Məhkəmə qərarları › İş №2(003)-443/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-443/2022

16.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-443/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununu rəhbər tutmaqla 16.09.2017ci il təvəllüdlü Yaqub-zadə Zəhra Tərlan qızının yetkinlik yaşına çatana kımi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment, bundan əlavə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78.1-ci maddələrini rəhbər tutmaqla qazancının (gəlirinin) 1/4 hissəsi məbləğində aliment Cavabdeh tutulması və uşağın saxlanılması, habelə mənafeyi üçün ona verilməsi, "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun, "Azərbaycan Respublikasında 2019cu il üçün yaşayış minimumu haqqında" qanun, "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" qanun və "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanun rəhbər tutulmaqla, əvvəlki dövrlər üzrə ödənilməmiş olan cəmi 6039 manat məbləğində aliment vəsaiti Cavabdeh tutulması və uşağın saxlanılması habelə mənafeyi üçün ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, onunla Cavabdeh arasında 05.09.2014-cü il tarixdə nikah bağlanmış, bu nikahdan 15.09.2017-ci il təvəllüdlü övladları Yaqub-zadə Zəhra Tərlan qızı dünyaya gəlmişdir. Lakin sonradan ailədə ciddi maddi çətinliklərin yaranması, Cavabdeh ailənin dolandırılması üçün heç bir səy göstərməməsi və bütün məsələlərə laqeyd yanaşması səbəbindən boşanma həddinə gəlib çatmışlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3310/2018 nömrəli, 29.11.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İlə aralarında olan nikah pozulmuş və uşağın onun himayəsində qalması təmin edilmişdir. Həmin vaxt Cavabdeh onunla danışığa girərək uşağın onun da övladı olduğunu, işləyib hər ay uşağın zəruri qida, geyim, müalicə və digər xərclərinin qarşılanması üçün vəsait verəcəyini bildirmiş və buna görə də ondan rəsmi olaraq aliment tələbindən imtina etməyini istəmişdir. O da aralarında olan anlaşılmazlıqların və maddi problemlərin birbaşa səbəbkarının Cavabdeh olmasına baxmayaraq, övladının atası olduğuna və onun gələcəyinə biganə qalacağını ağlına qətiyyən gətirmədiyinə görə onun sözlərinə inanmışdır. Bununla bağlı məhkəməyə ərizə təqdim edərək aliment tələbindən imtina etdiyimi bildirmişdir. Aliment tələbindən imtina etdiyi həmin vaxtdan bu günədək uşağın atası, Cavabdeh övladları Yaqub-zadə Zəhra Tərlan qızının zəruri ehtiyaclarının qarşılanması üçün heç bir köməklik göstərməmiş, vəsait ödəməmişdir. 15.09.2017-ci il təvəllüdlü Yaqub-zadə Zəhra Tərlan qızı azyaşlıdır, qayğıya, nəvazişə və qulluğa ehtiyacı var. Övladı böyüdükcə maddi tələbatları da günü gündən artır. Tək bir qadın olaraq uşağına baxmaq onun üçün çox çətindir. Onda olan məlumata görə Cavabdeh hazırda X2 Aeroportunda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sky Catering” filialında işləyir. Onun aylıq əmək haqqı təqribən 500-600 manat həddindədir. Həmçinin son dövrlərdə Respublikada əmək haqqı artımları olmuşdur). "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 154 manat, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 160 manat, "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 170 manat və "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Hesab edir ki, cavabdehin onun inamından sui-istifadə edərək ödəmədiyi əvvəlki dövrlər üzrə bütün aliment ödənişlərinin cəmi məbləği cavabdehdən tutularaq övladının hazırki və gələcək həyatı üçün ona ödənilməlidir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məccələsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə ərizə təqdim edərək, iddia tələbinin "Azərbaycan Respublikasında 2021ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununu rəhbər tutmaqla 16.09.2017ci il təvəllüdlü Yaqub-zadə Zəhra Tərlan qızının yetkinlik yaşına çatana kımi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment, bundan əlavə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78.1-ci maddələrini rəhbər tutmaqla qazancının (gəlirinin) 1/4 hissəsi məbləğində aliment Cavabdeh tutulması və uşağın saxlanılması, habelə mənafeyi üçün ona verilməsi hissəsinin "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu, bundan əlavə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78.1-ci maddələrini rəhbər tutmaqla hər ay 200 (iki yuz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması və uşağın saxlanılması, habelə mənafeyi üçün ona verilməsi” kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 05.01.2022-ci il tarixli iclasında Cavabdeh iddianı qəbul etməyərək, fəhlə işlədiyini aylıq əmək haqqının 400 manat olduğunu bildirdi. Həmçinin əvvələr iddiaçı ilə aralarındaq olan razılaşmaya əsasən aliment ödənişlərini ödədiyini, lakin sonradan iddiaçı tərəfindən ona uşağı ilə görüşməsinə şərait yaradılmadınıdan o, aralarında olan razılaşma üzrə alimenti ödəmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3310/2018 nömrəli, 29.11.2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş və tərəflərin birgə nikahlarında olan 15.09.2017-ci il təvəllüdlü Yaqub-zadə Zəhra Tərlan qızının anası İddiaçı himayəsində qalması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3310/2018 nömrəli, 29.11.2018-ci il tarixli qətnaməsindən görünür ki, işin məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh qarşı olan aliment tələbindən imtina etmişdir. İş materiallarında olan 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.10.2017-ci il tarixli AZ-İV 020897 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Yaqub-zadə Zəhra Tərlan qızı 15.09.2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünüdüyü kimi iddiaçının tələbi "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun, "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" qanun və "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanun rəhbər tutulmaqla, əvvəlki dövrlər üzrə ödənilməmiş olan cəmi 6039 manat məbləğində aliment vəsaiti Cavabdeh tutulması və hər ay 200 (iki yuz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulmasından ibarətdir. Məhkəm ilk olaraq iddaçının iddia tələbinin "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun, "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" qanun və "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanun rəhbər tutulmaqla, əvvəlki dövrlər üzrə ödənilməmiş olan cəmi 6039 manat məbləğində aliment vəsaiti Cavabdeh tutulması hissəsinə qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı Cavabdeh 6039 manat alimnet pulunun tutulmasını tələb etsə də, həmin aliment borcunun yaranması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən iddiaçının belə bir hüququ iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə məhkəmə tərəfindən 3 illik müddətə aliment tutua bilər. Lakin hazırkı mülki iş üzrə iddiaçının belə bir hüququnun yaranmış olması, yaranmış olsa belə aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görülməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin mülki iş matriallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3310/2018 nömrəli, 29.11.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddaçı həmin mülki iş üzrə Cavabdeh qarşı aliment tələbindən imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun, "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" qanun və "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" qanun rəhbər tutulmaqla, əvvəlki dövrlər üzrə ödənilməmiş olan cəmi 6039 manat məbləğində aliment vəsaiti Cavabdeh tutulması hissəsində rədd edilməlidir. İddiaçının iddia tələbinin hər ay 200 (iki yuz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasından alimentlə bağlı mübahisə davam edən münasibətlərdən irəli gəldiyindən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə iddia tələbində göstərilən məbləğdə alimentin tutulması üçün cavabdehin maddi və ailə vəziyyəti barədə hər hansı sübut təqdim edilməməsini, bununla yanaşı isə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehdən hər ay uşağın saxlanılması üçün 193 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə 01.12.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 01.12.2021-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 15.09.2017-ci il təvəllüdlü övladları Yaqub-zadə Zəhra Tərlan qızının yetkinlik yaşına çatanadək saxlanması üçün 01.12.2021-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 15.09.2017-ci il təvəllüdlü övladları Yaqub-zadə Zəhra Tərlan qızının yetkinlik yaşına çatanadək saxlanması üçün 01.12.2021-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar