Məhkəmə qərarları › İş №2(003)-665/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-665/2022

19.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-665/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X*, Cavabdeh N nömrəli Hərbi hissənin nümayəndəsi X7, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə İddiaçı cavabdehlər N nömrəli Hərbi hissəyə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və CavabdehN qarşı əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh N nömrəli hərbi hissənin onun əmək hüquqlarını pozduğu üçün ona 1* oktyabr 2019-cu il tarixdən 1* oktyabr 2021-ci il tarixə kimi ödənilməmiş 8820 manat məbləğində pulun, mediasiya prossesinə görə ödənilmiş 50 manat məbləğində pulun, əmək müqaviləsi bağlandığı üçün ala bilmədiyi 190 manat məbləğində birdəfəlik sosial yardımın və iki illik sosial yardım olan 4800 manat məbləğində pulun (iki il x ortalama aylıq 200 manat) pulun cavabdehdən alınaraq ona verilməsi və ona dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində pulun cavabdehdən tutularaq Yaşat Fondunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Quba rayonu Mirzəmmədkənd kəndində yaşayır. Hazırki vaxtadək heç bir yerdə işləməmişdir. 2020-ci il tarixdə Koronovirus (COVİD-19) pandemiyası ilə bağlı olaraq Dövlətin təyin etdiyi 190 manat birdəfəlik ödəməni almaq üçün qeydiyyatdan keçmişdir. Lakin ona 191 manat birdəfəlik ödəmənin edilməsindən imtina edilmişdir. O bunun səbəbini araşdırdıqda məlum olmuşdur ki, adına əmək müqaviləsi bağlanmışdır. Araşdırmalar zamanı onun 1/4 oktyabr 2019-cu il tarixdə N nömrəli hərbi hissədə baş aşbaz kimi aylıq N*7,50 manat məbləğində əmək haqqı aldığını göstərən əmək müqaviləsi ortaya çıxmışdır. Onun həmin əmək müqaviləsindən ümumiyyətlə xəbəri olmamışdır. Belə ki, onun adından istifadə edərək əmək müqaviləsi bağlanmış və aylıq əmək haqqı alınmışdır. O, bu əmək müqaviləsindən xəbər tutan kimi 1* oktyabr 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. O, 1* oktyabr 2019-cu il tarixdən 1* oktyabr 2021-ci il tarixə kimi xəbəri olmadan adından istifadə edilərək 8821 manat məbləğində əmək haqqı alınmışdır. O sosial yardım almaq üçün müraciət edərkən, işlədiyi üçün və hazırda adına əmək müqaviləsi olduğu üçün sosial yardım verilməsindən imtina edilmişdir. Onun adına xəbəri olmadan əmək müqaviləsi bağlandığı bildirildiyindən əsəb və stres keçirtmişdir. Onun adından istifadə edilərək əmək müqaviləsi bağlamışlar və ona mənəvi ziyan dəymişdir. Kimlərinsə qanunsuz əməlləri nəticəsində o bu məlumatları eşidəndən sora özünə gələ bilməmişdir. Halbuki, o xəstədir, sosial yardım almaq üçün müraciət etsə də, onu ala bilməmişdir. Əmək haqqına dair kartı da, işəgötürən müəssisədə olmuşdur. Xəbəri olmadan əmək müqaviəsinin bağlanması onun hüquqlarının kobud şəkildə pozulmasıdır. O, bu qanunsuzluğu aşkar etdikən sonra ona dəymiş maddi və mənəvi ziyanla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 11 iyun 2021-ci il tarixli məktubunda mövcud vəziyyətdə həll etmək əvəzinə onu daha da stres və əsəbə salan yollar göstərilmişdir. XN çıxarışı heç saymayaraq, göz görə-görə ağı qara deyərək onunla əmək müqaviləsi bağlanmasını inkar etmişlər. O yenə də, ordunun qələbə ilə müharibədən çıxdığını nəzərə alaraq hərbi hissədə belə bir hadisənin olması barədə yuxarı səviyyədə bütün orqanlara müraciət edib, bu məsələni böyütmək istəməmişdir. Ümid edir ki, bu məsələ bir kasıb imkansız şəkər xəstəsi olan sosial yardım almaq istəyən bu əsaslara görə ala bilməyən bir qadını düşünərək həll edilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X20 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinə oxşar izahat verdi. Məhkəmə iclasında cavabdeh N nömrəli Hərbi hissənin nümayəndəsi X21 iddia tələbini etiraf etməyərək iddia tələbinin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, 417 saylı Hərbi hissədə iddiaçı ilə eyni soyad və ata adı olan şəxs, yəni X1* işləmiş, hazırda da işləyir. İddiaçı, N nömrəli Hərbi hissədə işləməmiş və onunla heç bir əmək müqaviləsi bağlanılmamışdır. İddiaçının adına əmək müqaviləsinin elektron sistemdə qeyd alınması ilə bağlı N nömrəli Hərbi hissənin məlumatı olmamış və bu hal N nömrəli Hərbi hissənin təqsiri nəticəsində baş verməmişdir. Belə ki, X1* ilə N nömrəli Hərbi hissə arasında bağlanılmış əmək müqaviləsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması barədə müvafiq sənədlər, həmin vaxtı elektron imza olmadığından yazılı formada Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. N nömrəli Hərbi hissədə işləyən X8 isə müvafiq əmək haqqı onun adına olan bank hesabına hər ay köçürülmüşdür. İş üzrə cavabdeh olan X11 isə 417 saylı Hərbi hissənin komandiridir. Odur ki, iddia tələbini əsassız hesab edir. Məhkəmə iclasında iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1* izahatında bildirmişdir ki, 417 saylı Hərbi hissə ilə onun arasında əmək müqaviləsi bağlanılmış və o, 417 saylı Hərbi hissədə baş aşbaz vəsifəsində işləmiş, hazırda da işləyir. Müvafiq əmək haqqı da onun bank hesabına hər ay köçürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, o, 2019cu ilin oktyabr ayından 2020-ci ilin dekabr ayınadək işlədikdən sonra öz ərizəsi əsasında işdən çıxmışdır. Bir müddət sonra isə 2021-ci ilin fevral ayından yenidən 417 saylı Hərbi hissədə baş aşbaz vəzifəsində işə qəbul edilmişdir. Hal-hazırda da orada işləyir. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 127 saylı Qərarı ilə “Koronavirus (Covid-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” ilə təsdiq edilmişdir. Həmin qərarın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X15 həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1* fevral tarixli N8* nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidməti haqqında Əsasnaməyə əsasən X28 Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhfükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər İstiqamətlərdə dövlət nəzarətini həyata keçirir, əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş ha arda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır, eyni zamanda işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki köməklik göstərir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Reapublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.19*5-ci il təvəllüdlü Quba rayonunun Əlibəyqışlaq kəndində doğulmuş İddiaçı ünvan 1 kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin X12 ünvanlanmış 11.0*.2021-ci il tarixli məktubunun surətindən görünür ki, arvadı X9 Müdafiə Nazirliyinin tabeliyində olan N nömrəli hərbi hissədə əmək müqaviləsi bağlanması barədə müraciətinə Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə baxılmış və bildirilmişdir ki, X2 Nazirliyi və tabelikdə olan hissələrdə işə qəbul edilməmiş, onunla əmək müqaviləsi bağlanmamışdır. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə baş aşbaz vəzifəsi ilə əlaqədar, əmək haqqı N*7,50 manat olmaqla müddətli əmək müqaviləsi (1*.10.2019-cu il tarixdən 1*.10.2021-ci il tarixədək) qeydiyyata alınmışdır. Hərbi hissənin komandiri X5r. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, N nömrəli hərbi hissənin nümayəndəsi ilkin mediasiya sesiyasında iştirak etmədiyindən bu barədə müvafiq arayış verilmişdir. Şəxsiyyət vəsiqəsinin məlumatlarına dair EMİS-dən çıxarışdan görünür ki, 02.05.19**-cı il təvəllüdlü Quba rayonunun Səbətlər kəndində doğulmuş X1* ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İ N0429N nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X17 arasında 0*.08.1987-ci il tarixdə nikah bağlanılmış, nikah bağlandıqdan sonra arvada Salmanova soyadı verilmişdir. İş materiallarında olan 1*.10.2019-cu il tarixli 417 saylı Hərbi hissə ilə X1* arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, X1* 417 saylı Hərbi hissədə 2 il müddətində (1*.10.2021-ci il tarixədək) maddi təminat bölüyünün baş aşbaz vəzifəsinə (294 manat məbləğində vəzifə maaşı olmaqla) işə götürülməsi barədə əmək müqaviləsi bağlanılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, X2N Azərbaycan Respublikasının Əmək Məcəlləsinin *8ci maddəsinin 2 “a” bəndinə əsasən tərəflərdn birinin təşəbbüsünə (öz arzusuna görə) xx.xx.2020-ci il tarixdən işdən azad edilmiş, əsas X10 ərizəsi olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2*1 nömrəli 417 saylı Hərbi hissə ilə X1* arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, X1* 417 saylı Hərbi hissədə 1 il müddətində (xx.xx.2022-ci il tarixədək) uçuşların texniki yemekxanasının baş aşbaz vəzifəsinə (294 manat məbləğində vəzifə maaşı olmaqla) işə götürülməsi barədə əmək müqaviləsi bağlanılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, X18 xx.xx.2021-ci il tarixdən maddi-təminat bölüyünün təsərrüfat taqımının yemekxanasının (uçuş-texniki heyətin) baş aşbazı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, 02.05.19**-cı il təvəllüdlü Quba rayonunda doğulmuş X1N Dövlət Sosial Sığorta Şəhadətnaməsi verilmişdir. İş materiallarında olan X4 adına olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, N0.12.201*-cı il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən məbləğlərdə nəğdsiz mədaxillər olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, onun müraciətində qeyd olunan məsələnin həlli ilə əlaqədar olaraq tərəflərindən müvafiq işlər aparılır. Aparılan işlər yekunlaşdıqdan sonra ona əlavə məlumat veriləcəyi bildirilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, N nömrəli hərbi hissə ilə iş üzrə müstəqil tələb irəli sürməyən X1* arasında müvafiq əmək müqaviləsi bağlanılmış, sonuncu həmin əmək müqaviləsi əsasında N nömrəli hərbi hissədə baş aşbaz vəzifəsində işləmiş və verilmiş müvafiq əmək haqqı ilə bağlı ödənişlər onun bank hesabına köçürülmüşdür. İddiaçı ilə N nömrəli hərbi hissə arasında əmək müqaviləsi bağlanılmamış və o, həmin hərbi hissədə işləməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləcinin N-cü müddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcələnin N-cü müddəsinin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin Məcələnin N-cü müddəsinin 8-9-cu hissələrinə əsasən iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 9-cu maddəsinin d) bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Həmin Məcələnin 291-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərinin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və bu ziyanın dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbi, cavabdeh N nömrəli hərbi hissə tərəfindən qanunsuz olaraq (məlumatı olmadan) bağlanılmış əmək müqaviləsi əsasında iddiaçının əmək hüquqlarının pozulması səbəbindən, yəni verilməli olan əmək haqqının verilməməsi səbəbindən ona dəymiş 8820 manat məbləğində ziyan tələbindən, həmçinin əmək müqaviləsinə dair bildirişin elektron sistemdə qeydiyyata alınması səbəbindən cavabdeh N nömrəli hərbi hissə tərəfindən ona verilməli olan birdəfəlik sosial yardımla bağlı 4800 manat məbləğində dəymiş ziyanın və 5000 manat məbləğində mənəvi ziyanın dəyməsindən ibarət olduğundan və işin müəyyən edilmiş hallarının isə iş üzrə N-cü şəxs X19 ilə N nömrəli hərbi hissə arasında qanunvericiliyə müvafiq qaydada bağlanılmış əmək müqaviləsinin olmasından, onun həmin hərbi hissədə işləməklə müvafiq əmək haqqının almasından ibarət olduğundan iş üzrə iddiaçıya cavabdehlər tərəfindən hər hansı bir formada onun əmək hüquqlarının pozulması nəticəsində ziyanın vurulması halı müəyyən edilmir və bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər N nömrəli Hərbi hissəyə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və CavabdehN qarşı əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respubplikası MPM-in 21*-220 və N*0-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər N nömrəli Hərbi hissəyə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və CavabdehN qarşı əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar