Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-547/2024 18.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olan 11 dekabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220,00 (iki yüz iyirmi) manat məbləğində alimentin, 11 dekabr 2022-ci il təvəllüdlü X1 3 yaşınadək əlavə olaraq uşağa qulluğa görə aylıq 200,00 (iki yüz) manat məbləğində alimentin, məhkəməyə müraciət edənədək 25 iyul 2023-cü il tarixdən bu günədək olan aylar üzrə 880,00 (səkkiz yüz səksən) manat məbləğində birdəfəlik alimentin, məhkəməyə müraciət üçün çəkdiyi 160,00 (bir yüz altmış) manat məbləğində xidmət haqqının, 50 (əlli) manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, o, cavabdehlə 03 iyun 2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan bir övladı - 11 dekabr 2022-ci il təvəllüdlü X3 doğulmuşdur. Uzun müddətdir ki, xasiyyət uyğunsuzluğu səbəbindən 25 iyul 2023-cü il tarixdən cavabdehlə ayrı yaşayırlar. Bu səbəbdən uşağın maddi və mənəvi ehtiyaclarının qarşılanmasında təkbaşına iştirak edir. Cavabdeh uzun müddətdir ki, uşağın ehtiyaclarının qarşılanmasını təmin etmir. Buna görə də ondan aliment tələb etmək məcburiyyətində qalmışdır. Eyni zamanda uşaq südəmər olduğu üçün özü də işləyə bilmir. Buna görə özü üçün də alimentin alınmasına zərurət vardır. Uşağın bütün maddi və mənəvi ehtiyaclarını tənha anasının köməkliyi ilə təkbaşına qarşılayır. Özü ödənişli əsaslarla təhsil alır. Valideyni uşaqla yanaşı onun da ehtiyaclarını ödəməyə məcbur qalıb. Cavabdeh isə işləyir, ailəsinin və özünün maddi imkanı yaxşıdır. O, uşağa qulluq etdiyi üçün işləyə bilmir. Uşağın qayğısına qalmaqla məşğuldur. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, cavabdehlə birgə nikahdan olan 11 dekabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235,00 (iki yüz otuz beş) manat məbləğində alimentin, 11 dekabr 2022-ci il təvəllüdlü X1 3 yaşınadək əlavə olaraq uşağa qulluğa görə aylıq 200,00 (iki yüz) manat məbləğində alimentin, məhkəməyə müraciət edənədək 25 iyul 2023-cü il tarixdən bu günədək olan aylar üzrə 540,00 (beş yüz qırx) manat məbləğində birdəfəlik alimentin, məhkəməyə müraciət üçün çəkdiyi 160,00 (bir yüz altmış) manat məbləğində xidmət haqqının, 50 (əlli) manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayar, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB/2-03754 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, alimentin ödənilməsi ilə bağlı İMS-in keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan 6 saylı Bakı “X9” Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə X4 arasında nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Kərimova” soyadı verilmişdir. İş materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1025 saylı arayışdan görünür ki, İddiaçı övladı X5 ilə birlikdə Bakı şəhəri Qala qəsəbəsi yeni yaşayış massivində qeydiyyatsız yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hüquqi xidmətlərinin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli, 99/23 saylı müqavilədən görünür ki, “X6 Company” MMCnin direktoru X2 ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235,00 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 235,00 manat aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının 11 dekabr 2022-ci il təvəllüdlü X1 3 yaşınadək əlavə olaraq uşağa qulluğa görə aylıq 200,00 (iki yüz) manat məbləğində aliment tələb etmiş, lakin uşağa qulluğa görə aylıq alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı uşağa qulluğa görə aylıq 200,00 (iki yüz) manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən “cavabdehdən 11 dekabr 2022-ci il təvəllüdlü X1 3 yaşınadək əlavə olaraq uşağa qulluğa görə aylıq 100,00 (bir yüz) manat məbləğində alimentin tutulması” ədalətli və ağlabatandır və iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2-ci maddəsinə əsasən Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad... İddiaçı məhkəməyə müraciət edənədək 25 iyul 2023-cü il tarixdən bu günədək olan aylar üzrə 540,00 (beş yüz qırx) manat məbləğində birdəfəlik alimentin ödənilməsini tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən “iddiaçının məhkəməyə müraciət edənədək 25 iyul 2023-cü il tarixdən bu günədək olan aylar üzrə 540,00 (beş yüz qırx) manat məbləğində birdəfəlik alimentin ödənilməsi” hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İddiaçının məhkəməyə müraciət üçün çəkdiyi 160,00 (bir yüz altmış) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən “X6 Company” MMC-nin hesabına 160,00 (bir yüz altmış) manat ödənilmişdir. İddiaçının iddia tələbinin hazırkı iddia ərizəsi məhkəməyə verilərkən mediatora ödənilmiş 50 manat xərcin cavabdehdən tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞB/2-03754 nömrəli ilkin mediasiya sessiyasında iştiak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən hesablayaraq 11 dekabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235,00 (iki yüz otuz beş) manat məbləğində aliment, 11 dekabr 2022-ci il təvəllüdlü X1 3 yaşınadək əlavə olaraq uşağa qulluğa görə hər ay 100,00 (bir yüz) manat məbləğində aliment, məhkəməyə müraciət üçün iddiaçı tərəfindən çəkilmiş 160,00 (bir yüz altmış) manat məbləğində xidmət haqqı xərci və iddia ərizəsi məhkəməyə verilərkən mediatora ödənilmiş 50 manat rüsum Cavabdeh tutularaq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən hesablayaraq 11 dekabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235,00 (iki yüz otuz beş) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. xx.xx.2023-cü il tarixdən hesablayaraq 11 dekabr 2022-ci il təvəllüdlü X1 3 yaşınadək əlavə olaraq uşağa qulluğa görə hər ay 100,00 (bir yüz) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Məhkəməyə müraciət üçün iddiaçı tərəfindən çəkilmiş 160,00 (bir yüz altmış) manat məbləğində xidmət haqqı xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi məhkəməyə verilərkən İddiaçı tərəfindən mediatora ödənilmiş 50 manat rüsum Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-547/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-547/2024
18.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver