Məhkəmə qərarları › İş №2(003)-551/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-551/2025

21.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-551/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X3, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilk iddia, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqla ünsiyyət” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il tarixdə doğulmuş X2 və xx.xx.2022-ci ildə doğulmuş Abdullayeva Mədinə Ziya qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.20177-ci il tarixdə Cavabdeh ilə nikahımızı 4 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində dövlət qeydiyyatına aldıraraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu İl tarixdə X6 və xx.xx.2022-ci ildə Abdullayeva Mədinə Ziya qızı adlı iki uşağı doğulmuşdur. Lakin artıq bir neçə vaxtdır ki, cavabdehlə ayrı yaşayırlar. Hal-hazırda da uşaqları onunla birlikdə yaşayırlar. Buna baxmayaraq cavabdeh öz uşaqlarına baxmır. O isə heç bir yerdə işləmədiyindən onlara baxmaqda maddi cəhətdən çətinlik çəkir. O mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Mediasiya Şurasına müraciət etdi. O Göyçay rayonunda ilkin mediasiya sessiyasında iştirak etsə də cavabdeh iştirak etmədi. Buna görə də mediator “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli, MŞŞ/2024-MT019895 saylı arayış vermişdir. Həmin arayışdan da göründüyü kimi ilkin mediasiya sessiayasının keçirilməsi üçün 60 manat məbləğində mediasiya xərcini o ödəmişdir. O hazırda aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə ər-arvad kimi birgə yaşamaqlarının və ailənin saxlanmasının qeyri-mümkün olmasını nəzərə alıb, xx.xx.2017-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində qeydə alınmış 3346 saylı nikah qeydinin pozulması və İddiaçı ilə birgə nikahdan doğulan övladları xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızı ilə hər həftənin şənbə və bazar günləri gecə onun yanında saxlanılmaq şərti ilə şənbə günü saat 10-00 dan bazar günü saat 18-00-dək, eləcə də uşaqların ad günləri və bayram günləri saat 10-00-dan 14-00-dək ona verilmələri və onunla ünsiyyətdə olmaları haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə xx.xx.2017-cı il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikahları dövlət qeydiyyatına alınmış və ailə qurmuşlar. Ailə qurduqdan sonra bir müddət normal münasibətdə, qarşılıqlı anlaşmada yaxşı yaşamışlar. Ancaq son illərdə İddiaçı günahı üzündən aralarında tez-tez mübahisələr olur, konflikt baş verirdi. Artıq bir müddət əvvəl qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onunla süni olaraq konflikt yaratmış və atası Vahid Veysovla birlikdə azyaşlı övladlarını özləri ilə Ucar rayonunun Şahlıq kəndinə ata evinə aparmışlar. Bir daha qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ər-arvad kimi birgə yaşamırlar və ər-arvad kimi birgə yaşamaqları qeyri-mümkündür. Beləliklə nikahları pozulmalıdır. Daha sonra Cavabdeh qarşılıqlı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə ər-arvad kimi birgə yaşamaqlarının və ailənin saxlanmasının qeyri-mümkün olmasını nəzərə alıb, xx.xx.2017-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində qeydə alınmış 3346 saylı nikah qeydinin pozulması və İddiaçı ilə birgə nikahdan doğulan övladları xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızı ilə hər həftənin şənbə və bazar günləri saat 10- 00 dan bazar günü saat 17-00-dək ona verilmələri və onunla ünsiyyətdə olmaları haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddiaya münasibətdə bildirdi ki, nikahın pozulmasına razıdır, atalarının uşaqları ilə görüşməyinə isə etiraz etmir, lakin görüş saatı çoxdur və görüş analarının iştirakı ilə olsun. Belə ki, xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızının xəstəliyi ilə əlaqəli olaraq onun anasından ayrı qalması məqsədə müvafiq deyil. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, uşaqların ananın himayəsində qalmasına, alimentin ödənilməsinə etiraz etmirlər. Lakin uşaqlarla görüşün anannın iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh ilə oxşar məzmunlu izahat verərək, atanın uşaqları ilə baş-başa, analarının iştirakı olmadan görüşməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş sənədlər Nikah haqqında şəhadətnamədən görünür ki, Abdullayev X1 Gülnar Vahid qızı ilə xx.xx.2017-ci il tarixdə 4 saylı ASAN Xidmət mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3346 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızının atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xəstəlik tarixindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızı onkoloji xəstə olaraq çanaq, oma və büzdüm sümüklərinin bədxəssəli yenitörəməsi diaqnozundan əziyyət çəkir. Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyətinin 5-8-3/2-43/2025 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, qeyd olunanları və uşaqlardan Mədinə Abdullayevanın xəstə olmasını nəzərə alaraq Cavabdeh hazırda anaları İddiaçı himayəsində yaşayan azyaşlı övladları X6 və Abdullayeva Mədinə Ziya qızı ilə uşaqların yaşadıqları ərazidə görüşərək ünsiyyətdə olmasını məqsədəmüvəfiq hesab edir. Tətbiq edilən qanunvericilik Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 19.1. həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Maddə 20.1. ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Maddə 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Maddə 36.9. nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Maddə 60.1. valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Maddə 60.2. valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 61. uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Maddə 75.4. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.2-ci Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Maddə 78.1. valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 234.2.1. şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya tətbiq edilir: Maddə 3.2. ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 28.1. ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 377.1. ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarı “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarı Bənd 7. məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən valdeynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu, ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. "Uşaq hüquqları haqqında" xx.xx.1989-cu il tarixli BMT Konvensiyasının 9-cu maddəsinə görə iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər. Məhkəmənin mövqeyi Məhkəmə iş üzrə tərəflərin ərizələrini və izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin olunmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2017-ci il tarixdə nikahlarını rəsmi qeydiyyatdan keçirərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızı doğulmuşdur. Tərəflər hal-hazırda birgə yaşamırlar, ər-arvad kimi hüquq və vəzifələr daşımırlar. Bundan sonra ailənin bərpası qeyri-mümkün olmadığından onlar arasında olan nikah formal xarakter daşıyır. Tərəflər aralarındakı nikahın barışmaq üçün onlara üç ay vaxt verilmədən pozulmasına qarşılıqlı razıdırlar. Göründüyü kimi, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq, birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın birbirini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin nikahları pozulmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan və hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyindən, iddia təmin edilərək, tərəflərin nikahları pozulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş və yetkinlik yaşına çatmamış uşaqları faktiki vəziyyətə uyğun olaraq iddiaçının yanında qalmalıdırlar. Məhkəmə azyaşlı uşağın mənafeyini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən amilləri, uşağın hazırkı yaşda ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olduğunu nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızının anası İddiaçı yanında qalmalıdır. Məhkəmə həmçinin iddianın uşağın saxlanması üçün cavabdehdən hər ay gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin alınaraq iddiaçıya verilməsinə dair iddiaçının dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, uşağın saxlanması üçün iddiaçıdan aliment tutularaq İddiaçı ödənilməlidir. Uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən olduğundan və tərəflərin uşaqları iddiaçının yanında qaldığından məhkəmə hesab edir ki, cavabdehdən aliment tutulmalıdır. Məhkəmə, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşağını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi aliment hissəsində təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Belə ki, İşin materiallarından görünür ki, İddiaçı cavabdehə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2024-cü il tarixdə təklif göndərmişdir. Buna görə də alimentin tutulma müddəti iddiaçının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin yerinə yetirilməsi üçün cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifi göndərdiyi xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızının saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra edilməlidir. Həmçinin məhkəmə qarşılıqlı iddia tələbini araşdıraraq hesab edir ki, uşağın mənafeyinə xüsusi diqqət yetirilərək və qanunvericiliyin tələbləri nəzərə alınaraq, qarşılıqlı iddia qismən təmin edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır. Ona görə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqları anasının yanında qalır. Buna görə də Cavabdeh özündən ayrılıqda, yəni, İddiaçı yanında yaşayan uşaqları ilə ünsiyyətdə olmaq, onun tərbiyəsi ilə bağlı məsələlərinin həll edilməsində iştirak etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında saziş olmadığından və tərəflər valideynlik hüququnun həyata keçirilməsinə dair öz aralarında razılığa gələ bilmədiklərindən, Cavabdeh mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də onun haqlı tələbi təmin edilərək, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi və uşaqla ünsiyyətdə olma qaydası, habelə müddəti məhkəmə tərəfindən müəyyən edilməlidir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 6/2011 saylı, 28 oktyabr 2011-ci il tarixli qərarının 10-cu bəndində göstərilir ki, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Göründüyü kimi həm milli qanunvericilik, həm də Azərbaycan Respublikasının qoşulduğu «Uşaq hüquqları haqqında» Konvensiyanın tələblərinə əsasən valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşaqların öz valideynləri ilə ünsiyyətdə olmasına, münasibətlər saxlamasına yalnız bu ünsiyyət və münasibət uşaqların mənafeyinə zidd olduqda yol verilməyə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı uşaqlarından ayrı yaşasa da, onun uşaqları ilə ünsiyyət hüququ, onun tərbiyəsi ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququ vardır. Məhkəmə uşaqlarla görüş vaxtını və qaydasını müəyyən edərkən işin hallarını, uşaqların məktəbli olması, Abdullayeva Mədinə Ziya qızının xəstəliyini, onların qayğısına qalmaq kimi və sair hüquqlarını, uşaqların ana qayğısına daha çox ehtiyacı olduğunu, uşaqın hüquq və mənafeləri, cavabdehin uşaqların atası ilə görüşməsinə heç bir etirazının olmamasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh azyaşlı xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızı ilə ünsiyyətdə olması müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd etməyi vacib hesab edir ki, Abdullayeva Mədinə Ziya qızının sağlamlıq durumu onun uzun müddət anasından ayrı qalmasına imkan vermir, daimi ana nəzarəti və qayğısı zəruridir. Bu hal, uşağın maraqlarının üstünlüyü prinsipinə əsasən, ata ilə ünsiyyət hüququnun məhdudlaşdırılmış formada həyata keçirilməsini tələb edir. Xüsusilə qeyd olunur ki, azyaşlı Abdullayeva Mədinə Ziya qızının səhhətində mövcud olan tibbi məhdudiyyətlər onun müstəqil qaydada anasından ayrılmasını istisna edir və bu baxımdan atasının onunla ünsiyyəti yalnız ananın yaşayış yeri üzrə (uşaq ananın himayəsində olduğu üçün), ananın nəzarət etdiyi şəraitdə və məhdud zaman kəsiyində (uşağın yorulmaması səbəbi ilə) həyata keçirilməlidir Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qarşılıqlı iddia qismən təmin edilməli, iddiaçı Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızı ilə cavabdeh İddiaçı iştirakı ilə onun yaşayış yeri üzrə hər həftənin şənbə və bazar günləri 10:00-dan 14:00-dək ünsiyyətdə olması müəyyən edilsin. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanılması qeyri-mümkün olduğundan, həmçinin tərəflər nikahın pozulmasını təkid etdiyindən tərəflər arasında olan nikah pozulmalı, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızı anası İddiaçı yanında qalmalı, Cavabdehdan xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçıya ödənilməlidir və Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızı ilə cavabdeh İddiaçı iştirakı ilə hər həftənin şənbə günü 10:00-dan 17:00-dək ünsiyyətdə olması müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 4 saylı ASAN Xidmət mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2017-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3346 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızı nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılsın. xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızının saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü Abdullayeva Mədinə Ziya qızı ilə cavabdeh İddiaçı iştirakı ilə İddiaçı yaşayış yeri üzrə hər həftənin şənbə və bazar günləri 10:00-dan 14:00-dək ünsiyyətdə olması müəyyən edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar