul olur və onun aylıq qazancı 300 manat təşkil edir. O aylıq 280 manat məbləğində aliment ödədiyi təqdirdə onun özünün yaşayış tələbatlarını qarşılaya bilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə iddiaçının iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin ötən iclasında iddiaçı izahat verərək bildirmişdir ki, uşaqların saxlanması üçün Cavabdeh xeyrinə ümumilikdə 280 manat məbləğində alimentin tutulması qət edilmişdir. O fərdi əməklə məşğul olur və onun aylıq qazancı 300 manat təşkil edir. Aylıq 280 manat aliment ödədiyi təqdirdə özünnün yaşayış tələbatlarını qarşılaya bilmir. Onun hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat ödəməyə imkanı çatır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddianı əsassız hesab edir, uaqları saxlamaq onun üçün çox çətindir. Hər ay 100 manat kirayə haqqı ödəyir. Bundan başqa, maddi çətinliklərim olduğuna görə valideynləri və qardaşı köməklik göstərir. İddiaçının ödədiyi aliment uşaqların tələbatını ödəmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1197/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnamsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 08.09.2014-cü il tarixdə 558 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 06.07.2015-ci il təvəllüdlü X4 və 31.07.2018-ci il təvəllüdlü X5 nikah pozulduqdan sonra anaları-Cavabdeh yanında saxlanılmaları, 31.07.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09.09.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tətəflər arasında nikahın pozulması tələbinə dair mülki işə baxılarkən (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1197/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi) hazırki iş üzrə iddiaçı 250 manat aliment ödəməyə razı olmasını qeyd etmiş, hazırda isə məhkəmənin sualına cavab olaraq həmin vaxtdan da, məhz əvvəlki işində çalışmaqla həmin məbləğdə əmək haqqı almasını bildirmiş, keçən qısa müddət ərzində maddi vəziyyətində əhəmiyyətli pisləşmə olmasını təsdiq edəcək hər hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, onun ödədiyi aliment məbləği də özünün etirafı ilə məhkəmə qaydasında tutulmuş və hazırda da maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müəyyən olunmuş alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsas (əmək haqqının az olması) məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hal kimi qəbul edilə bilməz. Həmçinin, iddiaçının maddi qazancının az olması övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. İddiaçının həqiqətən də maddi vəziyyətində əhəmiyyətli pisləşmə olması sübuta yetirilmədiyindən, eyni zamanda daha az alimentin (100 manat) ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etməyin mümkün olması, uşağın böyümkdə davam etməklə onun müvafiq olaraq tələbatlarının artmasını da nəzərə alınmaqla mümkün görünmədiyindən məhkəmə hesab edir ki, alimentin məbləğinin azaldılması barədə tələb təmin edilməməlidir. Bundan başqa, iddiaçı iddiasının təmin edilməli olmasına digər bir əsas kimi yeni ailə qurması səbəbindən tələbatlarının artmasını göstərmişdir. Bu əsasa münasibətdə məhkəmə hesab edir ki, onun yenidən ailə qurması əvvəlki nikahından olan uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilə və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, bu halı əsas gətirməklə alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan belə aşağı həddə azaldılması uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına deyil, uşağın qabiliyyətinin inkişaf etdirilməsinin, onun maddi və mənəvi təlabatlarının təmin edilməsinin, hüquq və mənafelərinin mühafizəsinin pozulmasına gətirib çıxarar. Mübahisə ilə bağlı məhkəmə həmçinin aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etməklə yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçı isə yaşayış minimumu, hətta əvvəlki təminat səviyəsindən xeyli az alimentin tutulmasını istəmişdir. Halbuki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu belə heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu baxımından da ədalətli və ağlabatandır. Göstərilən bütün halları məcmusu baxımından məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1197/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin 100 manatadək azaldılması barədə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhər Xəzər Rayon Məhkəməsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1197/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin azaldılması barədə iddia rədd edilməlidir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-443/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-443/2021
12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver