Məhkəmə qərarları › İş №2(003)-721/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-721/2021

02.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-721/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın doğum haqında şəhadətnaməsində atalıq barəsində qeydlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2018-ci il təvəllüdlü X1 atası olmadığının müəyyən olunması və 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən X2 barəsində xx.xx.2018-ci il tarixdə tərtib olunmuş 744 saylı doğum haqqında akt qeydinin etibarsız hesab edilməsi, uşağın atası kimi onun barəsində olan məlumatların akt qeydindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikah dövründə xx.xx.2018-ci il təvəllüdlü X2 doğulmuşdur. Daha sonra nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşaqlarının anasının yanında saxlanılması qət edilmişdir. Aralarında rəsmi nikah olduğundan doğum haqqında şəhadətnamədə uşağın atası kimi onun adı qeyd edilmişdir. Hesab etmişdir ki, Elman Qəhrəmanov onun oğlu deyil. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş 744 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdeh iddia tələbini etiraf edərək, onun təmin olunmasına etiraz etmədiyini bildirdi və izahatında qeyd etdi ki, iddiaçı ilə nikaha daxil olduğu vaxtdan qabaq başqa bir şəxslə münabətdən hamilə olmuşdur. İddiaçı ilə nikahda girdikdən sonra isə Elman doğulduqda ata qrafasında iddiaçının adı qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-T seriyalı 114944 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı anası Cavabdehdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-3545/2018 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 anasının yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan xx.xx.2018-ci il tarixdə X2 doğulmuşdur. Məhkəmədə cavabdeh iddia tələbini etiraf etməklə, iddiaçının birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 atası olmadığını bildirdi. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd edilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X2 barəsində doğum haqqında şəhadətnaməsində onun atalığı haqqında qeydlər ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X2 barəsində doğum haqqında şəhadətnaməsində onun atalığı haqqında qeydlər ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar