Məhkəmə qərarları › İş №2(004)-1001/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1001/2021

01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1001/2021 01.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, iddiaçının vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 130000 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddia tələbini qəbul etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçın nümayəndəsi X6 iddia tələbini müdafiə edərək bildirir ki, iddiaçı Cavabdeh ilə nikahda olmuşdur. Hazırda nikahları pozulmuşdur. Cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin sentyabr ayının əvvəllərində kommersiya işləri ilə əlaqədar ondan borc pul verməsini xahiş etmişdir. Həmin vaxt ev almaq üçün qızıl-zinət əşyalarını satmış, anasından borc pul almışdır. Cavabdehi tanıdığından səmimiliyinə inanaraq borcu iki ay müddətinə qaytarmasını vəd etdiyindən ona kommersiya işləri üçün 130000 manat məbləğində borc pul verməsinə razılaşmış və bu məqsədlə aralarında borc müqaviləsi bağlamışlar. Lakin cavabdeh müxtəlif bəhanələrlə borc müqaviləsinin notariat qaydasında təsdiq olunması üçün notariat orqanına getməmişdir. Cavabdeh razılaşdıqları müddətdə borcu qaytarmamış və müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 izahat verərək iddiaçının izahatını təsdiq etdiyini bildirir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında sadə yazılı formada bağlanılmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Əliyeva X4 Cavabdeh xx.xx.2020-ci il tarixədək geri qaytarılması şərti ilə faizsiz olaraq 130000 (yüz otuz min) manat məbləğində pul borc vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli qəbzə əsasən Cavabdeh ünvan 1 mənzil 5 ünvanında yaşayan İddiaçı 2020-ci ilin sentyabr ayında kommersiya məqsədləri üçün 130000 manat borc almış və həmin məbləği 2020-ci ilin noyabr ayının əvvəlində qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş ərizəyə əsasən o, İddiaçı ona qarşı 130000 manat məbləğində pul tələbini qəbul edir. Beləliklə, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Lakin cavabdeh borcu müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmadığına görə iddiaçının borcu tələb etmək hüququ yaranmışdır. Hazırki tələb iş materiallarında olan borc müqavilləsi ilə, eyni zamanda Cavabdeh etiraf ərizəsi ilə sübut olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 130000 (yüz otuz min) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3.-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 130000 (yüz otuz min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar