Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4623/2025 16.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehna qarşı "aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdehna qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini; İddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 17 noyabr 2025-ci il tarixdən başlayaraq birgə nikahdan olan övladları- xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdeh- Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə minimum əmək haqqının 0.61 misli miqdarında aliment məbləği tutularaq, iddiaçı –İddiaçı ödənilməsi; cavabdeh-Cavabdeh mediatora ödənilmiş 60,0 manat tutularaq iddiaçı-İddiaçı ödənilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18 avqust 2016-cı il tarixdə iddiaçı cavabdehlə ailə həyatı qurmuş və aralarındakı nikah Xəzər rayon Qeydiyyat şöbəsində 58 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı iki övladları vardır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır və iddiaçı uşaqları tək böyüdür. Cavabdeh uşaqlarla maraqlanmır, onların qayğısına qalmır. İddiaçı da buna görə maddi problemlərlə üzləşir və buna görə də görə “alimentin tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında, cavabdehlə birgə nikahından iki uşağının olduğunu, cavabdehlə təxminən bir il müddətdir ki, ayrı yaşadığını, cavabdehin uşaqların saxlanılmasında iştirak etmədiyini bildirmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. AZ-T seriyalı 070049 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2016-cı il tarixində Xəzər rayon Qeydiyyat şöbəsində 58 nömrəli akt qeydi ilə nikah bağlanmış və nikahdan sonra ərə Dəşdiyev, arvada Dəşdiyeva soyadı verilmişdir.
6. AZ-İV seriyalı 014248 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 28 avqust 2017-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
7. AZ-İV seriyalı 441326 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 01 may 2020-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00788 nömrəli mediasiya arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməsi səbəbilə mediasiya sessiyası davam etdirilməmişdir.
9. 21.10.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı 18 saylı mediasiya təşkilatının bank hesabına 60 manat məbləğiində ödəniş həyata keçirilmişdir.
10. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh hazırda “X5 LTD” şirkətində işləyir və 1287.03 manat məbləğində əmək haqqı alır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
11. 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
13. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
15. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
18. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əmək haqqının məbləğinin artırılması barədə” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının:
19. 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
20. 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024- cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)."
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
22. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2016-ci il tarixində Xəzər rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 doğulmuşdur.
23. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh uşaqların saxlanılmasında və maddi tələbatlarının ödənilməsinə iştirak etmədiyi üçün uşaqların saxlanılması üçün vəsaitin (alimentin) məhkəmə qaydasında təyin edilməsi zərurəti yaranmışdır.
24. Məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdehin uşaqların saxlanılmasında iştirak etmədiyi, onun maddi köməklik göstərməməsi qeyd olunmuş, iddiaçı məhkəmə iclasında vermiş olduğu izahatda da bu faktı bir daha təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, aliment təyin edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulur. Hazırda cavabdehin qazancı və gəlirləri barədə, tələb olunan məbləğdə alimentin ödənilməsi üçün cavabdehin maddi imkanının olması barədə elektron məhkəmə informasiya sistemindən pnun rəsmi iş yeri və qazancı barədə məlumatlar əldə edilmişdir. Qeyd olunmalıdır ki, sabit pul məbləğində alimentin məbləği müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin, eləcə də, diqqətəlayiq digər halların nəzərə alınması qanunvericiliyin tələbidir. Beləliklə, cavabdehin daimi və sabit gəlirinin olması və tələb olunan aliment məbləğini ödəmək imkanının olduğunu təsdiq edən sübut iş materiallarında mövcud olduğundan və diqqətəlayiq digər halları nəzərə alaraq məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli olmaqla, ümumilikdə 1.22 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
25. Məhkəmə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olması ilə bağlı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinin hazırki işə tətbiqi baxımından hesab edir ki, təyin edilən sabit pul məbləğində alimentin tutulmağa başlanılması iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixindən hesablanmalı, habelə qətnamə dərhal icra olunmalıdır.
26. Məhkəmə iddia tələbinin mediasiya xərci və dövlət rüsumunun tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı mediasiya xərci olaraq 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı mülki iş üzrə iddia tələbi məhkəmə tərəfindən təmin edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mediasiya xərcinin də cavabdehdən tutulması hissəsində təmin edilməlidir.
27. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericiliklə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyi və hazırda iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyi üçün, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən də, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin məbləğinin hər ay cəmi 488 manat müəyyən olunduğu nəzərə alındığında, bir il ərzində ödəmənin məcmusu 9000 manat (488x12=5856) təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən də, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən, ödənilməli dövlət rüsumunun məbləği 78.56 (yetmiş səkkiz manat əlli altı qəpik) manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, 78.56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
29. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. İddiaçı tərəfindən mediasiya üçün ödənilmiş 60 manat məbləğində rüsum Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Habelə, iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 78.56 manat dövlət rüsumunun məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən mediasiya sessiyasında ödənilmiş 60 manat məbləğində rüsum Cavabdeh iddiaçının xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 78.56 AZN (yetmiş səkkiz manat əlli altı qəpik) dövlət rüsumunun məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov