Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1019/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "X22 Resort" İstirahət mərkəzi, "X24" otelinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "X22 Resort" İstirahət mərkəzi, "X24" otelinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada vurulmuş mənəvi zərərin əvəzi olaraq 900.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1, daha sonra digər cavabdehlərin bilə-bilə yalan ifadə vermələri nəticəsində barəsində cinayət işi başlanaraq, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Belə ki, Cavabdeh1 qanunsuz hərəkətləri barəsində 2020-ci ilin fevral ayında üzv olduğu Vəkillər Kollegiyasına şikayət ərizəsi göndərildikdən sonra, ona qarşı bilə-bilə böhtan xarakterli ərizə ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş, lakin onun hədə-qorxu ilə tələb etmə barədə şikayəti əsasında toplanmış HK-1/190-2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Buna baxmayaraq, Cavabdeh1 bilə-bilə eyni ərizə ilə, tanışları Cavabdeh5 və Cavabdeh6 isə onları fahişəliyə cəlb etməsi barədə şikayətlə Xəzər Rayon Prokurorluğuna müraciət etmişdirlər. Cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmamasına rəğmən, Xəzər Rayon prokuroru Fəxri Ələsgərov tərəfindən xx.xx.2020-ci ildə ********* nömrəli cinayət işi başlanmış, istintaq aparılması üçün cinayət işi Xəzər RPİ-nin İŞ-nə göndərilmişdir. Cavabdeh5 və Cavabdeh6 onları müxtəlif kişilərlə, daha sonra Cavabdeh1 və Cavabdeh2 ilə fahişəliyə cəlb etməsi barədə yalan ifadə vermiş və xx.xx.2020-ci il tarixli qərarla ona Azərbaycan Respublikası CM-nin 182.1 və 243.1-ci maddələri ilə də ittiham elan edilmişdir. Bu saxta işdə onlara Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da yaxından kömək göstərmişlər. Cavabdehlər gah kirayədə yaşadığı evdə, gah “Dalğa Beach” istirahət mərkəzində, gah da “X24” otelində onların cinsi əlaqədə olmasını təşkil etməsini bildirmiş, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Qafar Qafarlının “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərarına əsasən, ona Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.1 -ci maddələri ilə yeni məzmunlu ittiham elan edilmişdir. Lakin Nəsimi Rayon Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin 2015-ci il tarixli qətnamələri, “X24” otelinin sorğuya cavab məktubu və 2015-ci ildə Vəkillər Kollegiyasına yazılmış şikayət ərizəsini istintaqa təqdim etdikdən sonra, cavabdehlərin yalanları ifşa olunmuş, nəticədə, Xəzər RPİnin İstintaq Şöbəsinin müstəntiqi Qafar Qafarlı tərəfindən xx.xx.2020-ci il tarixli qərarla cinayət işi üzrə icraata xitam verilmişdir. Eyni zamanda, qərar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 AR CM-nin 297-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrindən ötru aidiyyəti üzrə Xəzər Rayon Prokurorluğuna göndərilmişdir. Cavabdehlər bir-biri ilə ziddiyyət təşkil edən ərizə, izahat və ifadələri dəfələrlə dəyişdirərək böhtan atmağa davam etmiş, cinayət işini aparan müstəntiq buna göz yummuşdur. Yeddi ay araşdırma dövrü onda tutulma, həbsə alınma qorxusu yaratmış, ən əsası bu ləkə ilə yaşamaq qorxusu gərginliyin yaranmasına səbəb olmuşdur. Cavabdeh1 “cinayət işinin başlanması barədə” və “qətimkan tədbirinin seçilməsi barədə” qərarları yaşadığı Məhəmmədli kəndində yayması, şərəf və ləyaqətini alçaltmağa cəhd etməsi özünü öldürməyə cəhd həddinə çatdırmışdır. Cinayət işi başlananda, hər dəfə ifadələr və üzləşdirmələr keçiriləndə, yeni məzmunlu ittihamlar veriləndə, verdiyi vəsatətlər rədd ediləndə altı nəfərin ona qarşı böhtanlarına tab gətirə bilməyəcəyini düşünüb bir neçə dəfə özünü öldürməyə cəhd etmiş, son anda ailəsini düşünərək bu hərəkətdən çəkinmişdir. Cavabdehlərin bilavasitə qanunsuz hərəkətləri onunla bərabər ai üzvlərinin şüuruna təsir göstərməklə onlarda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Cavabdehlərin ona atdıqları iyrənc yalan, şər və böhtanlara istintaq orqanını cəlb etmələri və düşdüyü çıxılmaz durum və narahatçılıq özünü mənəvi sarsıntılar və iztirablarla biruzə vermişdir. Cavabdehlərin şokedici yalanları, böhtanları onda psixoloji stress yaratmış, daim əsəb və sarsıntı keçirmiş və bu immunitetinin zəifləməsinə gətirib çıxarmışdır. Daimi həyəcan nəticəsində xəstəliyə tutulmuşdur. Bu gündə mənəvi iztirablar keçirir, sosial adaptasiya olunmaqda çətinlik çəkir. Cavabdeh1 hüquqşünas - vəkil kimi yaxşı bilirdi ki, ona qarşı etdiyi əməl cinayətdir. Cavabdeh1 bir qrup şəxsi bu işə qoşmaqla təkcə ona qarşı böhtan atmamış, eyni zamanda dövlət orqanlarını da aldadaraq, əsassız cinayət işinin başlanmasına və təqsirləndirilən şəxs kimi cəlb edilməsinə gətirib çıxarmışdır. Bu da nəticədə vətəndaşda hüquq-mühafizə orqanlarına inamsızlıq yaratmışdır. Buna görə dəfələrlə ölkə başçısına şikayət ərizəsi yazmağa məcbur olmuşdur. Z. Səmədovun bundan əvvəlki qanunsuz hərəkətləri - borc öhdəliyinin icrasından yayınması nəticəsində faktiki olaraq maddi zərərə məruz qalmış, onsuz da bunun nəticəsində sarsıntı keçirmişdir. Hesab edir ki, vurulmuş mənəvi zərər kompensasiya edilməli və zərərin əvəzi cavabdehlər tərəfindən ödənilməlidir. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddianın əsasını Xəzər rayon polis idarəsinin artıq ləğv edilmiş xx.xx.2020-ci il tarixli qərarı təşkil edir. İddiaçı 2010-cu ildən tanıyır. Onun anası Əliyeva Minayənin vəkili kimi çox saylı məhkəmə proseslərində hüquqlarını müdafiə etmiş, nəticədə bir neçə daşınmaz əmlak onların mülkiyyətində qalmışdır. Məhkəmə prosesləri İddiaçı anası ilə qardaşları və digər yaxın qohumları arasında baş vermişdir. İddiaçı ayrı-ayrı vətəndaşları da şantaj edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə əsassız zənglər etmiş, nəticədə ayrı-ayrı vətəndaşlar polis təhqiqatının təsiri altına düşmüşlər. Bundan başqa İddiaçı Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə 102 xidməti vasitəsilə şikayət etmiş, lakin izahat verməkdən yayınmışdır. İddiaçı Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə 102 xidməti vasitəsilə şikayət edərək kirayə yaşadığı mənzildən güya 50 manatının oğurlandığını bildirmiş, lakin təhqaqat orqanı rədd qərarı qəbul etmişdir. Həmin işlə bağlı əsassız olaraq sahə polis rəisini də şantaj etmişdir. İddiaçı Nəsimi Rayon polis idarəsinin 19-cu polis şöbəsinə DİN-in 102 xidməti vasitəsilə ayrı-ayrı illərdə şikayət etmişdir. Sonuncu şikayət isə qardaşı Elmar Səmədovdan etmişdir. Bütün bunlar İddiaçı şantajçı olduğunu təsdiq edir. X17 məhkəmə qətnamələri ilə borclu olduğu digər orqan və şəxslər daxil olmaqla cəmi 75000 manat pulu ondan tələb etməyə başlamış, əks təqdirdə onu rüsvay etməklə hədələmiş və bildirmişdir ki, haqqında votsap yazışmaları var. 2018-ci ildə Günayın kirayə yaşadığı Yasamal rayonu, Zərdabi 69, 1 saylı mənzilə hərdən bir getmişdir. Həmçinin ondan 1000 min manatı da şantaj yolu ilə aldığını təsdiq edib. İddiaçı bütün rüsvayedici hesab etdiyi məlumatları Azərbaycan Respublikası Vəkillər X1 təqdim etmişdir. Barəsində yazdığı şikayət ərizəsində güya ona 75000 manat borcunun olduğunu bildirsə də, həmin borcun necə yaranması barədə heç bir məlumat verə bilməmişdir. Tərəfindən Binəqədi polisinə şikayət edilmiş, lakin istintaqa izahat verməmişdir. Günay da istintaqa gəlmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2020-ci il tarixli qərar Binəqədi rayon prokurorluğu tərəfindən ləğv edilmişdir. İddiaçı barəsində Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi və 182.1-ci maddələri ilə cinayət işi başlanılmış, ona rəsmi ittiham verilmiş, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı qəbul edilmişdir. Cinayət işi üzrə özü zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı xx.xx.2019-cu il tarixli ərizədə yazılan şəxsi xarakterli yazı ilə onu şantaj etmişdir.200016032 nömrəli cinayət işi Bakı şəhər, Xəzər rayon prokuroru F.Ələsgərov tərəfindən xx.xx.2020-ci il tarixdə onun İddiaçı barəsində rüsvayedici məlumatlar yaymaqla hədələyərək, ondan 75000 manat pul tələb etməsini bildirməsi, həmçinin araşdırma zamanı İddiaçı 2018-ci ildən 2020-ci ilin mart ayınadək tanışları Cavabdeh6 və Cavabdeh5 müxtəlif kişilərdən pul alaraq, cinsi əlaqədə olmalarını təşkil edərək, gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etməsi faktı ilə bağlı toplanmış ilkin materiallar əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 243.1ci maddəsi ilə başlanılmışdır. xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsindən, həmin Məcəllənin 182.1 və 243.1-ci maddələrinə tövsif edilmiş, İddiaçı həmin maddələrlə ittiham edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhər, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Q.Qafarlının “Sübutların qiymətləndirilməsi, cinayət təqibinə hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarına əsasən, İddiaçı barəsində başlanılmış cinayət təqibinin Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə olan hissəsinə hissəvi xitam verilməsi və həmin xüsusat üzrə zərərçəkmiş şəxs qismində tanınmış Cavabdeh1 iş üzrə zərərçəkmiş şəxs statusuna xitam verilməsi, İddiaçı əməlinin Azərbaycan Respublikası CMnin 243.1-ci maddəsindən, həmin Məcəllənin 243.1 və 244.2.1-ci maddələrinə tövsif edilməsi, ona həmin maddələrlə yeni məzmunlu ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs İddiaçı və Cavabdeh1 mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi, zərərçəkmiş şəxslər Cavabdeh5 və Cavabdeh6 barəsində Azərbaycan Respublikası İXM-nin 524-cü maddəsi ilə inzibati icraatın açılaraq, inzibati məsuliyyətə cəlb edilmələri üçün cinayət işindən material ayrılaraq, icra edilməsi üçün Bakı şəhər, Xəzər RPİ-nin 1-ci PŞ-nə göndərilməsi, iş üzrə təqsirləndirilən şəxs İddiaçı ifadəsində zərərçəkmiş şəxslər Cavabdeh5 və İ.Cavabdeh6 tanımadığı və həmin şəxsləri pul müqabilində müxtəlif şəxslərlə cinsi əlaqədə olmalarını təşkil etmədiyi ilə bağlı göstərdikləri və öz müdafiəsi üçün gətirdiyi dəlil-sübutlar özünü müdafiə xarakterli dəlilsübut kimi qiymətləndirilərək vəsatət kimi qəbul edilib, rədd edilməsi, Cavabdeh5 və Cavabdeh6 zərərçəkmiş şəxs qismində verdikləri ifadələrin, Cavabdeh1 ifadəsinin, şahid ifadələrinin, ifadənin yerində yoxlanılması protokollarının, üzləşdirmə istintaq hərəkəti protokollarının və qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər, Xəzər rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Qərarda İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 182.1 və 243.1-ci maddələri ilə başlanılmış cinayət təqibinin Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə olan hissəsinə hissəvi xitam verilməsi və zərərçəkmiş şəxs qismində tanınmış Cavabdeh1 zərərçəkmiş şəxs statusuna xitam verilməsi qeyd edilsə də, qanunsuz və əsassız olaraq İddiaçı istinad edilən həmin əməldə cinayət tərkibinin olmamasına və onun təqsirliliyinin sübuta yetirilməməsinə istinad edilmişdir. Göründüyü kimi, həmin qərarın qeyd edilən hissəsində ilk “dəlil” bundan ibarətdir ki, guya iş materiallarında təqsirləndirilən şəxs İddiaçı ona hədə-qorxu gələrək pul, maddi və ya digər maddi mənfəət əldə etməsini təsdiq edəcək mötəbər sübutların məcmusu yoxdur. Qeyd edilən “dəlil” tamamilə yalandan və qərəzdən ibarət olmaqla heç bir sübutla təsdiq edilməyən subyektiv mülahizədir. Halbuki, qeyd edilən cinayət işinin materiallarında təqsirləndirilən şəxs İddiaçı ona hədə-qorxu gələrək pul tələb etməsini təsdiq edən kifayət qədər mötəbər sübutların məcmusu (iş üzrə şahid qismində dindirilmiş Cavabdeh2, Cavabdeh4 ifadələri və onlarla İddiaçı arasındakı üzləşdirmə protokolları və sair) mövcuddur və müstəntiq sübutların qiymətləndirilməsi haqqında qərarında da həmin sübutlara istinad etmiş və onları mötəbər sübut kimi qiymətləndirmişdir. İddiaçı ondan 75000 manat pul tələb etməsi bəhs edilən cinayət işinin təkzibedilməz faktiki halıdır. Lakin təqsirləndirilən şəxs həmin məbləğdə pulu guya ona borc olaraq verdiyini iddia edir və onun bu “dəlili” iş materiallarında mövcud olan heç bir sübutla təsdiq edilmir və istintaq orqanı tərəfindən “istintaqla təsdiqini tapmayan” dəlil kimi qiymətləndirilmişdir. Həmin Qərarın qeyd edilən hissəsində digər “dəlili” müstəntiqin qanunsuz və əsassız olaraq gəldiyi nəticələrdən (İddiaçı onunla uzun müddət, yəni 2010-cu il tarixdən birlikdə qeyri-rəsmi olsa da yaşaması, aralarında hər hansı bir xidmətin olmaması, yalnız sevgi münasibətlərinin olması, daha sonra İddiaçı ondan ayrılmasını özünə pis qəbul edərək istintaqla təsdiqini tapmayan borc qismində verdiyi 75.000 pulu istəməsi, onun da həmin tələbi özü üçün hədəqorxu kimi qəbul etməsi, buna görə də, sözügedən məsələnin mübahisəbndirilməsi) ibarətdir. Həmin “dəlil’in digər dəlili kimi heç bir əsası yoxdur və yalnız qərəzli subyektiv mülahizədən ibarətdir və heç bir sübutla təsdiq olunmur. Halbuki, təqsirləndirilən şəxs həmin məbləğdə pulu bilavasitə və ya dolayı yolla tələb etməklə və bunu onun ailə üzvlərinə və işlədiyi yerlərə çatdıracağını yalnız sözlər ilə şifahi formada hədələməklə kifayətlənməmiş və bu hədəni bilavaitə özü şəxsən müxtəlif yollarla yazılı və digər formalarda həyata keçirmişdir. Tərəfindən Bakı şəhər, Xəzər RPİ-nin müstəntiqi Q.Qafarlının xx.xx.2020-ci il tarixli qərarının hissəvi-“iş üzrə təqsirləndirilən şəxs İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 182.1 və 243.1 c-ci maddələri ilə başlanılmış cinayət təqibinin Azərbaycan Respublikası CMnin 182.1-ci maddəsi ilə olan hissəsinə hissəvi xitam verilməsi və həmin xüsusat üzrə zərərçəkmiş şəxs qismində tanınmış Cavabdeh1 zərərçəkmiş şəxs statusuna xitam verilməsi, iş üzrə təqsirləndirilən şəxs İddiaçı və Cavabdeh1 mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi” hissələrində ləğv edilməsi, ********* nömrəli cinayət işi üzrə icraat təzələnməklə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq ibtidai istintaqın nəticəsi üzrə qanuni və əsaslı yekun qərar qəbul edilməsi xahiş edilmişdir. Bu xitam qərarı Xəzər rayon prokurorluğu tərəfindən ləğv edilərək istintaqa qaytarılmışdır. ********* nömrəli cinayət işi üzrə Bakı şəhər, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Q.Oafarlının “Cinayət işi ə icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarına əsasən, cinayət işi üzrə icraata cinayət hadisəsinin olmadığına görə xitam verİlməsi, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələrindən ötrü cinayət işindən material ayrılıraraq, baxılması üçün aidiyyatı üzrə Bakı şəhər, Xəzər rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Müstəntiq öz mövqeyini qanunsuz və əsassız olaraq belə əsaslandır ki, zərərçəkmiş və digər şəxslərin ifadələri Azərbaycan Respublikası CPM-nin 124.2.1-ci maddəsinə əsasən sübut kimi qəbul edilməsinə baxmayaraq, cinayət işinin istintaqı zamanı əldə edilmiş elə bir digər əhəmiyyətli sübutlar (yəni təqsirləndirilən şəxslərin) könüllü etirafedici ifadələri, kamera görüntüləri və.s digər sübutlar) yoxdur ki, zərərçəkmiş və digər şəxslərin ifadələrini təsdiq edərək, həmin ifadələrin qeyd edilən şəxsə ittihamın verilməsi üçün mümkünlüyü və mötəbərliyini təmin etsin. Həmçinin, qeyd edilən cinayət hadisəsinin baş verməsi ilə bağlı verilmiş ifadələr və digər dəlillərin məzmunları arasında əlaqələr olmaması, həmin dəlillərin cinayət işi ilə bağlı materiallar üzrə öz təsdiqini tapmaması cinayət hadisəsinin mötəbər sübutlarla təsdiq edilməsinin qarşısını alır. Bundan başqa, iş üzrə vurulmuş zərərin həcminin, xarakterinin və həmin iş üzrə təqsirləndirilməli olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilərək cəzalanmalı olmalarını təsdiq edən sübutların olmaması cinayət işinə baxılıb həll edilməsini mümkünsüz hesab edir. Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 əməllərində Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tərkib əlamətləri vardır. Göründüyü kimi, eyni istintaq orqanının eyni vəzifəli şəxsi tərəfindən eyni cinayət işi üzrə müxtəlif tarixli və müxtəlif məzmunlu, biri digərini təkzib edən və ləğv edən iki fərqli yekun qərarı vardır. Müstəntiq hər iki qərarında, xüsusilə də ittiham aktından sonrakı əsas və ən mühüm qərar olan “Sübutların qiymətləndirilməsi, cinayət təqibinə hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarında onun və digər şahidlərin ifadələrini qanuni və əsaslı olanıq mötəbər sübut kimi düzgün qiymət vermiş, lakin “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarında heç bir izah və əsaslandırma aparmadan və heç bir sübuta istinad etmədən heç bir qanuni əsas və sübut olmadan onun və digərlərinin əməllərində Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tərkib əlamətlərinin olduğu nəticəsinə gəlmişdir. Müstəntiqin istinad etdiyi ərizə isə tamamilə qanunsuzdur. Haqqında Vəkillər Kollegiyasına verilən ərizə üzrə barəsində aparılmalı olan icraat üzrə yekun qərar olmadan Cavabdeh5 ilə səmimi münasibətin olduğu təsdiqini tapa bilməz. Belə ki, həmin müddətdə rəsmi münasibət olmuş, onun keçmiş ailəsinə heç bir aidiyyəti olmamışdır. Onun keçmiş qayınanası isə evinin məhkəmə qaydasında əlindən çıxdığını görüb onun haqqında qərəzli ərizə yazmışdır. Müstəntiq isə həmin işin nəticəsinə münasibət bildirməmişdir. Tərəfindən xx.xx.2020-ci il tarixli qərarın ona aid hissəsinin ləğv edilməsi xahiş edilmiş, Xəzər rayon prokurorluğu tərəfindən həmin qərar ləğv edilərək, iş istintaqa qaytarılmışdır. Hazırda İddiaçı cinayət prosessual statusu təqsirləndirilən şəxs statusundadır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat vermiş, Cavabdeh1 onun barəsində dəfərlərlə yalan məlumat yaydığını bildirmiş, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X11 iddia tələbinə uyğun izahat vermiş, etiraz ərizəsində qeyd olunan halların hazırki işin mahiyyətinə heç bir adiyyəti olmadığını, ümumiyyətlə həmin hadisələrin baş verib-verməməsinin də şübhəli məqamlar olduğunu bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qeyd etmişdir ki, Cavabdeh1 zərərçəkmiş qismində verdiyi izahatda bildirmişdir ki: “İddiaçı pul müqabilində təşkil etdiyi Cavabdeh5 ilə 2018-ci ilin avqust ayında Günayın həmin vaxt icarə əsasında yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə və 2020-ci ilin fevral ayının əvəllərində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fəaliyyət gözətərən “X25” otelində, otelin hal-hazırda yadımda qalmayan nömrəsində İddiaçı pul müqabilində təşkil etdiyi Cavabdeh6 ilə isə 2019-cu ilin yanvar ayında 1-ci on günlüyündə Günayın icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən mənzildə əlaqədə olmuş və həmin qızlarla cinsi əlqadə olmaları üçün İddiaçı 300 manat pul vermişdir” lakin, belə hesab edir ki, bu ifadə İddiaçı şərəf və ləyaqətinə toxunmuşdur, “X25” otelinə ünvanlandığı sorğuya gələn cavab məktubunda da bildirilmişdir ki, 2020-ci ildə fəaliyyət göstərməmişdir, Cavabdeh5 ilə 2019-cu il tarixdə avqust ayında tanış olmasını qeyd edir, lakin Abbasov Orxan tərəfindən Apellyasiya Məhkəməsinə sorğu verilmiş və sorğuya cavab gəlmişdir ki, 2014-cü il tarixdə Cavabdeh1 Cavabdeh5 vəkili olmuş, lakin istintaqda 2019-cu ildə tanış olmağını qeyd etmiş, daha sonra Cavabdeh1la bağlı vəkillər kollegiyasına Cavabdeh5 keçmiş qaynanası şikayət ünvanlayıb və şikayətdə qeyd olunmuşdur ki, Cavabdeh1 onlara tez-tez daxil olur və ailələrinin dağılmasına gətirib çıxaracaqdır”. Bu sübutlar iddiaçının vəkili X11 tərəfindən toplanılmışdır və vəkil olaraq hesab edir ki, bu sübutları məhkəməyə təqdim etmək onun borcudur. Bildirmişdir ki, orqana şahid qismində məlumat verilməsinin yayma olduğunu və iddiaçının şərəf və ləyaqətinə toxunduğunu hesab edir. Məhkəmə iclası zamanı Cavabdeh1 tərəfindən ünvanlanmış suala əsasən qeyd etmişdir ki, otelin işləyib-işləməməsi barədə vəkil sorğusuna gələn cavab kifayət edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu qeyd etmiş və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, 3-cü şəxslər "X22 Resort" İstirahət mərkəzinin, "X24" otelinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla işə gələməyən cavabdehlərin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iş materiallarında olan Bakı şəhər, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Q.Oafarlının “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı barəsində rüsvayedici məlumatlar yaymaqla hədələyərək, ondan 75.000 manat pul tələb etməsini bildirməsi, həmçinin araşdırma zamanı İddiaçı 2018-ci ildən 2020-ci ilin mart ayınadək tanışları Cavabdeh6 və Cavabdeh5 müxtəlif kişilərdən pul alaraq, cinsi əlaqədə olmalarını təşkil edərək, gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etməsi faktı ilə bağlı toplanmış ilkin materiallar əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 243.1 -ci maddəsi ilə başlanılaraq, istintaqın aparılması üçün həmin tarixdə də Bakı şəhər, Xəzər RPİin İŞ-nə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə cinayət işinin istintaqının aparılması Bakı şəhər, Xəzər RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru X5 həvalə edildiyindən tərəfindən xx.xx.2020-ci il tarixdə icraatına qəbul edilməklə istintaq aparılmışdır. xx.xx.2020-ci il tarixdə Bakı şəhər, Xəzər RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru X7 tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsindən, həmin Məcəllənin 182.1 və 243.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhər, Xəzər RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru X7 tərəfindən İddiaçı Azərbaycan Respublikası CM-nin 182.1 və 243.1-ci maddələri ilə ittiham edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə də tərəfindən barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə istintaqın davam etdirilməsi Bakı şəhər, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X13 tapşırıldığından tərəfindən xx.xx.2020-ci il tarixdə də icraatına qəbul edilməklə istintaq aparılmışdır. xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə istintaqın davam etdirilməsi Bakı şəhər, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X8 tapşırıldığından tərəfindən həmin tarixdə də icraatına qəbul edilməklə istintaq aparılmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu Bakı şəhər prokuroru, İİİ dərəcəli ədliyyə müşaviri İlqar Abbasov tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə istintaqın davam etdirilməsi Bakı şəhər, Xəzər RPİ-nin İŞ- nin müstəntiqi, polis mayoru X6 tapşırıldığından tərəfindən həmin tarixdə də icraatına qəbul edilməklə istintaq aparılmışdır. xx.xx.2020-ci il tarixdə Bakı şəhər, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X9 tərəfindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2020-ci iş üzrə İddiaçı əməli Azərbaycan Respublikası CM-nin 1 82.1 və 243.1-ci maddələrindən, həmin Məcəllənin 243.1 və 244.2.1 -ci maddələrinə tövsif edilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 243.1 və 244.2.1-ci maddələri ilə yenidən ittiham edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. Azərbaycan Respublikası Vəkillər X2 daxil olmuş xx.xx.2020-ci il tarixli, 496 nömrəli məktubdan görünür ki, İddiaçı Bakı şəhər 2 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh1 barəsində şikayət ərizəsi ilə Rəyasət Heyətinə müraciət etməsi, Rəyasət Heyətinin qərarı ilə intizam icraatı başlanılaraq, həmin ərizə və ona əlavə edilmiş bir ədəd CD diski araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmiş, hal-hazırda ərizə və diskin araşdırma predmeti kimi Komissiyanın icraatında olduğu və məktubda qeyd edilən sənədləri İddiaçı tələb edib götürülməsi qeyd edilmişdir. Bakı şəhər, Xəzər RPİ-nin CAŞ-dən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli, 055-333- 1220 nömrəli məktubdan görünür ki, baş vermiş hadisənin əlavə şahidlərinin, həmçinin Minayə, Tamilla, Nigar, Aynur, Babək, Ofeliya adlı şəxslərin, həmçinin cinayət işində adları keçən digər şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi mümkün olmamış, İddiaçı Cavabdeh1 Afıad oğlunun barəsində rüsvayedici məlumatlar yayılması barəsində hər hansı bir məlumat əldə edilməmiş, aparılmış vətəndaşların sorğusu zamanı adlarının qeyd edilməsini istəməyən şəxslər təqsirləndirilən şəxs İddiaçı pul qarşılığında cinsi əlaqədə olmaq üçün müxtəlif yaş və əlamətlərdə qadınlar təşkil etdiyini bildirmişdir. Cinayət işinin istintaqı zamanı ilkin olaraq, müəyyən edilmişdir ki, İddiaçı fahişəliyə cəlb etmə və əxlaqsız yuva təşkil etmək yolu ilə gəlir əldə etmək qərarına gəlib, bu məqsədlə 2019-cu ilin yanvar ayının ilk on günlüyündə kirayədə yaşadığı ünvan 3 ünvanında fahişəlikə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edərək tanışı Cavabdeh6 300 manat müqabilində yəni ki, 200 manatını Cavabdeh6 verməklə, 100 manatını isə özünə götürməklə fahişəliyə cəlb edərək onun Cavabdeh1 ilə cinsi əlaqədə olmasını təşkil etmiş və bu məqsədlə mənzil sahəsini vermişdir. Belə ki, o, fahişəliyə cəlb etmə və əxlaqsız yuva təşkil etmək yolu ilə gəlir əldə etmək qərarına gəlib, bu məqsədlə 2019-cu ilin yanvar ayının ilk on günlüyündə kirayədə yaşadığı ünvan 3 ünvanında fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edərək tanışı Cavabdeh5 300 manat müqabilində yəni ki, 200 manatını Cavabdeh5 verməklə, 100 manatını isə özünə götürməklə fahişəliyə cəlb edərək onun Cavabdeh2 oglu ilə cinsi əlaqədə olmasını təşkil etmiş və bu məqsədlə təkrarən mənzil sahəsini vermişdir. Bundan başqa, o, fahişəliyə cəlb etmə və əxlaqsız yuva təşkil etmək yolu ilə gəlir əldə etmək qərarına gəlib, bu məqsədlə 2018-ci ilin avqust ayında yaşadığı ünvan 4 ünvanında fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edərək tanışı Cavabdeh5 300 manat müqabilində yəni ki, 200 manatını Cavabdeh5 verməklə, 100 manatını isə özünə götürməklə fahişəliyə cəlb edərək onun Cavabdeh1 ilə cinsi əlaqədə olmasını təşkil etmiş və bu məqsədlə təkrarən mənzil sahəsini vermiş, habelə sonuncu dəfə 2020-ci ilin fevral ayının əvvəllərində Cavabdeh5 eyni qaydada fahişəliyə cəlb edərək onun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “X24” otelində Cavabdeh1la cinsi əlaqədə olmasını təşkil etmişdir. Bundan başqa, X10 Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanladığı xx.xx.2015-ci il tarixli şikayətdən görünür ki, həmin vaxtlar Bakı şəhəri 01 saylı Hüquq Məsləhətxanasının vəkili Cavabdeh1 Rita Quliyevanın keçmiş gəlini olan hal-hazırki iş üzrə zərərçəkmiş şəxs Cavabdeh5 ilə yaxın münasibətdə olmuş, Cavabdeh5 həmin vaxtlar yaşadığı, Rita Quliyevaya məxsus mənzilə gəlmiş, bu münasibətlər oğlu X21 Quliyeva arasında olan ailə münasibətlərin pozulmasına gətirib çıxarıtmış, sonuncunun Oktay Quliyevlə rəsmi ailə münasibətlərinin pozulmasına köməklik etmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-684-2015 nömrəli qətnamədən görünür ki, Cavabdeh1 X10 Cavabdeh5 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki xarakterli mübahisəyə qeyd edilən məhkəmədə baxılarkən Cavabdeh1 Cavabdeh5 nümayəndəsi qismində iştirak edərək sonuncunun hüquqlarını müdafiə etmişdir. Yuxarıda göstərilən bu iki xüsusatdan belə bir qənaətə gəlmək olar ki, Cavabdeh1la Cavabdeh5 arasında həmin vaxtlar səmimi münasibətlər olmuşdur ki, bu xüsusat da İddiaçı 2018-ci ilin may ayından 2020-ci ilin mart ayınadək olan müddət ərzində Cavabdeh5 Cavabdeh1 və sonuncunun dostluq münasibətində olduğu Cavabdeh2la pul qarşılığında cinsi əlaqədə olmalarını təkzib və məntiqsiz edir. Bundan başqa, iş materiallarından görünür ki, iş üzrə Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 əməllərində Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tərkib əlamətləri vardır. Ona görə də, iş üzrə Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələrindən ötrü cinayət işindən material ayrılıraraq, baxılması üçün aidiyyatı üzrə Bakı şəhər, Xəzər rayon prokurorluğuna göndərilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Vəkillər X3 xx.xx.2020-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİİ hissəsinin, 16-cı maddəsinin İ və İİİ hissəsinin, 18 və 19-cu maddələrinin. 'Vəkillərin Davranış Qaydaları haqqında" Əsasnamənin 2.3, 2.5-ci və 2.8-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini tələblərini pozduğuna görə, Cavabdeh1 Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və ış üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, vəkillik fəaliyyəti dayandırılması qərara alınmışdır. İş materiallarında olan iddia ərizəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Kollegiya üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərovun “cinayət işi sübutların qiymətləndirilməsi, cinayət təqibinə hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi barədə və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarların ləğv edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X18 tərəfindən qəbul edilmiş ********* saylı cinayət işi üzrə sübutların qiymətləndirilməsi, cinayət təqibinə hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2020-ci il tarixli və cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarları ləğv edilmiş, cinayət işi əlavə istintaq aparılmasından ötrü Xəzər RPİ-nin İŞ-nə göndərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Kontitusiyasının 60-cı maddəsinə istinad edərək məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatı vardır və hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Belə olan halda məhkəmə Cavabdeh1 və digər cavabdehlərin İddiaçı qarşı hüquq-mühafizə orqanlarına öz hüquqlarının müdafiəsi üçün müraciət etməsi və hamı üçün müəyyən edilmiş hüquqi müdafiə təminatlarından yararlanmasında qanunazidd hərəkət və hərəkətsizilik müəyyən etmir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin ona qarşı hüquqmühafizə orqanlarına verdiyi şikayətlərə görə dərin mənəvi sarsıntı keçirməsini və buna görə səhhətində nasazlıqların yarandığını qeyd etsə də bu hal məhkəmə tərəfindən müəyyən edilmir və məhkəmə tərəfindən müəyyən edilsə belə, cavabdehlərin hərəkətləri ilə ehtimal olunan mənəvi zərər arasında səbəbli əlaqə görmür, həmçinin buna görə də mənəvi kompensasiyanın cavabdehlərin üzərinə qoyulmasına lüzum görmür. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı barəsində cinayət təqibi başa çatmadığından, onun hazırda təqsirləndirilən şəxs statusunda qalması və barəsində başqa yerə getməmək haqqında iltizam alınması qətimkan tədbirinin seçilməsi təsdiq olunmuşdur. Odur ki, cavabdehlər tərəfindən ona qarşı irəli sürülmüş ittiahamların əsassız olmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan, həmin ittihamların şər, böhtan olması barədə iddiaçının mülahizələrinə məhkəmə tənqidi yanaşaraq, onları qəbul etmir. Göstərilənlərə əsasən məhkəmə hesab ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Kontitusiyasının 60-cı maddəsinin birinci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın həmin maddəsinin V bəndinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Mahmudov Rusiyaya qarşı” xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənə deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7№-li Qərarında Plenum qeyd etmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən özünə aid edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər "X22 Resort" İstirahət mərkəzinə və "X24" otelinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1019/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1019/2021
09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver