Məhkəmə qərarları › İş №2(003)-585/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-585/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-585/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı X4 iştirakı ilə İddiaçı X4 Cavabdeh qarşı alimentin miqdarının azaldılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X9 Cavabdeh qarşı – Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 472/2019 saylı 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı azaldılaraq, 08.05.2009-cu il təvəllüdlü X1 və 04.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat məbləğində aliment tutulmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-472/2019 saylı 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı azaldılaraq, 08.05.2009-cu il təvəllüdlü X1 və 04.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat məbləğində aliment tutulmasına dair barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 12.07.2008-ci ildə ailə quraraq evlənmiş, onların birgə nikahından 08.05.2009-cu il təvəllüdlü X5 və 04.01.2012ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Onların nikahı Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-472/2019 saylı 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda o, heç bir əmək fəaliyyəti ilə məşğul olmur, lakin bununla belə ona edilən müəyyən köməkliklər vasitəsi ilə çox çətinliklə də olsa hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat aliment ödəyir. Onlar onun övladlarıdır və o, onların sağlam şəraitdə, heç bir ehtiyac içində olmadan böyümələri üçün əlindən gələni etməyə hazırdır. Lakin ona kəsilən alimentin bu qədər çox olması alimentin vaxtlı vaxtında ödənilməsinə çətinliklər yaradır. O, real olaraq bu məbləği ödəyə bilmir. O, atalıq vəzifəsini yerinə yetirməyə hazırdır, amma bir sıra çətinliklərlə üzləşmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X9 məhkəmədə iddianı müdafiə edərək,iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Fərdi əməklə məşğuldur. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təminedilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-472/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X3 08.05.2009-cu il təvəllüdlü X1 və 04.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay sabit pul şəklində 200 manat məbləğində alimentin tutularaq anası Cavabdeh ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş AZ-İ seriyalı 312847 №-li 15 mart 2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 arasında bağlanmış nikah ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında arayışlardan görünür ki, atası X9, anası X10 olan 08.05.2009-cu il təvəllüdlü X6 və 04.01.2012-ci il təvəllüdlü X8 Bakı şəhərində doğulmuşlar. Beləliklə, məhkəmə araşdırılması zamanı məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə vəziyyətində dəyişiklik olmamışdır. Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailəvə ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və ya maddi vəziyyətində dəyişiklik olmadığından, iddiaçının mövcud iddia tələbi təmin edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir Həmin Qanunun 13-cü maddəsinəvə “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqdarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Bundan başqa “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edildiyi halda, iddiaçı uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumundan da aşağı məbləğdə ondan tutulmalı olan 100 manat məbləğində alimentin miqdarının azaldılmasını tələb edir. Odur ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı X4 Cavabdeh qarşı - cavabdehlə birgə nikahlarından doğulmuş 08.05.2019cu il təvəllüdlü X1 və 04.01.2012-ci il təvvəlüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş 400,0 manat sabit pul məbləğində alimentin azaldılaraq hər ay hər uşaq üçün 100,0 manat olmaqla, ümumilikdə 200,0 manat məbləğində müəyyən edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar