Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-571/2020 13.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Mustafayev Muxtar Nağı oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərər tələbinə dair qarşılıqlı iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı atalığın tanınması faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatana qədər hər biri üçün 400 manat olmaqla, cəmi 800 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun şərəf və ləyaqətinə zərər vuran yanlış məlumatların təkzib edilməsi, cavabdehin ondan üzr istəməsi, cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzinə 10000 manat məbləğində pulun ondan tutulması, uşaqların onun yanında qalması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı atalığın tanınması faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı uşaqları X2 və X9 məhkəmə qaydasında atalıq faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-997/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı atalığın tanınması faktının müəyyən edilməsi tələbinə dair mülki işin İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair 2(003)- 571/2020 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(003)-4939/2015 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında xx.xx.2007-ci il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuşdur. Qətnaməyə əsasən birgə nikahdan anadan olmuş xx xxxxxx 2008-ci il təvəllüdlü X5 və xx xxx 2009-cu il təvəllüdlü X9 onun yanında qalması qət edilmişdir. Tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində nikahın pozulması haqqında AZ-İ 332805 saylı şəhadətnamə alınmışdır. Cavabdehdən uşaqların saxlanması üçün xərclərin könüllü surətdə ödənilməsi dəfələrlə xahiş edilsə də, buna məhəl qoyulmamışdır. Qeyd olunanlara əsasən, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatana qədər hər biri üçün 400 manat olmaqla, cəmi 800 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərər tələbinə dair qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı onun şərəf və ləyaqətimə toxunan yanlış məlumatların təkzib edilməsi, ondan üzr istənil-məsi və vurulmuş mənəvi zərərin əvəzinə 10.000 (on min) manat məbləğində pulun onun xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş edir. Belə ki, cavabdeh İddiaçı ilk iddia ərizəsindən göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015 tarixli qətnaməsi ilə aralarındakı nikah pozulandan sonra, uşaqların saxlanılması üçün xərclərin könüllü surətdə ödənilməsi guya dəfələrlə xahiş edilsə də, onun tərəfindən buna məhəl qoyulmamışdır. Halbuki, ilk iddiaya əlavə olunmuş adı çəkilən məhkəmə qərarından müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı, əksinə, aliment tələbindən könüllü surətdə özü imtina etmişdir və bu barədə məhkəməyə müvafiq qaydada rəsmi ərizə təqdim etmişdir. Sözügedən məhkəmə qətnaməsi qəbul edilən vaxtdan xx xxxxxx 2019-cu il tarixinə kimi keçmiş arvadı və iki azyaşlı uşaqları onunla qalıblar və 12 il ərzində tamamilə onun himayəsində olublar. Həmin müddət ərzində o, heç bir yerdə işləmədiyi üçün və onun mülkiyyətində heç bir əmlakın olmamasına görə, onları saxlamaq məqsədilə dost-tanışdan külli miqdarda vəsait borc-xərc edərək xərcləmiş, hətta hal-hazırda borcları ilə əlaqədar və onların ödənilməsi imkansız olduğundan onun ölkədən getməyinə məhkəmə qərarı ilə məhdu-diyyət qoyulub. xx xxxxxx 2019-cu ilinədək onunla yaşamaları faktını İddiaçı Xəzər Rayon Prokurorluğuna verilmiş onun ərizəsinə əsasən aparılan istintaqda özü də təsdiqləyir. Qeyd etmək lazımdır ki, təəssüf ki, həmin istintaqda da keçmiş arvadı ona qarşı qeyri- səmimilik nümayiş edib. Nəticədə, cavabdehin ona qarşı sürülən ittihamları ki, guya cavabdehi döyüb evdən qovmuş, istintaq tərəfindən rədd edilərək, zərərçəkmiş şəxs qismində iştirakına və ümumiyyətlə işə xitam verilmişdir. Hal-hazırda İddiaçı qarşı AR CMin 296.1-ci maddəsi ilə cinayət işinin başlanmasına dair hərəkətlər edilir. Göründüyü kimi,ilk iddia ərizəsində həqiqətə zidd qaydada qeyd edilir ki, nikahlarının pozulmasından sonra, uşaqların saxlanılması üçün xərclərin könüllü surətdə ödənilməsi guya dəfələrlə xahiş edilsə də, onun tərəfindən buna məhəl qoyulmamışdır. Halbuki, əslində aralarında olan həmin məsələ ilə bağlı qanuni qüvvəsini almış və ləğv olunmamış sözügedən məhkəmə qətnaməsindən müəyyən olunduğu kimi, cavabdehin ərizəsinə əsasən aliment tələbindən özü imtina edilib. İddiaçı bu və digər hərəkətləri nəticəsində ətrafdakılarda və xüsusi ilə uşaqlarında ona qarşı mənfi rəy yaradılır. Qeyd olunanlara əsasən, cavabdeh tərəfindən onun şərəf və ləyaqətinə zərər vuran yanlış məlumatların təkzib edilməsi, cavabdehin ondan üzr istəməsi, cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzinə 10000 manat məbləğində pulun ondan tutulması, uşaqların onun yanında qalması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı atalığın tanınması faktının müəyyən olunması tələbinə dair iddia ərizəsini onunla əsaslandırmışdır ki, uşaqları X5 və X12 onunla cavabdeh arasında xx.xx.2007-ci ildə bağlanmış və məhkəmə qətnaməsi ilə xx.xx.2015-ci il tarixində xitam verilmiş nikah olduğu dövrdə anadan olublar və bu barədə müvafiq şəhadətnamələr verilib. Son zamanlar keçmiş arvadı olan cavabdeh İddiaçı tərəfindən bir neçə dəfə ona və adı çəkilən azyaşlı uşaqlarına söylənilib ki, sonuncuların atası guya o deyildir. Bununla da, uşaqlarla arasında, eyni zamanda keçmiş arvadı ilə olan şübhələrin aradan götürülməsi ilə bağlı atalığın müəyyən olunmasına dair zərurət yaranıb. Qeyd olunanlara əsasən, azyaşlı uşaqları X2 və X9 məhkəmə qaydasında atalıq faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbini və atalığın tanınması faktının müəyyən olunmasına dair iddia tələbini qəbul etməmiş, ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh ona qarşı iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X6 ilkin iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbini və atalığın tanınması faktının müəyyən olunmasına dair iddia tələbini qəbul etməmiş, ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı qarşı iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ilkin iddia tələbini qəbul etməmiş, qarşılıqlı iddia tələbinə və atalığın tanınması faktının müəyyən olunmasına dair iddia tələblərinə uyğun izahat verərək, tələblərini müdafiə etmiş, ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı qarşı iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərər tələbinə dair qarşılıqlı iddia tələbi və Cavabdeh İddiaçı qarşı atalığın tanınması faktının müəyyən olunması tələbi rədd edilməlidir. Belə ki, ilkin iddia tələbindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərək, xx xxxxxx 2008-ci il X5 və xx xxx 2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, İddiaçı ilə Cavabdeh xx xxxxx 2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan iki uşaqları – xx xxxxxx 2008-ci il X5 və xx xxx 2009-cu il təvəllüdlü X12 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(001)- 4939/2015 №-li xx xxxxxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx xxxxxx 2008-ci il X5 və xx xxx 2009-cu il təvəllüdlü X9 anası İddiaçı yanında saxlanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, vergi ödəyicilərinin reyestrində Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. İşin məhkəmə iclasında tədqiq olunan hallarından məlum olur ki, iddiaçı cavabdehlə rəsmi nikahından olan və onun yanında qalan uşaqların saxlanmaları üçün cavabdehlə aralarında razılıq olmadığından sonuncudan hər ay sabit pul məbləğində aliment tutulmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İddia tələbindən görünür ki, cavabdehdən uşaqların saxlanması üçün ayda hər uşağa görə 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində alimentin tutulması məhkəmədən xahiş olunmuş, lakin iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini aliment ödəməli olan şəxsin maddi vəziyyətinin tələb olunan aliment məbləğini ödəməyə uyğun olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «X11» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə, qanunvericiliyinqeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşaqların mənafeyini, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə ayda 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun şərəf və ləyaqətinə zərər vuran yanlış məlumatların təkzib edilməsi, cavabdehin ondan üzr istəməsi, cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzinə 10000 manat məbləğində pulun ondan tutulması, uşaqların onun yanında qalmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı uşaqların saxlanılmaması, onun tərəfindən döyülməsi və s. iddiaları nəticəsində ətrafdakılarda və uşaqlarında ona qarşı mənfi rəy formalaşmışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin icraatına xitam verilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı zərərçəkmiş şəxs qismində iştirak etdiyi, Cavabdeh barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından icraata xitam verilmişdir. Həmin qərardan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə Xəzər RPİ-nin İŞ-nə müraciət edərək, Cavabdeh bağışladığını, şikayət və tələbi olmadığını bildirmiş və ərizəsi əsasında başlanmış cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı Qərarının 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatın doğru olmaması; bu məlumatın yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsində bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. İddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim olunan cinayət işinin icraatına xitam verilməsi barədə qərardan görünür ki, İddiaçı ərizə ilə Xəzər RPİ-nin İŞ-nə müraciət edərək, Cavabdehla aralarında barışdıqlarını bu səbəbdən də Cavabdeh barəsində başlanmış cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı tərəfindən onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yayıldığını iddia etsə də, həmin hal iş üzrə öz təsdiqini tapmamışdır. Bundan əlavə “ilkin iddia ərizəsində İddiaçı tərəfindən nikahın pozulmasından sonra uşaqların saxlanılması üçün xərclərin könüllü surətdə ödənilməsi dəfələrlə xahiş edilsə də, Cavabdeh tərəfindən buna məhəl qoyulmamışdır” ifadəsi nəticəsində Cavabdeh özünə qarşı ətrafdakılar tərəfindən mənfi rəyi yaradıldığını və bununla da şərəf və ləyaqətinin pozulmasını iddia etsə də, yuxarıda artıq qeyd olunan üç hallın məcmusu yəni məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatın doğru olmaması; bu məlumatın yayılması - iş üzrə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə, həmçinin, iddiaçının ona vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, o tələbinin cavabdeh tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyanın müddəaları və X15 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddia tərəfi cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi şərəf və ləyaqətin müdafiəsinə dair hissədə də təsdiqini tapmadığından, mənəvi zərərin tutulmasına dair iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, Cavabdeh qarşılıqlı iddia tələbində xx xxxxxx 2008-ci il X5 və xx xxx 2009-cu il təvəllüdlü X9 onun yanında qalmasının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1. və 60.2. maddəsindən görünür ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. BMT-nin Baş Məclisinin xx xxxxxx 1959-cu il tarixli 1386 saylı qətnaməsi ilə elan edilmiş «X8»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikasının Milli Məclisinin xx xxxx 1995-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu «Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» Beynəlxalq Konvensiyanın preambulasında, o cümlədən, qadınların ailənin rifahına və cəmiyyətin inkişafına verdikləri töhfəsinin əhəmiyyəti, analığın sosial əhəmiyyəti və hər iki valideynin ailədə və övladlarının tərbiyəsində və qadınların nəslin davam etdirilməsində rolu nəzərə alınaraq Bu Konvensiyanın qəbul edilməsinin məqsədləri açıqlanmışdır. İddia tələbindən görünür ki, məhkəmə qətnaməsi ilə İddiaçı yanında qalması müəyyən edilmiş azyaşlı uşaqların anasından alınaraq iddiaçıya verilməsi xahiş olunmuş, iddia tələbi uşaqların 12 il ərzində atanın himayəsində olması, hal-hazırda ata ilə qalmaqlarının, ayrılan vəsaitlərin əvvəlki kimi bilavasitə onların tələbatları üçün istifadə edilməsinin daha asan olması və uşaqların mənafeyinə uyğun olması ilə əsaslandırılmış, məhkəmə sadalanan halların uşağın anadan alınaraq atasına verilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, azyaşlı uşaqların valideynlərindən hansının yanında qalması müəyyən olunarkən azyaşlı uşağın mənafeyi, psixi və fiziki inkişafına təsir edən amillər, sağlam ruhda böyüməsi və ana nəvazişinə ehtiyacının olması nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin bir ana olaraq uşaqların böyüyüb boya-başa çatmasındakı rolu, onlara daha sıx bağlı olması, həmçinin, əxlaqi və digər şəxsi keyfiyyətləri, uşaqların yaşı, ana qayğısına ehtiyacının olması və uşaqların inkişafı və tərbiyəsi üçün normal şəraitinin olması nəzərə alınaraq uşaqların anasının yanında qalması məqsədyönlü və onların mənafeyinə uyğun hesab edilməlidir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı atalığın tanınması faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, cavabdeh tərəfindən uşaqlarına atasının o olmadığının deyildiyini əsas gətirərək, bu halın məhkəmə tərəfindən müəyyən olunaraq, atalığı mübahisələndirmişdir. Məhkəmə, iş üzrə atalığın müəyyən edilməsi üçün məhkəmə tibbi-bioloji ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinə həvalə edilmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi məhkəmə tibbi-biologiya şöbəsindən daxil olmuş xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, sənədlərin şöbəyə daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş iki gün ərzində İddiaçı iki uşaqla birlikdə şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Həmçinin, iş materiallarında olan bildirişlərdən və telefonoqramalardan görünür ki, İddiaçıvə Cavabdeh ekspertizanın keçirilməsi üçünAzərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinə dəvət olunmalarına dair rəsmi qaydada xəbərdar edilmişlər. Belə ki, Cavabdeh və İddiaçı məhkəmə tibbi-bioloji ekspertizasının təyin edildiyi və xx.xx.2020-ci il tarixdə saat 12:00-da hər iki tərəfin uşaqlarla birlikdə birliyin məhkəmə-tibbi biologiya şöbəsində iştirak etmələri barədə xəbərdar edilmiş, həmin tarixdə İddiaçı və uşaqların ekspertizaya gəlmələrinə baxmayaraq, Cavabdeh ekspertiza birliyinə gəlməmiş, bu səbəbdən ekspertizanın aparılması xx.xx.2020-ci il tarixə saat 10:00-a təyin edilmiş və yenidən tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin yenidən İddiaçı uşaqlarla birlikdə ekspertiza birliyinə getmələrinə baxmayaraq, Cavabdeh ekspertizaya gəlməmiş, bununla da ekspertizanın keçirilməsindən yayınaraq, ekspertizanın keçirilməsinə mane olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5. maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələbini, həmçinin məhkəmə iclasında araşdırılan sübutların məcmusunu nəzərə alaraq, iddiaçı Cavabdeh iş üzrə atalıq faktının müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının keçirilməsindən imtina etməsini əsas götürərək Cavabdeh xx xxxxxx 2008ci il təvəllüdlü X5 və xx xxx 2009-cu il təvəllüdlü X9 atası olması təsdiq olunmuş hesab edir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşı atalığın mübahisələndirməsinə dair iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur, bu səbəbdən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2007-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında nikah bağlanıb, birgə nikah dövründə xx xxxxxx 2008-ci il təvəllüdlü X5 və xx xxx 2009-cu il təvəllüdlü X12 anadan olmuş və uşaqların doğum haqqındakı şəhadətnamələrində ata qrafasında ata qismində Cavabdeh qeyd olunmuş, xx.xx.2015-ci il tarixidə tərəflər arasındakı nikah pozulmuş, hazırda Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atalığı mübahisələndirmiş, bununla bağlı məhkəmə tərəfindən məhkəmə-tibbi bioloji ekspertizasının təyin olunmasına baxmayaraq, Cavabdeh təyin olunmuş ekspertizaya getməmiş, bununla da ekspertizanın keçirilməsinə mane olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, aliment tələbi üzrə Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə, xx xxxxxx 2008-ci il X5 və xx xxx 2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər uşağa görə ayda 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalı, Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərər tələbinə dair qarşılıqlı iddia tələbi və iddiaçı Cavabdeh İddiaçı qarşı atalığın tanınması faktının müəyyən olunması barədə iddia tələbi rədd edilməli, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə, xx xxxxxx 2008-ci il X5 və xx xxx 2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərər tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı atalığın tanınması faktının müəyyən olunması barədə iddia tələbi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-571/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-571/2020
13.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver