Məhkəmə qərarları › İş №2(003)-769/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-769/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-769/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx xxx 2016-cı il təvəllüdlü Talıblı Leyla və xx xxxx 2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilən alimentin miqdarının tənzimlənməsi barədə ondan hər ay tutulan alimentin 33 faizə endirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iki uşaq üçün ondan tutulan alimentin cəmi 1/3 hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, cavabdeh X8 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan Elnarə və Çinarə adlı iki uşağı dünyaya gəlmişdir. Nikahları xx.xx.2013-cü ildə ləğv olunmuşdur. Çinarə adlı qızına maaşının ¼ hissəsi miqdarında aliment kəsilmişdir. xx.xx.2015-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan xx.xx.2016-cı il tarixdə X16 adlı övladları olmuşdur. Həmin uşağın saxlanılması üçün Xəzər Rayon məhkəməsi ondan hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmasını qət etmişdir. Beləliklə 2 uşağa görə ondan tutulan aliment miqdarı 50 faiz təşkil edir. Qeyd olunanlara əsasən, iki uşaq üçün ondan tutulan alimentin cəmi 1/3 hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdeh X9 iddia tələbini qəbul etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, İddiaçı ilə cavabdeh X8 xx.xx.1997-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan iki uşaqları xx xxxx 1998-ci il təvəllüdlü X11 və xx xxxx 2004-cü il təvəllüdlü X12 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(010)-1268/2013 saylı qətnaməsi ilə İddiaçı Xuduş oğlundan hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq xx xxxx 1998-ci il təvəllüdlü X11 və xx xxxx 2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün X6 verilməsi qət edilmişdir. Daha sonra, İddiaçı ilə Cavabdeh1 xx.xx.2015-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan bir uşaqları xx xxx 2016-cı il təvəllüdlü X13 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-3510/2020 saylı qətnaməsi ilə İddiaçı Xuduş oğlundan hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq xx xxx 2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 verilməsi qət edilmişdir. Hazırda iddiaçının X2 olan uşağı X11 yetkinlik yaşına çatmış, o, hər iki nikahından olan bir uşağa, yəni ümumilikdə iki uşağa görə aliment ödəyir. Odur ki, o, iki uşağa görə 1/3 hissədə aliment ödəməli olduğunu düzgün hesab edərək, ondan tutulan aliement məbləğinin azaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Qanunvericiliyin qeyd olunan normasının mənasından görünür ki, fərqli nikahlardan olmasından asılı olmayaraq, 2 uşağa görə aylıq gəlirlərin üçdə bir hissəsi miqdarında aliment tutulması nəzərdə tutulmuşdur. İddia tələbindən görünür ki, iddiaçıdan cavabdehin xeyrinə tutulan aylıq gəlirlərindən tutulan alimentin azaldılaraq, hər uşaq üçün 1/6 hissədə, yəni iki uşaq üçün 1/3 hissədə müəyyən olunması xahiş olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırda cavabdehin xeyrinə xx xxxx 2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçının aylıq gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması iddiaçının digər nikahından olan xx xxx 2016-cı il təvəllüdlü X1 üçün ondan tutulan 1/4 hissə ilə birləşdikdə, ondan tutulan alimentin miqdarı 1/2, yəni gəlirlərinin yarısı qədər olacaqdır, bu da qanunvericiliyin müəyyən etdiyi aliment miqdarına uyğun gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(010)-1268/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı azaldılaraq, X4 xeyrinə, xx xxxx 2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin 1/6 (altıda bir) hissəsi məbləğində aliment tutulmalıdır. Həmçinin, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-3510/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı azaldılaraq, Cavabdeh1 xeyrinə, xx xxx 2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin 1/6 (altıda bir) hissəsi məbləğində aliment tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, azaldılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(010)-1268/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı azaldılaraq, X4 xeyrinə, xx xxxx 2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin 1/6 (altıda bir) hissəsi məbləğində aliment tutulsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-3510/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı azaldılaraq, Cavabdeh1 xeyrinə, xx xxx 2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı qazancının və (və ya) başqa gəlirlərinin 1/6 (altıda bir) hissəsi məbləğində aliment tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar