Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-74/2022 17.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 QSC, Cavabdeh2 və 7 saylı dövlət notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh1 QSC-nin mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 QSC, Cavabdeh2 və 7 saylı dövlət notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh1 QSC mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət ilə məhkəməyə müraciət etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 QSC-nin cavabdehlər Cavabdeh2, İddiaçı və qeyrilərinə qarşı borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi” tələbinə dair 2(094)- 44/2021 saylı mülki iş Pirallahı Rayon Məhkəməsinin icraatındadır. Hazırkı işlə 2(094)- 44/2021 saylı mülki işin həlli sıx bağlıdır. Ədalət mühakiməsinin düzgün şəkildə aparılması üçün bu işin bir icraatda birləşdirilərək baxılması zəruridir. Qeyd olunanlara əsasən, vəsatətin təmin olunması, mülki işin Pirallahı Rayon Məhkəməsinin 2(094)-44/2021 saylı mülki işlə birləşdirilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında bir-biri ilə əlaqəli olan mülki işlərin birləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, vəsatəti, hər iki mülki işin materiallarını araşdıraraq hesab edir ki, həmin işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və ona görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3. maddəsinə əsasən birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3. maddəsindən görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1 və 43.2-ci maddələrinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.4, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 QSC, Cavabdeh2 və 7 saylı dövlət notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(003)-74/2022 №-li mülki iş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 QSC-nin cavabdehlər Cavabdeh2, İddiaçı və qeyrilərinə qarşı borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi tələbinə dair 2(094)-3/2022 №-li mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-74/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-74/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver