Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4703/2025 22.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3, X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 70 manat olmaqla üç uşaq üçün 210 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ilə arasında olan nikah pozulumuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 Əli Əminağa oğlu adlı üç övladımız doğulmuşdur və birgə nikahdan doğulan uşaqlar hazırda iddiaçının himayəsindədir. İddiaçı uşaqlara tək baxır və köməyi yoxdur. İddiaçı 8 saylı Mediasiya Təşkilatına müraciət etmişdir və bununla bağlı arayışı vardır. Birgə nikahdan doğulan xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və X6 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 70 manat olmaqala üç uşaq üçün 210 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və X6 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 70 manat olmaqla, ümumilikdə 210 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında protokol qaydasında qərar qəbul edilməklə ərizə iş materiallarına əlavə edilmişdir.
Proses iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizənin məzmununa uyğun izahat verərək, tərəflər arasında nikahın 2021-ci ildə məhkəmə tərəfindən pozulduğunu, qtənamə ilə uşaqların onun himayəsinə verildiyini, lakin həmin vaxt aliment tələb etmədiyindən aliment tutulmadığını, ancaq hazırda uşaqları saxlamaq üçün imkanının çatmadığını, ona görə uşaqları xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşağa görə 70 manat olmaqla, ümumilikdə 210 manat məbləğində aliment tutulmasını xahiş etdiyini bildirmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında, iddia tələbini tam həcmdə qəbul etdiyini, uşaqların saxlanması üçün ümumilikdə 210 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmiş və yazılı ərizə təqdim etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2199/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi; İddiaçı ilə Cavabdeh 02 mart 2012-ci il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış 122 saylı akt qeydli nikahın pozulmasını; Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2014-ci il təvəllüdlü X6 iddiaçı Cavabdeh yanında qalması qət edilmişdir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2199/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadlndan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş “iddiaçı Cavabdeh” sözləri əvəzinə “İddiaçı” sözləri kimi oxunması qərara alınmışdır.
8. AZ-İİİ seriyalı 266991 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 25 iyul 2012-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
9. AZ-İİİ seriyalı 424737 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 oktyabr 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
10. AZ-İİİ seriyalı 424738 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28 oktyabr 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
11. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə barədə xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-02493 nömrəli mediasiya arayışından görünür ki, mediasiya sessiyasında iştirak edən hər iki tərəf prosesin davam etdirilməsinin əleyhinə olmuşlar.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
12. 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
13. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
14. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
16. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
17. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əmək haqqının məbləğinin artırılması barədə” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin:
18. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
19. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
20. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
21. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının:
22. 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
23. 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024- cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)."
Məhkəmənin mövqeyi:
24. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
25. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 02 mart 2012-ci il tarixdə rəsmi nikah bağlanılmış, onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X9 doğulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2199/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rəsmi nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2014-ci il təvəllüdlü X6 iddiaçı (anaları) İddiaçı yanında qalması qət edilmişdir.
26. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh uşaqların saxlanılmasında və maddi tələbatlarının ödənilməsinə iştirak etmədiyi üçün uşağın saxlanılması üçün vəsaitin (alimentin) məhkəmə qaydasında təyin edilməsi zərurəti yaranmışdır.
27. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən uşaqların saxlanılmaları üçün bir uşağa görə 70 manat olmaqla ümumilikdə 210 manat məbləğində alimentin tutulmasını istəyir. Cavabdeh də izahatında və yazılı ərizəsində iddia tələbini tam həcmdə qəbul etdiyini bildirmişdir.
28. Məhkəmə işə tələb həddində baxılmalı olduğunu və MPM-in tələblərinə uyğun olaraq, cavabdehin məhkəməyə yazılı ərizə təqdim etməklə ona qarşı verilən hazırki iddianı tam etiraf etdiyini, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq qeyd edir ki, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2014-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (70:400=0,175) 0,525 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
29. Məhkəmə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olması ilə bağlı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinin hazırki işə tətbiqi baxımından hesab edir ki, təyin edilən sabit pul məbləğində alimentin tutulmağa başlanılması iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixindən hesablanmalı, habelə qətnamə dərhal icra olunmalıdır. 30.Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericiliklə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyi və hazırda iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyi üçün, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən də, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin məbləğinin hər ay cəmi 210 manat müəyyən olunduğu nəzərə alındığında, bir il ərzində ödəmənin məcmusu 2520 manat (210x12=2520) təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən də, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən, ödənilməli dövlət rüsumunun məbləği 45.2 (qırx beş manat iyirmi qəpik) manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, 45.2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
32. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,175 misli həddində sabit pul məbləğində aliment tutulmalı və qətnamə dərhal icra edilməlidir. Habelə, iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 45.2 manat dövlət rüsumunun məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,175 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 45.2 AZN (qırx beş manat iyirmi qəpik) dövlət rüsumunun məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov