Məhkəmə qərarları › İş №2(003)-83/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-83/2024

21.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-83/2024 21.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “uşaqların atanın yanında saxlanılması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi, İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X13 onun himayəsində qalması və uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat alimentin tutulması və 2(003)-1111/2022-ci il tarixli qətnaməyə əsasən tutulmuş alimentdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinin 2(003)- 1111/2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək Cavabdeh ilə onun arasında xx.xx.2008-ci il tarixdə Lerik Rayon Qeydiyyat şöbəsində 217 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X13 anaları Cavabdeh yanında saxlanılması, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X13 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün X4 xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 170,0 manat olmaqla, cəmi 340,0 (üç yüz qırx) manat məbləğində sabit pul şəklində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2008-ci il təvəllüdlü X21 onun yanında yaşayırlar. Uşaqlar öz istəkləri ilə onun yanına qayıdıblar. Birgə nikahdan doğulmuş uşaqların onun himayəsində qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat cəmi 440 manat olmaqla alimentin tutulması və 2(003)-1111/2022-ci il tarixli qətnaməyə əsasən tutulmuş alimentdən azad olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi X9 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2008-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat alimentin tutulmsı hissəsindən imtina etmişdir. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etməmiş və onun nümayəndəsi X9 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi və vəkili Vəkil ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə həmin iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, tərəflər arasından olan nikah pozulduqdan sonra doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2008-ci il təvəllüdlü X21 anasının himayəsində saxlanılmışdır. Sonradan uşaqlar atasınn yanına getmişdir. Hala-hazırda X21 anasının yanına qayıtmışdır. X2 atasının himayəsindədir. Cavabdehdə alimentdən imtina etməsi barədə icra məmuruna ərizə vermişdir. Odur ki, xx.xx.2009-cu il təvəllüdlü X8 atasının yanında və xx.xx.2008-ci il təvəllüdlü X21 anasının yanında saxlanılmasına etiraz etmir. barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər - nikah haqqında şəhadətnamənin əslindən görünür ki, X7 Leyla Əzizağa qızı ilə xx.xx.2004-cü il tarixdə Səadət Sarayında rəsmi nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3668 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası X12 anası Cavabdeh olan xx.xx.2009- cu il təvəllüdlü X14, xx.xx.2008-ci il təvəllüdlü X21 doğulmuşdur. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsilə müraciət edən zaman 51 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı iddia ərizəsilə məhkəməyə müraciət etməmişdən öncə, ilk olaraq Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdehin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən iddiaçıya məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. -Layon Rayon İcra Hakimiyyəti başçısı aparının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 yanında Qəyyumluq və himayəçilik komissiyasının sədri, komissiyanın üzvləri və Maraqlı şəxs2 yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu tərəfindən Lerik şəhər 3 saylı tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Arzuman Cəfərovun iştirakı ilə yetkinlik yaşına çatmayanlar X21 və X14 ilə söhbət aparıldı. Söhbət zamanı Arzu Eyvazova anası ilə birgə yaşadığı dövrdə dəfələrlə psixoloji şiddətə məruz qaldığını, anasının yanında daim basqı altında olduğunu, anası tərəfindən atasının təhqir edildiyini, nəinki anası Nuranə İsmayılova ilə yaşamaq, hətta onunla telefon əlaqəsi belə saxlamaq istəmədiyini bildirdi. Məhəmməd Eyvazlı da anası Nuranə İsmayılova ilə qaldığı vaxtlarda anası, xalası və dayısı tərəfindən təzyiqlərə məruz qaldığını, xüsusən xalasının anasına həmin vaxtlar tez-tez dediyi “Uşaqları nahaq gətirmisən. Onlardan uşaq olmaz. Onlar niyə buradadırlar?” sözlərinin onlara çox pis təsir etdiyini, barışıq sazişi ilə müəyyən edildiyinə baxmayaraq, onların ataları ilə ünsiyyətinə dəfələrlə maneçilik törətməyə cəhd göstərdiyini, ataları ilə görüşməsini istəmədiyini qeyd etdi. O, anası ilə gələcəkdə əlaqə saxlamasının mümkün ola biləcəyini vurğulasa da, heç vaxt anası ilə birgə yaşamaq istəmədiyini diqqətə çatdırıldı. Aparılmış söhbət zamanı müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayanlar Arzu Eyvazova və Məhəmməd Eyvazlı öz fikirlərini sərbəst şəkildə ifadə edirlər. Bununla bağlı onlara hər hansı kənar təsir və ya təzyiq edilməsi hiss olunmur. Hər iki uşaq atalarına bağlı olduqlarını, atalarının onlara analarına nisbətən daha mülayim, xoş münasibət bəslədiyini bildirir, analarına qarşı isə soyuq münasibət bəsləyirlər. -Layon Rayon İcra Hakimiyyəti başçısı aparının 30 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, şərh olunanlara əsaslanaraq komissiya tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin, “Uşaq hüquqları haqqında” Konvensiyanın, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri rəhbər tutularaq, yetkinlik yaşına çatmayanın yaşı, fikirləri, gələcək mənafeyi, təhsili və sağlamlığı nəzərə alınaraq, 08 oktyabr 2009-cu il təvəllüdlü X8 anası Cavabdeh himayəsinə verilməsi hazırda məqsədəmüvafiq hesab edilmir. Yetkinlik yaşına çatmayanın atası X6 himayəsində, babası X3 yanında saxlanılması məsələsi məhkəmənin mülahizəsinə buraxılır. -Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 10(003)-02/2023 nömrəli qərardadından görünür ki, məhkəmə iclasında barəsində məhkəmə tapşırığı göndərilmiş X14 və X21 dindirilmiş və uşaqlar ataları İddiaçı ilə qalmaq istədiklərini bildirdi. Lerik şəhər Malik Bağışov adına 3 nömrəli tam orta məktəbin müəllimi X20 məhkəmə iclasında izahat verərək, Lerik şəhər 3 saylı tam orta məktəbdə təhsil alan xx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2008-ci il təvəllüdlü X16 ataları ilə qalmaq istədiklərini, tədris müddəti ərzində uşaqların atalarına bağlı olduqlarını müşahidə etdiyini bildirdi. -Bakı şəhəri Maraqlı şəxs1 Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçı X12 ilə Cavabdeh rəsmi nikahlarından doğulmuş azyaşlı xx.xx.2008-ci il təvəllüdlü X13 öz istəyinə uyğun olaraq anası Cavabdeh himayəsində qalması onun gələcək mənafeyi üçün məqsədə uyğun hesab edilməlidir. Tərəflərin birgə nikahdan doğulmuş digər övladları xx.xx.2009-cu il təvəllüdlü X8 valideynlərdən kimin himayəsində qalması məsələsinin müəyyən edilməsini məhkəmənin öz mülahizəsinə buraxırlar. xx.xx.2008-ci il təvəllüdlü X13 Bakı şəhəri Maraqlı şəxs1 Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına ünvanlaığı ərizənin surətindən görünür ki, o, valideyinlərinin nikahının ləğv olunduğu halda anası Cavabdeh ilə birlikdə qalmaq istəyir. Bu inun öz seçimidir, kənardan heç bir müdaxilə olunmuyubdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 11/645№-li ekspert rəyindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2008-ci il təvəllüdlü X21 ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikir və mülahizələrini sərbəst şəkildə ifadə etmək qabiliyyətinə malik olmaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. xx.xx.2008-ci il təvəllüdlü X13 hazırda anası Cavabdeh və atası X10 bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı daha çoxdur. xx.xx.2009-cu il təvəllüdlü X8 hazırda atası X10 və anası Cavabdeh eyni dərəcədə bağlılığı müəyyən olunur. Cavabdeh fərdi-psixoloji xüsusiyyətlərində uşaqlarının emosional-iradu sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. X12 məhkəmə psixoloji müayinəyə təqdim olunmadığından barəsində ekspert qarşısında qoyulmuş suala cavab verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya tətbiq edilir: Maddə 3.2. ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 28.1. ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prossesua Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2008-ci il tarixdə nikahlarını rəsmi qeydiyyatdan keçirərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2008-ci il təvəllüdlü X21 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)-1111/2022 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2008-ci il təvəllüdlü X21 anaları iddiaçı Cavabdeh yanında saxlanılmışdır. İşin faktiki hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X14 atası X6, xx.xx.2008-ci il təvəllüdlü X21 anasının, yəni Cavabdeh himayəsindədir. Belə ki, iddiaçı mövcud iddia ərizəsi ilə müraciət edən zaman tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X21 anasının, yəni Cavabdeh iddiaçının himayəsində olmuş, məhkəmə araşdırması zamanı Nuranə adlı uşaq anasının himayəsində yaşamağa başlamış, Məhəmməd adlı uşaq atasının himayəsində qalmışdır. Tərəflərin birgə nikahlarından anadan olmuş Məhəmmədin 16 yaşına çatdığından, mövcud iddia tələbi isə onun atasının yanında saxlanmasından ibarət olduğundan, uşağın haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olduğundan və onun barəsində həll edilməli olan məsələ onun fikiri nəzərə alınmaqla həll edilməli olduğundan, uşağın fikri nəzərə alınmaqla həll edilməlidir. Bununla bağlı iddiaçıdan uşağın məhkəmə iclasında dinlənilməsi üçün gətirilməsi təklif olunmuş, lakin uşaq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq atasının himayəsində qalmaq istədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, barəsində həll edilən məsələ üzrə dinlənilmək hüququna malik olan və onun fikiri nəzərə alınmaqla məsələ həll edilməli olan Məhəmmədin məhkəmədə iştirakının təmin edilərək fikirinin dinlənilməsi mümkün olmadığından, iş üzrə məhkəmə tərəfindən alınmış qəyyumluq və himayəçilik orqanlarının, məhkəmə tapşırığının icrası ilə müvafiq məhkəmənin qərardadı, ekspertiza rəyi nəzərə alınmalıdır. Belə ki, sözügedən rəylərdən göründüyü kimi, Məhəmməd anasına münasibətdə ataya bağlılığı daha yüksəkdir və o, atasının himayəsində qalmaq istədiyini bildirmişdir. Belə olan halda, uşağın atasına bağlılığı nəzərə alınmalı, o, iradəsinə zidd olaraq anasının himayəsində saxlanıla bilməz. Bundan başqa, cavabdeh, onun nümayəndəsi və vəkili məhkəmə iclas(lar)ında izahat(lar)ında xx.xx.2009-cu il təvəllüdlü X8 atasının yanında, xx.xx.2008-ci il təvəllüdlü X21 anasının yanında qalmasına etiraz etmədiklərini bildirmişdirlər. Göstərilənlərə əsasən xx.xx.2009-cu il təvəllüdlü X8 fiziki və psixoloji cəhətdən sağlam inkişafının, onun mənafeyinin, atasına bağlılığı, bununla bağlı qəyyumluq və himayəçilik orqanlarının, məhkəmə tapşırığının icrası ilə müvafiq məhkəmənin qərardadı, ekspertiza rəylərinə əsasən məhkəmə hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X8 atası İddiaçı himayəsinə verilməlidir (yanında saxlanılmalıdır). Digər tərəfdən məhkəmə hesab edir ki, uşaq atasının himayəsinə verildiyindən (yanında saxlanıldığından) uşağın saxlanılması ilə bağlı digər valideyndən məhkəmə qətnaməsi ilə aliment tutula bilməz və o aliment ödəməkdən azad edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, xx.xx.2009cu il təvəllüdlü X8 iddiaçının himayəsində qalması müəyyən edilməli, iddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)-1111/2022 nömrəli qətnaməsi ilə X1 üçün müəyyən edilən alimentin tutulmasından azad edilməlidir. Məhkəmə iddianın xx.xx.2008-ci il təvəllüdlü X17 aid hissədə araşdıraraq hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, X21 10 yaşına çatmış olduğundan və o, haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olsa da, onun valideyninin iştirakı ilə məhkəmədə dinlənilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi dəlilləri də əsassızdır. Tərəflərin yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X21 faktiki vəziyyətə uyğun olaraq cavabdehin yanında qalmalıdır. Belə ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaq 10 yaşına çatdığından, mövcud iddia tələbi isə onun atasının himayəsində saxlanılmasından ibarət olduğundan, bununla da mövcud iddia tələbi 10 yaşına çatmış X21 barəsində məsələnin həll edilməsindən ibarət olsa da, onun digər uşaq kimi məhkəmə iclasında dinlənilməsi mümkün olmamışdır. Lakin mübahisə predmeti barəsində iş üzrə qəyyumluq və himayəçilik orqanlarının, məhkəmə tapşırığının icrası ilə müvafiq məhkəmənin qərardadı, ekspertiza rəyləri nəzərə alınmalıdır. Ona görə ki, tərəflərin birgə nikahından anadan olan Arzu adı uşağın anasına bağlılığı müşahidə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində həll edilən məsələ üzrə dinlənilmək hüququna malik olan və onların fikiri nəzərə alınmaqla məsələ həll edilməli olan X21 məhkəmə iclasında dinlənərək, fikrinin nəzərə alınması mümkün olmadığından, iş üzrə qəyyumluq və himayəçilik orqanlarının, məhkəmə tapşırığının icrası ilə müvafiq məhkəmənin qərardadı, ekspertiza rəyi, Arzunun anasına daha çox bağlılığı nəzərə alınmalı, onun atasının himayəsində saxlanılmasını, onun iradəsinə zidd olaraq atasının himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilə bilməz. Buna görə də, iddia bu hissədə təmin edilməməli və o, anasının himayəsində saxlanılmalıdır. Məhkəmə həmçinin iddianın “xx.xx.2008-ci il təvəllüdlü X17 münasibətdə aliment ödəməkdən azad olunması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia xx.xx.2008-ci il təvəllüdlü X13 atasının himayəsində saxlanılması hissəsində təmin edilmədiyindən, iddiaçının həmin uşağa görə ondan aliment tutulması tələbidə təmin edilə bilməz. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Məhkəmə habelə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 manat ekspertiza xərcinin 50 manatı iddiaçıya, 50 manatı cavabdehə aid edilməli və tərəflərdən ekspertiza tədqiqatının dəyəri alınaraq X5 hesabına keçirilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X8 atasının himayəsinə verilməsi (yanında saxlanılması) və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)- 1111/2022 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X8 atası İddiaçı himayəsinə verilsin (yanında saxlanılsın). İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)- 1111/2022 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin ödənilməsindən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcinin – 50,0 (əlli) manat İddiaçı, 50,0 (əlli) manat Cavabdeh tutularaq X11, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar