Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-91/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı uşaq və aliment tələbi, valideynlik hüququnun məhdudlaşdırılmasına dair qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.09.2017-ci il təvəllüdlü X3 onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bir birilərini xeyli müddətdir ki tanıyırlar. Tanışlığın ilk vaxtlarında Cavabdeh bildirmişdir ki, əvvəllər evli olub və həmin nikahından uşaqları vardır, lakin hazırda heç kimlə rəsmi nikahı yoxdur. Bundan sonra rəsmi nikahları olmadan faktiki ailə münasibətləri yaranmışdır. Bu münasibətlərdən 07.09.2017-ci il təvəllüdlü Muradxan adlı övladları doğulmuşdur. Uşağın doğum yeri Bakı şəhəri, atası Cavabdeh qeyd olunmaqla doğum haqqında şəhadətnamə verilmişdir. Bundan sonra uşaq bir müddət onunla qaldıqdan sonra cavabdeh uşağı götürərək özünün rəsmi nikahda olduğu ailəsinə aparmışdır. Ötən müddət ərzində isə uşaqla görüşməsinə müxtəlif maneələr yaratmış, onunla istədiyi qədər sərbəst ünsiyyətinə imkan verməmişdir. Belə ki, cavabdeh ona uşağı ilə yalnız ay ərzində məhdud müddət ərzində görüşmək və onu öz yaşadığı evdə saxlamasına icazə vermiş, buna etiraz etdikdə isə həm psixi və həm də fiziki təsirlərə məruz qoymaqla onu çəkindirməyə çalışmışdır. Hazırda Muradxan bir neçə gündür ki onunladır və hesab etmişdir ki, bir ana olaraq azyaşlı övladını daimi öz yanında saxlamaq hüququ vardır. O, uşağın atasının Muradxanla ünsiyyətinə heç bir halda mane olmaq, bunu məhdudlaşdırmaq niyyətində deyil. Lakin qorxur ki, cavabdeh uşağını bir dəfəlik olaraq ondan uzaqlaşdırsın və onunla ünsiyyətinə qadağa qoysun. Odur ki, mübahisənin məhkəmə qaydasında həllini istəyir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 07.09.2017-ci il təvəllüdlü X3 onun daimi himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh İddiaçı qarşı uşaq və aliment tələbi, valideynlik hüququnun məhdudlaşdırılmasına dair qarşılıqlı iddia tələbi ilə məhkəmyə müraciət edərək, 07.09.2017-ci il təvəllüdlü X3 onun yanında saxlanılması, İddiaçı valideynlik hüququnun məhdudlaşdırılması və uşağın saxlanılması üçün hər ay 170 manat alimentin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Minarə ilə 2016-cı il tarixdə tanış olmuş, onun borclanı ödəmişdir. Bir müddət sonra 07.09.2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Minarə uşağa bir müddət baxdıqdan sonra onu mənim yanıma qoymuşdur. O, uşağına dayə tutmuş, bağçaya qoymuş və bütün ehtiyaclarını qarşılamışdır. Bu yaxınlarda Minarə gəlib uşağı ondan almış və iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Minarə uşağa onun qədər baxa bilməz, çünki hazırda kirayədə qalır və Muradxandan başqa daha iki qızı vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 ilk iddia tələbini müdafiə edərək, onun təmin olunmasını, qarşılıqlı iddia tələbini etiraf etməyərək onun rəss olunmasını xajiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbyacan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaəsn işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 07.09.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan TÜRKPA Katibliyi tərəfindən 01.09.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X2 18.05.2020-ci il tarixdən TÜRKPA Katibliyində baş katibin köməkçisi vəzifəsində çalışır. Onun əmək haqqı 600 Avro təşkil edir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1399/2020 saylı 10.09.2020-ci il tarixli qərardadı ilə mülki iş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və Komissiya iş üzrə 1371 saylı, 26.02.2021-ci il tarixli rəyi məhkəməyə göndərmişdir. Komissiya 07.09.2017-ci il təvəllüdlü X3 hələ çox körpə olması faktını nəzərə alaraq onun hazırda anası İddiaçı himayəsində saxlanılmasının məqsədəuyğun hesab olunması qərara alınmışdır. Ailə Məcəlləsinə müvafiq olaraq hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir (maddə 49.2-49.3 51.2). Bununla yanaşı, Komissiyanın rəyindən görünür ki, İddiaçı müvafiq komissiyanın üzvləri tərəfindən yaşadığı ünvana baxış keçirililərək onun mənzil-məişət şəraiti oğlunun saxlanılması üçün əlverişli hesab edilmişdir. Təqdim olunan sənədlərlə müəyyən olunmuşdur ki, onun stabil aylıq qazancı var, onun himayəsində 2003-cü il təvəllüdlü Nərgiz, 2014-cü il təvəllüdlü Məryəm Nur adlı iki qız övladı vardır. Hazırda subaydır. Bu səbəblə məhkəmə hesab edir ki, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaq hüquq və mənafeyinə uyğun həll edilməli, azyaşlı uşağın valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onun uşağa münasibəti, eləcə də uşağın yaşı və valideynə şəxsi bağlılığı mütləq nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. Beləliklə məhkəmə, uşağın mənafeyini, yaşını və onun hazırda olduğu vəziyyətdən fərqli vəziyyətə salınması təqdirdə keçirə biləcəyi mənəvi-psixoloji sarsıntını, habelə, bu məzmundakı qətnamənin icrası mümkün olmayan akta çevriləcəyini nəzərə alaraq onun faktiki vəziyyətə uyğun olaraq saxlanılmasını məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməklə X3 anası İddiaçı yanında saxlanılması müəyyən edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə valideynlik hüquqlarından məhrum etmədən uşağın mənafeyini nəzərə almaqla, valideynlərdən (onlardan birindən) uşağın alınması barədə qətnamə qəbul edə bilər. Uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda (psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə, valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Göründüyü kimi, qanunverici uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda (psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilməsini qeyd etmişdir. Hazırki halda isə Cavabdeh tərəf belə bir halların olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməməklə, iş üzrə araşdırma zamanı da, müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia tələbi təmin edilsin. 07.09.2017-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılsın. Cavabdeh İddiaçı qarşı valideynlik hüququnun məhdudlaşdırılması, uşaq və aliment tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-91/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-91/2021
19.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver