Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-711/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Zəkiyeva (Baxşiyeva) Aysel Fərhad qızına qarşı (Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Zəkiyeva (Baxşiyeva) Aysel Fərhad qızına qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Zəkiyeva (Baxşiyeva) Aysel Fərhad qızı ilə aralarında olan nikah pozulmuş. Birgə nikahlarından 17.10.*011-ci il təvəllüdlü X7, 10.03.*014-cü il təvəllüdlü X9 və 18.09.*015-ci il təvəllüdlü X8 adlı övladları faktiki olaraq onun himayəsindədir. Nikah pozulduqdan * il sonda cavabdeh İran İslam Respublikasına getmiş və orada Həsən adlı şəxslə ailə qurmuşdur və onun bir qızı doğulmuşdur. 7 ildir ki, uşaqlar iddiaçının himayısindədir, baxmayaraq ki, məhkəmə uşaqlara anaya vermişdir və aliment təyin etmişdir. Uşaqlar yaxşı oxuyur, yaxşı idmançıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdeh Zəkiyeva (Baxşiyeva) Aysel Fərhad qızı ilə birgə nikahıdan doğulmuş 17.10.*011-ci il təvəllüdlü X7, 10.03.*014cü il təvəllüdlü X9 və 18.09.*015-ci il təvəllüdlü X8 adlı uşaqlarının onun himayəsində qalması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iş üzrə aliment tələbi yoxdur. Məhkəmədə Bakı şəhəri Pirallahı rayonu *35 nömrəli tam orta məktəbin müəllimi X3 iştirakı ilə dindirilmiş 17.10.*011-ci il təvəllüdlü X7 bildirdi ki, atası ilə anası boşanandan sonra o, anasının yanında qalmışdır. Sonra anası İrana getmiş, o, qardaşları ilə birlikdə iki ilə yaxındır ki, atasının yanına getmişdir. Hazırda atası ilə yaşamaq istəyir. Məhkəmədə Bakı şəhəri Pirallahı rayonu *35 nömrəli tam orta məktəbin müəllimi X3 iştirakı ilə dindirilmiş 10.03.*014-cü il təvəllüdlü X9 bildirdi ki, anaları onları atmış və ərə getmişdir. Anaları onlarla maraqlanmamışdır. Hətta axırıncı dəfə anası ilə nə vaxt danışdığı yadında deyil. Buna görə də atası ilə yaşamaq istəyir. Məhkəmədə Bakı şəhəri Pirallahı rayonu 186 nömrəli tam orta məktəbin müəllimi X1 iştirakı ilə dindirilmiş 18.09.*015-ci il təvəllüdlü X8 bildirdi ki, anası ilə yaşamaq istəmir. Çünki anası onları atıb getmişdir. Anası onlarla əlaqə saxlamır. Buna görə də atası ilə yaşamaq istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikahın haqqında şəhadətnamədən görünür ki, Zəkiyeva (Baxşiyeva) Aysel Fərhad qızı ilə İddiaçı arasında olan rəsmi nikah 19.11.*019cu il tarixdə pozulmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3*9 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, anası Cavabdeh, atası İddiaçı olan 17.10.*011-ci il təvəllüdlü Zəkiyeva Məryəm, 10.03.*014-cü il təvəllüdlü Zəkiyev Yusif və 18.09.*015-ci il təvəllüdlü Zəkiyev Heydər doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinin verdiyi **53 saylı 07.06.*0**-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Əfəndiyev küçəsi, ev 83-də qeydiyyatdadır və himayəsində 17.10.*011-ci il təvəllüdlü X7, 10.03.*014cü il təvəllüdlü X9 və 18.09.*015-ci il təvəllüdlü X8 var. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin 07.05.*0*3-cü il tarixli rəyindən görünür ki, İddiaçı ilə cavabdeh Zəkiyeva (Baxşiyeva) Aysel Fərhad qızının birgə nikahdan olan 17.10.*011-ci il təvəllüdlü X7, 10.03.*014-cü il təvəllüdlü X9 və 18.09.*015-ci il təvəllüdlü X4 ataları İddiaçı himayəsində qalmaları azyaşlıların gələcək mənafeyi üçün məqsədəuyğun hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında olan nikah 19.11.*019-cu il tarixdə pozulmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3*9 nömrəli qeydiyyat aparılmışdır. Birgə nikahlarından 17.10.*011-ci il təvəllüdlü X7, 10.03.*014-cü il təvəllüdlü X9 və 18.09.*015-ci il təvəllüdlü X8 doğulmuşdur. Tərəflərin birgə nikahdan anadan olmuş uşaqları hal-hazırda iddiaçının himayəsindədir. Cavabdeh ikinci dəfə ailə qurub və övladı var. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahından olan uşaqları 17.10.*011-ci il təvəllüdlü X7, 10.03.*014-cü il təvəllüdlü X9 və 18.09.*015-ci il təvəllüdlü X4 onun himayəsinə verilməsini xahiş edir. Məhkəmə mülki işin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 5*-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmçinin məhkəmə iclasında təhsil müəssisəsinin nümayəndəsinin iştirakı ilə dindirilmiş 17.10.*011-ci il təvəllüdlü X7, 10.03.*014-cü il təvəllüdlü X9 və 18.09.*015-ci il təvəllüdlü X8 ataları İddiaçı ilə yaşamaq istədiklərini bildirmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 6.*-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. 49.*-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 51.1-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *8 mart *016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 1*-ci və Ailə Məcəlləsinin 5*-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. “Uşaq Hüquqları Haqqında” *0.11.1989-cu il tarixli BMT Konvensiyasının 18-ci maddəsinə görə uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Məhkəmə birgə nikahdan dünyaya gəlmiş uşağın kimin yanında qalması ilə bağlı qeyd edir ki, AM-nin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə tərəflərin birgə nikahlarından anadan olmuş 17.10.*011-ci il təvəllüdlü X7, 10.03.*014-cü il təvəllüdlü X9 və 18.09.*015-ci il təvəllüdlü X4 İddiaçı fikrini, hər üç uşağın hüquq və mənafelərini, onların mənəvi, psixi və fiziki inkişafına təsir edən amilləri, uşaqların atalarına bağlılığını, eləcə də qəyyumluq və himayəçilik orqanının rəyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulan 17.10.*011-ci il təvəllüdlü X7, 10.03.*014-cü il təvəllüdlü X9 və 18.09.*015-ci il təvəllüdlü X8 İddiaçı himayəsində saxlanılmalıdırlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmamış uşağların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar onun yanında qaldığından iddia tələbi əsaslıdır, buna görə də təmin edilməlidir. Məhkəmə iş üzrə aliment tələbinin olmadığını nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş 17.10.*011-ci il təvəllüdlü X*, 10.03.*014-cü il təvəllüdlü X5 və 18.09.*015-ci il təvəllüdlü X4 İddiaçı himayəsinə verilməsinə dair iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin *16-**0-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh Zəkiyeva (Baxşiyeva) Aysel Fərhad qızının birgə nikahından doğulmuş 17.10.*011-ci il təvəllüdlü X7, 10.03.*014-cü il təvəllüdlü X9 və 18.09.*015-ci il təvəllüdlü X8 ataları İddiaçı himayəsinə verilsinlər. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-711/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-711/2023
05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver