Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4588/2025 08.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdehna qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X10 18 yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının sonrakı artımları nəzərə almaqla 0.62 misli həddində (0.62x400=248) alimentin müəyyən edilməsi və cavabdehən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinn 2(003)- 1952\2022-ci il saylı xx.xx.2022-ci tarixli qətnaməsi ilə cavabdehlə iddiaçı arasında olan nikah pozulmuş və birgə nikahdan olan 03 avqust 2022-ci il təvəllüdlü X6 iddiaçının himayəsinə verilmiş və onun saxlanılması üçün cavabdehdən hər ay 193 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Nikah rəsmi olaraq pozulsa da, tərəflər faktiki olaraq birlikdə yaşamış və faktiki nikahdan xx.xx.2024-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir. Daha sonra iddiaçının cavabdehlə manasibətləri pisləşmişdir və hazırda hər iki uşaq iddiaçının himayəsindədir. Cavabdeh valideyinlik öhdəliyini yerinə yetirməyərək, uşaqların hansı şəraitdə yaşaması ilə maraqlanmır və 2 ilə yaxındır iddiaçı ilə cavabdeh ayrı yaşayır.
3. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, xx.xx.2024-cü il təvəllüdlü övladı X7 18 yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının sonrakı artımları nəzərə alınmaqla 0.62 misli həddində, yəni 248 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında protokol qaydasında qərar qəbul edilməklə ərizə iş materiallarına əlavə edilmişdir.
Proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizənin məzmununa uyğun izahat verərək, cavabdehlə faktiki nikah münasibətlərindən doğulan xx.xx.2024-cü il təvəllüdlü X1 üçün Cavabdeh 248 manat məbləğində aliment tutulmasını xahiş etdiyini bildirmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında, iddia tələbini tam həcmdə qəbul etdiyini, uşağın saxlanması üçün 248 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. Xəzər Rayon Məhkəməsinin 2(003)-1952/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi; X4 ilə Cavabdeh 31 avqust 2018-ci il tarixdə 05 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 3138 №-li akt qeydli nikahın pozulmasını; Birgə nikahdan olan 03 avqust 2022-ci il təvəllüdlü X5 anası X3 yanında qalması; Cavabdeh X3 xeyrinə birgə nikahdan olan 03 avqust 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 11 may 2022-ci il tarixdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
7. AZ-İ seriyalı 451285 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X4 arasında olan nikah pozulmuşdur.
8. AZ-İ seriyalı 457532 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamadən görünür ki, Cavabdeh xx.xx.2024-cü ildə İddiaçı doğulmuş X8 atası hesab edilmişdir.
9. AZ-İV seriyalı 965742 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 11 yanvar 2024-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
10. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə barədə xx.xx.2025-ci il tarixli, MŞB/22/2025-00096 nömrəli mediasiya arayışından görünür ki, mediasiya sessiyasında iştirak edən hər iki tərəf prosesin davam etdirilməsinin əleyhinə olmuşlar.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
11. 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
13. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
15. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
18. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əmək haqqının məbləğinin artırılması barədə” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin:
19. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
20. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
21. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
22. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının:
23. 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
24. 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024- cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)."
Məhkəmənin mövqeyi:
25. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
26. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 31 avqust 2018-ci il tarixdə rəsmi nikah bağlanılmış, onların birgə nikahından 03 avqust 2022-ci il təvəllüdlü X6 doğulmuş, Xəzər Rayon Məhkəməsinin 2(003)-1952/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə rəsmi nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş X5 anasının yanında qalması və hər ay 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin nikah pozulduqdan sonra xx.xx.2024-cü il təvəllüdlü X10 doğulmuş və Cavabdeh həmin uşağın atası hesab edilərək, atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Bununla da Cavabdeh iddiaçı X2 doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X7 atası olması faktı müəyyən olunur.
27. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh həmin uşağın saxlanılmasında və maddi tələbatlarının ödənilməsinə iştirak etmədiyi üçün uşağın saxlanılması üçün vəsaitin (alimentin) məhkəmə qaydasında təyin edilməsi zərurəti yaranmışdır.
28. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən uşağın saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının sonrakı artımları nəzərə alınmaqla 0.62 misli həddində alimentin tutulmasını istəyir. Cavabdeh də izahatında və yazılı ərizəsində iddia tələbini tam həcmdə qəbul etdiyini bildirmişdir.
29. Məhkəmə işə tələb həddində baxılmalı olduğunu və MPM-in tələblərinə uyğun olaraq, cavabdehin məhkəməyə yazılı ərizə təqdim etməklə ona qarşı verilən hazırki iddianı tam etiraf etdiyini, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq qeyd edir ki, xx.xx.2024-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (248:400=0,62) 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
30. Məhkəmə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olması ilə bağlı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinin hazırki işə tətbiqi baxımından hesab edir ki, təyin edilən sabit pul məbləğində alimentin tutulmağa başlanılması iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixindən hesablanmalı, habelə qətnamə dərhal icra olunmalıdır. 31.Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericiliklə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyi və hazırda iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyi üçün, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən də, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin məbləğinin hər ay cəmi 248 manat müəyyən olunduğu nəzərə alındığında, bir il ərzində ödəmənin məcmusu 2976 manat (248x12=2976) təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən də, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən, ödənilməli dövlət rüsumunun məbləği 49.76 (qırx doqquz manat yetmiş altı qəpik) manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, 49.76 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
33. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalı və qətnamə dərhal icra edilməlidir. Habelə, iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 49.76 manat dövlət rüsumunun məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 49.76 AZN (qırx doqquz manat yetmiş altı qəpik) dövlət rüsumunun məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov