Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-496/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı atalığın mübahisələndirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.01.2018ci il təvəllüdlü X3 doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X4 ilə 11.04.2017-ci il tarixdə nikahlarını bağlamışlar. Birgə nikahlarından 05.01.2018-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə ailə qurmazdan əvvə və ondan sonra onun başqa qadınlarla nikahı olmuş və həmin qadınların heç birindən övladı olmamışdır. Ona görə də o, 05.01.2018-ci il təvəllüdlü X5 atasının həqiqətən o, olmasından şübhələnmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 21.11.2019-cu il tarixli 2(003)-1481/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 4 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 11.04.2017-ci il tarixdə 785 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 05.01.2018-ci il təvəllüdlü X7-anası Cavabdeh yanında saxlanılması, 05.01.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14.03.2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında 11.04.2017-ci il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan 05.01.2018-ci il tarixdə X7 doğulmuşdur. İddiaçı həmin uşağın atası olmadığını ehtimal edir və uşağın doğum haqqında akt qeydlərinin ləğv edilməsini tələb edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 Təcrübi və X12 Hüquqi şəxsinin 15.01.2021-ci il tarixli 974/20218-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən anası X4 olan X7 barəsində İddiaçı atalıq faktı inkar olunmamışdır. Göründüyü kimi, 05.01.2018-ci il təvəllüdlü X7 tərəflərin birgə nikahından doğulmuş və ekspertizanın rəyinə əsasən iddiaçının həmin uşağa münasibətdə atalıq faktı inkar olunmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X2 qarşı- atalığın mübahisələndirilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-496/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-496/2021
16.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver