Məhkəmə qərarları › İş №2(003)-4859/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4859/2024

25.12.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4859/2024 25.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 216 saylı tam orta məktəbə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Bakı şəhəri 216 saylı tam orta məktəbə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən məcburi iş buraxma müddəti üçün hesablanmış qalıq qalan 4*37,09 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, 216 saylı tam orta məktəbdə müəllimə işləmişdir. Lakin, cavabdeh Bakı şəhəri 216 saylı tam orta məktəbin direktoru Elnur Bayramovun xx.xx.2020-ci il tarixli, 114 nömrəli əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verolmişdir. Əmr onunla əsaslandırılmışdır ki, guya iddiaçı direktoru təhqir etmiş, ona və onalrı ayırmaq istəyən digər şəxsə fiziki təzyiq göstərmişdir. Həmin əmr əmək qanunvericiliyinə zidd verilmişdir, odur ki, xx.xx.2020-ci il tarixli, 114 nömrəli əmr ləğv edilməlidir. Belə ki, o, direktoru və digər şəxsləri təhqir etməmiş, ona və başqa şəxsə fiziki təzyiq göstərməmiş, belə hadisə baş verməmişdir. X1 qərəzlidir, o da direktorluğa imtahan vermişdir, Elnur Bayramov direktor olandan ona qarşı qərəzli münasibətlər göstərməyə başlamışdır, dərslərini azaltmış, bununla bağlı o, ondan şikayətlər etmiş, ona xəbərdarlıq edilmişdir. Bütün bunlara görə hazırki ona qarşı tərtib olunmuş qanunsuz əmr də Elnur Bayramov tərəfindən qisas niyyəti ilə təşkil olunmuş hərəkətlərin nəticəsidir. Guya ona qarşı fiziki təzyiq etmiş, özü də onu əmrlə işdən çıxarır. E.Bayramov ona böhtan ataraq, səlahiyyət hüdudlarından kənara çıxan əmr imzalamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-927/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə Bakı şəhəri 216 saylı tam orta məktəbin xx.xx.2020-ci il tarixli 114 nömrəli əmri ləğv edilmişdir. Məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o, Bakı şəhəri 216 saylı tam orta məktəbin ingilis dili müəllimi vəzifəsinə bərpa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-*096/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Xəzər Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Lakin bu müddət ərzində ona ödəniləcək məbləğin miqdarı barədə göstəriş olmamışdır. İcra mərhələsində verilən sorğular əsasında məlum olmuşdur ki, ona 13337,09 manat əmək haqqı hesablanmışdır. Qətnamədə ona hansı məbləğdə pulun ödənilməsi ilə bağlı göstəriş olmadığından AR Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə dərs saatları və ödəniləcək məbləğlə bağlı sorğu verilmişdir. 1*.04.2022-ci il tarixli Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktubundan görünür ki, AR Təhsil Nazirliyinin Təhsilin İqtisadiyyatı və Statistikası şöbəsinə müraciət olunmuş **64,*2 manat ödəniş kart hesabına ödənilmişdir. Hesablanmış əmək haqqı 13337,09 manat əmək haqqının hesablandığı, xəstəlik vəsiqəsinə əsasən DSMF tərəfindən ödəniləcək vəsait dəqiqləşmə təsdiqləndikdən sonra yaxın günlərdə ödənişə göndəriləcəyi bildirilmişdir. Həmin cavabdan 1 il keçməsinə baxmayaraq iddiaçının kartına *500 manatdan əlavə heç bir ödəniş köçməmişdir. Ona qalıq olaraq 4*37,09 manat ödəniş borcları qalmışdır. Məcburi işburaxma, işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. İşçi tərəfindən işburaxma dövrü üçün işçiyə hər hansı ödəniş olunmur. İşəgötürənin təqsiri ucbatından məcburi işburaxma baş verdikdə isə işəgötürən itirilmiş əməkhaqqını tam ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhəri 216 saylı tam orta məktəb xəbərdar olunmasına baxmayaraq cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə АR MPM-nin 1*5.5-ci maddəsini rəhbər tutaraq, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)- 927/2021 saylı, 04 may 2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri 216 saylı tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsində çalımış İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə Bakı şəhəri 216 saylı tam orta məktəbin xx.xx.2020-ci il tarixli 114 nömrəli əmri ləğv edilmiş, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o, Bakı şəhəri 216 saylı tam orta məktəbin ingilis dili müəllimi vəzifəsinə bərpa edilmişdir. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin İqtisadiyyatı və Statistikası şöbəsinə ünvanladığı 1* aprel 2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-927/2021 saylı, 04 may 2021-ci il tarixli icra vərəqəsində göstərildiyi kimi məcburi iş buraxılma müddəti üçün əməkhaqqı 10732,01 manat, Dövlət Sosial Müdafiə Fonduna ayırma məbləğinin ödənilməsi üçün 2605,10 manat vəsait tələb olunur və bu səbəbdən 13337,11 manat vəsaitin açılmasına göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Orxan Kərimov tərəfindən İddiaçı ünvanlanmış 03 mart 2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-927/2021 saylı, 04 may 2021-ci il tarixli icra vərəqəsinə əsasən 216 saylı tam orta məktəbin 114 saylı, xx.xx.2020-ci il tarixli əmri ləğv edilmiş və xx.xx.2020-ci il tarixdən 2*.02.2022-ci il tarixə kimi əməkhaqqı bərpa edilərək, may 2022-ci il tarixndə **64,*2 manat vəsait ödənilərək İddiaçı kart hesabına köçürülmüşdür. Göründüyü kimi İddiaçı onun Bakı şəhəri 216 saylı tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsindəki fəaliyyətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə Bakı şəhəri 216 saylı tam orta məktəbin xx.xx.2020-ci il tarixli 114 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi ilə bağlı 2021-ci il tarixdə Bakı şəhər Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(003)-927/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-*096/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Xəzər Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir. İcra mərhələsində borclu tərəfindən tələbkara **64,*2 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı hazırda həmin icra vərəqəsi üzrə ödənilməmiş qalan 4*37,09 manat pul vəsaitinin ödənilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslarla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcüddur. Lakin həmin qətnamə tam şəkildə icra edilməmiş və bu səbəbdən iddiaçı qətnamənin həmin icra edilməmiş hissəsi ilə bağlı yenidən məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddiaya məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməsinə zərurət yoxdur və iddiaya mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.*-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin *2.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslarla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 262-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdeh Bakı şəhəri 216 saylı tam orta məktəbə qarşı “pul” tələbinə tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar