Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4644/2025 18.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsindən, iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından və Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı Laçın ray., Təzəkənd Ərazi D., Ərdəşəvi k., Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. Göründüyü kimi, iddiaçı da, cavabdeh Bakı şəhəri Xəzər rayonu ərazisində qeydiyyatda deyildir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “Yaşayış yerinin müəyyən edilməsi barəsində sənədlər” adlanan 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, alimentin və aliment hqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən, alimentin və aliment hqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə verilə bilər. Lakin iddiaçı iddia ərizəsində özünün qeydiyyat ünvanını Bakı şəhəri, Xəzər rayonu, Sülh düşərgəsi, cavabdehin isə Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi göstərsə də, məhkəmənin elektron portalından çıxarışdan görünür ki, iddiaçının Laçın rayonu və cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Binəqədi rayonudur. Həmçinin iddia ərizəsində göstərilən ünvanda iddiaçının müvəqqəti yaşamasına dair sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh Xəzər rayonu ərazisində rəsmi qeydə alınmadığından, həmçinin iddiaçı iddia ərizəsinə Xəzər rayonunda yaşamasına dair sənədlər əlavə etmədiyindən mövcud iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etməkdə haqlı deyildir. İddiaçı mövcud iddia ərizəsini cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verməli və ya iddiaçı yaşadığı yerə görə verməlidir. Buna görə də məhkəmə hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilmədən məhkəməyə verilmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-4644/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4644/2025
18.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver