Məhkəmə qərarları › İş №2(004)-1022/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1022/2021

10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1022/2021 10.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya dəyərinin qaytarılması və pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya dəyərinin qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Zahid oğlu ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahdan xx xxxxxx 2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2206/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş və X2 onun himayəsində qalması qət edilmişdir. Cavabdehlə münasibətləri pisləşdiyinə, ona və övladına qarşı laqeyid münasibət bəslədiyinə görə ayrılmaq qərarına gəlmiş və yaşadığı evdən övladı ilə birgə çıxaraq Gəncə şəhərinə atası evinə gəlmişdir. Cavabdehlə faktiki olaraq 2020-ci ilin mart ayından birgə yaşamamışdır. Qeyd etməyi zıruri hesab edir ki, nikahdan qabaq (nişanlı olan dövrdə) və nikah dövründə ona və qızına hədiyyə edilmiş qızıl-zinyət əşyalarını cavabdehdən dəfələrlə tələb etməyinə baxmayaraq o qızılları onlara qaytarmaqdan imtina etmiş, müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, guya qızıllar onda deyil, onların bir qismini təhlükəsizlik baxımından hansısa banka saxlanc yerinə qoymuşdur, bir üzüyü isə satmışdır. Lakin, hesab edir ki, bu məlumatlar yalandır. Qızılı qaytarmaqdan boyun qaçırmaq üçündür. Ona və qızına məxsus qızılların evdən çıxarkən tərəfindən götürülməməsinin səbəbi isə ondan ibarətdir ki, hazırki iş üzrə cavabdeh həmin qızılları onların yaşadığı evdən seyflə birgə götürərək yeni köçəcəkləri evə aparmış və orada saxlamışdır. Bunu da, onunla əsaslandırmışdır ki, evdə dayə var ehtiyyatlılıq məqsədi ilə yeni evə aparmışdır. Hətta nikah dövrlərində belə həmin qızıllardan rahat istifadə edə bilməmiş, hər-hansı məclisə gedən zaman istifadə etdikdəndən sonra cavabdeh onları ondan alaraq dərhal seyfə yerləşdirmişdir. Ailə-nikah münasibətində olduğu üçün bu halla bağlı heçnə deməmiş, təmkinlə qarşılamışdır. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən ona məxsus cehiz və fərdi istifadə əşyaları da, qaytarılmamışdır. Ona məxsus cehiz əşyaları və fərdi istifadə əşyalarını yaşadıqları evdən götürərək yeni köçməli olduqları evə aparmış və onların götürülməsinə imkan verməmişdir. Müxtəlif bəhanələrlə qaytarmaqdan boyun qaçırır. O, bu bəhanələrlə razılaşmır, qızıllarını və cehiz əşyalarını ondan məhkəmə qaydasında tələb edir. Göstərilənlərə əsasən Cavabdeh 1 ədəd 750 əyarlı qızıl dəsti - 1 ədəd 750 əyarlı boyunbağı, üzük, sırğa və bilərzik - 30 000 ABŞ dolları; 1 ədəd 750 əyarlı çəkisi 1 8 qr. olan rəngli daşlarla üzük - 6000 manat; 1 ədəd 750 əyarlı SHAKH markarlı qızıl dəsti - sırğa, bilərzik, üzük - 15 000 manat; 1 ədəd 750 əyarlı tək qaş üzük - 10 000 ABŞ dolları; 6 ədəd 10-luq qızıl - 1 ədədi 1000 manat - cəmi 6000 manat; 1 ədəd 750 əyarlı bilərzik - 1400 mana (qaynanası hədiyyə etmişdir); 1 ədəd 750 əyarlı boyun bağı - 1000 manat (qaynanası hədiyyə etmişdir); 1 ədəd 750 əyarlı ANTHİLL markalı uşaq qızıl dəsti (Cırcırama üslubunda) - 1350 manat; 1 ədəd 750 əyarlı ANTHİİ.L markalı uşaq qızıl dəsti (Bojya korovka üslubunda) - 700 manat; 1 ədəd 750 əyarlı uşaq üçün qızıl sırğa (Bojya korovka üslubunda) - 300 manat; 1 ədəd 750 əyarlı uşaq üçün tək qaş qızıl sırğa - 1000 manat; 1 ədəd 750 əyarlı uşaq üçün qızıl göz muncuğu - 200 manat; Tozsoran - 1 ədəd; Ütü - 1 ədəd; Şirə şəkən maşın - 2 ədəd; Ətçəkən maşın - 1 ədəd; Toster - 1 ədəd; Mikser - 1 ədəd; Fen - 1 ədəd; Çaydan - 1 ədəd; Qab-qacaq dəstləri (çay, mətbəx və qonaq üçün); Qazan dəstləri; Meyvə qabları; Güldanlar; Çəngəl-bıçaq dəstləri; Badələr (Vilmaks markalı); Tekstil əşyaları; Kosmetik vasitələri və Yorğan-döşək, qızıl-zinət və cehiz əşyalarının ona naturada qaytarılması, naturada qaytarılması mümkün olmayan əşyaların isə real dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 1 ədəd 750 əyarlı qızıl dəsti - 1 ədəd 750 əyarlı boyunbağı, üzük, sırğa və bilərzik - 30 000 ABŞ dolları; 1 ədəd 750 əyarlı çəkisi 1 8 qr. olan rəngli daşlarla üzük - 6000 manat; 1 ədəd 750 əyarlı SHAKH markarlı qızıl dəsti sırğa, bilərzik, üzük - 15 000 manat; 1 ədəd 750 əyarlı tək qaş üzük - 10 000 ABŞ dolları; 6 ədəd 10-luq qızıl - 1 ədədi 1000 manat - cəmi 6000 manat; 1 ədəd 750 əyarlı bilərzik - 1400 mana (qaynanası hədiyyə etmişdir); 1 ədəd 750 əyarlı boyun bağı - 1000 manat (qaynanası hədiyyə etmişdir); 1 ədəd 750 əyarlı ANTHİLL markalı uşaq qızıl dəsti (Cırcırama üslubunda) - 1350 manat; 1 ədəd 750 əyarlı ANTHİİ.L markalı uşaq qızıl dəsti (Bojya korovka üslubunda) - 700 manat; 1 ədəd 750 əyarlı uşaq üçün qızıl sırğa (Bojya korovka üslubunda) - 300 manat; 1 ədəd 750 əyarlı uşaq üçün tək qaş qızıl sırğa - 1000 manat; 1 ədəd 750 əyarlı uşaq üçün qızıl göz muncuğu - 200 manat dəyərində qızıl-zinət əşyalarının Cavabdeh alınaraq İddiaçı verilməsi, naturada verilməsi mümkün olmayan qızıl-zinət əşyalarının dəyərinin və sındırılmış “Wedgewood” markalı qab-qacaq dəstinin (qonaq üçün) dəyərinin, yəni 5710 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan dövr ərzində iddiaçının nümayəndəsi təkrarən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 1 ədəd 750 əyarlı qızıl dəsti - boyunbağı (18 qram, 16 karat), üzük (8 qram, 2 karat), sırğa (10 qram, 3 karat) və bilərzik (12 qram, 12 karat); 1 ədəd 750 əyarlı çəkisi 18 qram olan (0.5 karat) rəngli daşlarla üzük; 1 ədəd 750 əyarlı SHAKH markalı qızıl dəsti - sırğa (10 qram, 1 karat), bilərzik (10 qram, 1.5 karat), üzük (6 qram, 1 karat); 1 ədəd 750 əyarlı tək qaş üzük (10 qram, 1.5 karat); 6 ədəd 10-luq qızıl; 1 ədəd 750 əyarlı bilərzik (10 qram); 1 ədəd 750 əyarlı boyun bağı (12 qram); 1 ədəd Fantaziya qızıl dəsti - sırğa (8 qram), klon sep (6 qram); 1 ədəd 750 əyarlı ANTHİLL markalı uşaq qızıl dəsti (15 qram) (Cırcırama üslubunda); 1 ədəd 750 əyarlı ANTHİLL markalı uşaq qızıl dəsti (6 qram) (Bojya korovka üslubunda); 1 ədəd 750 əyarlı uşaq üçün qızıl sırğa (3 qram) (Bojya korovka üslubunda); 1 ədəd 750 əyarlı uşaq üçün tək qaş qızıl sırğa (4.5 qram); 1 ədəd 750 əyarlı uşaq üçün qızıl göz muncuğu (2 qram) qızıl-ziynət əşyalarının Cavabdeh alınaraq İddiaçı verilməsi, naturada verilməsi mümkün olmayan qızıl-zinət əşyalarının dəyərinin və sındırılmış "Wedgewood” markalı qab-qacaq dəstinin (qonaq üçün) dəyərinin, cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi təkrarən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 1 ədəd 750 əyarlı qızıl dəsti - boyunbağı (18 qram, 16 karat), üzük (8 qram, 2 karat), sırğa (10 qram, 3 karat) və bilərzik (12 qram, 12 karat); 1 ədəd 750 əyarlı çəkisi 18 qram olan (0.5 karat) rəngli daşlarla üzük; 1 ədəd 750 əyarlı SHAKH markalı qızıl dəsti - sırğa (10 qram, 1 karat), bilərzik (10 qram, 1.5 karat), üzük (6 qram, 1 karat); 1 ədəd 750 əyarlı tək qaş üzük (10 qram, 1.5 karat); 6 ədəd 10-luq qızıl; 1 ədəd 750 əyarlı bilərzik (10 qram); 1 ədəd 750 əyarlı boyun bağı (12 qram); 1 ədəd Fantaziya qızıl dəsti sırğa (8 qram), klon sep (6 qram); 1 ədəd 750 əyarlı ANTHİLL markalı uşaq qızıl dəsti (15 qram) (Cırcırama üslubunda); 1 ədəd 750 əyarlı ANTHİLL markalı uşaq qızıl dəsti (6 qram) (Bojya korovka üslubunda); 1 ədəd 750 əyarlı uşaq üçün qızıl sırğa (3 qram) (Bojya korovka üslubunda); 1 ədəd 750 əyarlı uşaq üçün tək qaş qızıl sırğa (4.5 qram); 1 ədəd 750 əyarlı uşaq üçün qızıl göz muncuğu (2 qram) qızıl-ziynət əşyalarının Cavabdeh alınaraq İddiaçı verilməsi, naturada verilməsi mümkün olmayan qızıl-zinət əşyalarının dəyəri 50000 manatın və sındırılmış "Wedgewood” markalı qab-qacaq dəstinin (qonaq üçün) dəyəri 5710 manatın, cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh bunu inkar etsə də, tərəfindən iddiaçıya gətirilən və hədiyyə edilən qızıl-zinət əşyaları gümüş deyil, yüksək əyarlı və briliant qaşlı qızıl olmuşdur. İddiaçının əlində hazırda həmin əşyaların birkaları olmadığı üçün məhkəməyə təqdim edə bilmir. Ümumiyyətlə cavabdehin maddi imkanı kifayət qədər yüksəkdi və belə maddi imkanı olan şəxsin qızıl deyil, gümüş və zirkon qaşlı zinət əşyalarını hədiyyə verməsi ağlabatan deyildir. İşə məhkəmədə baxılan zaman cavabdeh iddia ərizəsində qeyd edilmiş 1 ədəd 750 əyarlı ANTHİLL markalı Cırcırama üslubunda uşaq qızıl dəstini, 1 ədəd 750 əyarlı ANTHİLL markalı Bojya korovka üslubunda uşaq qızıl dəstini, 1 ədəd 750 əyarlı uşaq üçün Bojya korovka üslubunda qızıl sırğanı, 1 ədəd 750 əyarlı uşaq üçün tək qaş qızıl sırğa və 1 ədəd 750 əyarlı uşaq üçün qızıl göz muncuğunu iddiaçıya artıq qaytarmışdır. İddia ərizəsində qeyd edilmiş və toy zamanı iddiaçının üzərində olan qızıl dəsd isə hələdə cavabdehdedir. Belə ki, cavabdeh həmin dəsdi məhkəmə iclaşında nümaiş etdirırık onda olduğunu etiraf etmişdir. Bu isə onu göstərir ki, əşyalar həqiqətəndə cavabdehdədir. İddiaçıya hədiyyə verilmiş və onun mülkiyyəti sayılan iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını cavabdeh nikah dövründə təmir elətdirdiyi evdə xüsusi yerdə saxlayırdı. Səbəb kimi iddiaçı işə gedəndə uşağa baxan dayənin evdə qalması və ona etibar etmədiyi göstərirdi. Qeyd etdiyi fakt İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbinə dair” 2(004)-2206/2020 saylı mülki iş üzrə iş materiallarında mövcud olan Yasamal Rayon Məhkəməsində keçirilən məhkəmə baxış iclasının protokolunda cavabdehin izahatına əsasən öz təsdiqini tapır. İzahatda Cavabdeh qızıl-zinət əşyalarının onda olduğunu və onları xüsusi yerdə saxladığını bildirilir. Eyni zamanda yurarıda qeyd olunan protokolda iddiaçının nümayəndəsi və vəkili həm öz izahatında, həm də Cavabdeh ünvanlandırdığı sualda toy və nişanda alınmış qızıl əşyalarının dəyərinin 50000 (əlli min) manat olmasını qeyd edir və cavabdeh tərəfindən həmin əşyaların qızıl olmaması və ya dəyərinin 50000 manat olmaması mübahisələndirilmir. Bunun əksinə olaraq, İddiaçı işə gedəndə uşağa baxan dayənin evdə qalması və ona etibar etmədiyi qeyd olunur. Bu isə həmin qızıl əşyaların yüksək dəyərə malik olmasını bir daha sübut edir. Belə ki, dəyəri az olan əmlakın cavabdeh tərəfindən xüsusi yerdə saxlanılması ağlabatan deyildir. İddia ərizəsində göstərilən qızıl əşyaların mövcudluğu və iddiaçıya məxsus olması həm foto şəkillərlər, videolar, həm də tərəflərin izahatları ilə öz təsdiqini tapır. Bu hal mübahisə doğurmur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı əşyanı özü ilə aparmamışdır. Belə ki, bunu təsdiq edən heç bir sübut yoxdur. Əksinə qızıl əşyaların cavabdehdə olmasını təsdiq edən mötəbər sübut məhkəmə baxış iclasının protokolu mövcuddur. Beləliklə, cavabdeh iddiaçıya məxsus əşyalara qanunsuz sahiblik edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İş materialları ilə hər 3 hal sübut edilir. Ona görə də qızıl əşya cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Bundan əlavə "Wedgewood" markalı qab-qacaq dəsti (qonaq üçün) sındırılmış vəziyyətdə geri qaytarılmışdır. İddiaçı cehiz əşyalarını şəxsən özü götürmək istəsə də cavabdeh buna imkan verməmişdir. Yalnız məhkəməyə müraciət olunduqdan sonra isə cehiz əşyalarından ən bahalı qonaq dəsti yararsız vəziyyətdə digər cehiz əşyaları ilə birlikdə qaytarılmışdır. Sındırılmış qab-qacaq, foto şəkilləri və qiymətini əks etdirən "Whatsapp" yazışmalarının şəkli təqdim olunmuşdur. Həmin qonaq dəstinin alınması üçün ilk öncə 1000 manat beh verilmiş, daha sonra 4200 manat və 510 manat məbləğində ödəniş edilmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hesab edir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Belə ki, cavabdeh iddiaçıya məxsus əmlakı qanunsuz vəziyyətdə özündə saxlamışdır və dəfələrlə geri qaytarmaqdan boyun qaçırmışdır. Bu baxımdan iddiaçıya dəymiş zərərin əvəzi ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh Zahid oğlu ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından xx xxxxxx 2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2206/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş və X2 onun himayəsində qalması qət edilmişdir. Cavabdehlə münasibətləri pisləşdiyinə, cavabdehin ona və övladına qarşı laqeyid münasibət bəslədiyinə görə ayrılmaq qərarına gəlmiş və yaşadığı evdən övladı ilə birgə çıxaraq Gəncə şəhərinə atası evinə gəlmişdir. Cavabdehlə faktiki olaraq 2020-ci ilin mart ayından birgə yaşamamışdır. O, cavabdehlə münasibətləri pisləşdiyindən cavabdeh onu evdə tək qoyaraq, bir müddət düşünməsini xahiş etmiş, lakin o fikrində qəti olduğundan bir neçə gün sonra evi tərk etmişdir. Qeyd etməyi zəruri hesab edir ki, nikahdan qabaq (nişanlı olan dövrdə) və nikah dövründə ona və qızına hədiyyə edilmiş qızıl-zinyət əşyalarını cavabdehdən dəfələrlə tələb etməyinə baxmayaraq o, müxtəlif bəhanələr gətirərək qızılları qaytarmaqdan imtina etmişdir. Ona və qızına məxsus qızılların evdən çıxarkən tərəfindən götürülməməsinin səbəbi isə ondan ibarətdir ki, hazırki iş üzrə cavabdeh həmin qızılları onların yaşadıqları evdən seyflə birgə götürərək yeni köçəcəyi evə aparmış və orada saxlamışdır. Bunu da, onunla əsaslandırırdı ki, evdə dayə var ehtiyyatlılıq məqsədi ilə yeni evə aparmışdır. Hətta nikah dövründə belə həmin qızıllardan rahat istifadə edə bilməmiş, hər-hansı məclisə gedən zaman istifadə etdikdən sonra cavabdeh onları alaraq dərhal seyfə yerləşdirmişdir. Ailə-nikah münasibətində olduğu üçün bu halla bağlı heçnə deməmiş, təmkinlə qarşılamışdır. Cehiz əşyalarının bir qismi cavabdeh tərəfindən geri qaytarılmışdır. Lakin 5710 manat dəyərində olan “Wedgewood” markalı qab-qacaq dəsti sındırılmış vəziyyətdə geri qaytarılmışdır. O, cehiz əşyalarını şəxsən özü götürmək istəsə də cavabdeh buna imkan verməmişdir. Belə ki, cavabdeh ona bildirmişdir ki, hazırki halda cehiz əşyalarının təzə mənzildən çıxarılması qonşular arasında birmənalı qarşılanmayacaqdır. Odur ki, daha sonra götürməsini məsləhət bilmişdir. O da, bir müddət sonra cavabdehə məxsus yeni mənzilə yük daşıma xidməti çağıraraq özünə məxsus cehiz əşyalarını həmin mənzildən daşıtdırmışdır. Məhkəməyə müraciət olunduqdan sonar isə cehiz əşyalarından ən bahalı dəsti qəsdən sındıraraq yararsız vəziyyətə salmış və digər əşyalıarla birgə geri qaytarmışdır. Onun ümumiyyətlə cavabdehin heç bir əmlakına ehtiyacı yoxdur. Sadəcə olaraq himayəsində azyaşlı övladı olduğu üçün həmin qızıl-zinət əşyalarını sataraq mənzil almaq, övladının həyat şəraitini yaxşılaşdırmaq istəyir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, birgə nikah dövründə iddiaçı ilə aralarında bir-neçə dəfə mübahisə olmuş, sonuncu dəfə o, Nəzrinin xahişi ilə evi tərk edərək getmişdir. Lakin iki gün sonra evə gəldikdə isə Nəzrinin bütün əşyalarını da götürərək evi tərk etməsinin şahidi olmuş, ona zəng vurduqda isə atası evində olduğunu deyərək boşanmaq niyyətinin olmasını bildirmişdir. O, heç bir vaxt nikahlarının pozulmasına razı olmamış, hətta indi də, nikahları pozulmasına baxmayaraq ailəsinin bərpa olunmasını istəyir. Nəzrin gedərkən evdə tək olmuş və bütün şəxsi əşyalarını, o cümlədən də, zinət əşyalarını özü ilə aparmışdır. İlk növbədə qeyd edir ki, onun tərəfindən Nəzrinə hədiyyə edilmiş zinət əşyalarının heç biri qızıl və ya briliant olmamış, yüksək kefiyyətli əl işi olmaqla xüsusi sifarişlə hazırlanmış gümüş və zirikondan ibarət omuşdur. Bəlkədə Nəzrin onların qızıl olduğunu güman etmişdir, lakin ağ gümüşdən ibarət olmuşdur. İddia ərizəsində qeyd edilmiş bəzi əşyaların isə mövcudluğundan ümumiyyətlə xəbəri olmamış, onun tərəfindən belə əşyalar hədiyyə verilməmişdir. Belə ki, iddia ərizəsində qeyd edilmiş və guya 750 əyar qızıl və briliant kimi qeyd edilmiş boyunbağı, üzük, sırğa və bilərzikdən ibarət 1 ədəd dəsti sifarişlə 880 manata əldə etmişdir. Həmin dəst gümüş və zirkon olmuşdur. Bundan başqa ilkin iddia ərizəsində həmən dəstin qiyməti guya 30000 dollar göstərilsə də, sonuncu dəqiqiləşmədə tələb olunan bütün ziynət əşyalarının ümumi dəyəri 50000 manat qiymətləndirilmişdir. Bu isə iddiaçının əsassız mövqeyindən xəbər verir. Təkcə 30000 dollar elə 50000 manat edir. Tələbdə qeyd edilmiş 1 ədəd 750 əyarlı çəkisi 18 qram kimi gösdərilmiş rəngli daşlarla üzüyü 380 manata almışdır. Düzdür həmən üzüyün daşları rəngli daşlar olmuş lakin o da, gümüş olmaqla qızıl olmamış, 1 ədəd sırğa, bilərzik və üzükdən ibarət 750 əyarlı SHAKH markalı qızıl dəsti kimi qeyd edilmiş ziynət əşyasından isə ümumiyyətlə xəbəri olmamış, onun tərəfindən Nəzrinə belə bir nə gümüş nə də, qızıl komplekt hədiyyə edilməmişdir. İddiada qeyd edilən və yenə də, qızıl və briliant kimi göstərilmiş 1 ədəd tək qaş üzüyu isə 450 manata almışdır. Həmin üzüyündə qiyməti guya 10000 dollar kimi göstərilmişdir. Bildirir ki, o üzüyü Moskvadan 20000 rubla almışdır. Olabilsin ki, Nəzrinin yanında dostu ilə danışarkən 20000 məbləğini o, dollar, ya da, manat kimi başa düşmüşdür. O üzük də, yüksək kefiyyətli zirkon və gümüş olmuşdür. Ümumiyyətlə qeyd edir ki, onun tərəfindən Nəzrinə nə qızıl, nə də, briliant qaşlı ziynət əşyaları hədiyyə edilməmişdir. Sadəcə anası tərəfindən Nəzrinə bir ədəd qızıl bilərzik və boyunbağı hədiyyə edilmişdir. İddiada qeyd edilmiş 1 ədəd 750 əyarlı bilərzik və 1 ədəd 750 əyarlı boyun bağı həmən əşyalardır. Onları anası onun iştirakı ilə Nəzrinə hədiyyə almış, ikisinə birlikdə 500 manat məbləğində pul ödənilmişdir. Lakin iddiaçı tərəfindən onlarında çəkisi şişirdilmişdir. Bunlardan başqa iddia ərizəsində tələb edilən 6 ədəd qızıl onluqdan və eləcə də, 1 ədəd Fantaziya qızıl dəstindən xəbəri olmamış, o nə belə əşyaları görmüş, nədə hədiyyə etmişdir. İddiaçı tərəfndən məhkəməyə təqdim edilmiş və iddiada qeyd edilmiş fantaziya dəstinin, şəkildə Nəzrinin üzərində olan həmən komplek olduğu iddia edilən şəkil isə, onlar Nəzrinlə hələ evlənməmiş çəkilmiş şəkildir. O zaman o, ümumiyyətlə Nəzrinə heç bir hədiyyə etməmiş və evlənməmişdilər. Həmən vaxt Nəzrinin üzərində olan dəstin kimin olması və ümumiyyətlə qızıl, gümüş və ya bujuteriya olması barədə onda məlumat olmamışdır. İddia ərizəsində qeyd edilmiş 1 ədəd 750 əyarlı ANTHİLL markalı Cırcırama üslubunda uşaq qızıl dəstini, 1 ədəd 750 əyarlı ANTHİLL markalı Bojya korovka üslubunda uşaq qızıl dəstini, 1 ədəd 750 əyarlı uşaq üçün Bojya korovka üslubunda qızıl sırğanı, 1 ədəd 750 əyarlı uşaq üçün tək qaş qızıl sırğa və 1 ədəd 750 əyarlı uşaq üçün qızıl göz muncuğunu isə iddiaçıya artıq qaytarmışdır. Həmin əşyaların qiymətləridə həddən artıq şişirdilmişdir. Həmin əşyaları dostları uşağına hədiyyə gətirmişdir. O, əşyaların onda olma səbəbi isə Nəzrinin onları bəyənməməsi və ona satmaq üçün verməsi idi. Bundan başqa o aralarındakı nikah pozularkən məhkəmədə Nəzrinin guya 50000 dəyərində olan qızıllarının onda olması kimi bir izahat verməmiş, həmin vaxt o uşaqlarına aid məhz bu qızılların onda olmasını və istənilən zaman Nəzrinə geri qaytarmağa hazır olmasını bildirmiş, onda özünə aid olan şəxsi qızıllarının saat, qolbaq, üzük və s. əşyalarının ayrıca saxladığını qeyd etmişdir. Həmin əşyalarıda uşaqla görüşəndə qaytarmışdır. Onda hazırda məhkəmədə də, göstərdiyi və qarşı tərəfdən həmin dəst olduğu təsdiqlənən dəyəri 880 manat olan boyunbağı, üzük, sırğa və bilərzikdən ibarət 1 ədəd gümüş və zirkon dəst qalmışdır ki, onuda qaytarmağa hazırdır. Tələb olunan və dəyəri 5710 manat qiymətləndirilən "Wedgewood” markalı qab-qacaq dəstinə gəldikdə isə o, ümumiyyətlə həmin dəsti görməmişdir. Belə ki, yaşayacaqları evləri təmir olunduğu üçün Nəzrini cehiz əsyaları, o cümlədən də, serviz dəsti uzun müddət karobkalarda özləri tərəfindən daşınaraq qarajda saxlanılmış, daha sonra isə həmən yeşiklərdə yeni təmir olunan evə daşınmışdır. Münasibətləri pozulduqdan sonra isə Nəzrinin özü tərəfindən tutulmuş daşınma xidməti tərəfindən, yenə də, elə həmən yeşiklərdə bağlı vəziyyətdə daşınaraq aparılmışdır. Boşqabların hansı şəraitdə, kim tərəfindən və necə sınması ona bəlli deyildir. Nəzrin ona yemək dəstinin iki ədəd boşqabının sındığını bildirdikdə isə o, hətta ona boşqaba görə kefini pozmamağı, istəsə xaricdə yaşayan dostlarına sınan boşqablardan eynisinin alıb gətirmələrini xahiş edə biləcəyini də bildirmişdir. Həmin vaxt Nəzrin ona qarşı boşqabları sındırması ilə bağlı hər-hansı bir ittiham da, irəli sürməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tamami ilə əsassızdır. İlk növbədə bildirir ki, iddiaçı tərəfindən ümumiyyətlə mövcud olmayan ziynət əşyaları tələb edilməklə, onların məbləği həddən artıq şişirdilmiş, gümüş və zirkon olduğu halda həmin əşyalar qızıl və briliant kimi qeyd edilmişdir. İddiaçının tələbində qeyri müəyyənliyi onun tərəfindən dəfələrlə verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrindən də görünür. Belə ki, ilk iddia ərizəsinin sadəcə ilk 5 bəndini götürsək iddia tələbi artıq, 100000 manat məbləğində təşkil etdiyi halda sonradan dəqiqləşmə ərizələrinə əsasən bütün tələblərin məbləği 50000 manat göstərilmişdir. Bundan başqa cavabdeh tərəfindən alınması etiraf edilən əşyalarında qiyməti və tərkibi bilərəkdən səf göstərilərək guya qızıl və briliant olması iddia edilsə də, məhkəməyə bununla bağlı sübutlar təqdim edilməmiş, tələb sadəcə iddiaçının şəxsi mülahizələrinə əsasən qeyd edilmişdir. Həmin əşyalar isə iddiaçı tərəfindən evi tərk edərkən bütün digər şəxsi əşyaları ilə birlikdə aparılmışdır. Cavabdehdə sadəcə qiyməti 880 manat olan ağ gümüş və zirkondan ibarət dəst qalmışdır ki, həmin dəstin də, onda qalması keçən məhkəmə iclasından sonra cavabdehin gedərək özünə aid qızıl əşyalara baxdığı zamanı müəyyən edilmişdir. Hazırda cavabdeh tərəfindən həmin gümüş dəst məhkəmə iclasında iddiaçının nümayəndəsinə də, göstərilməklə geri qaytarmağa hazır olduğu bildirilmişdir. Bundan başqa cavabdeh şəxsi qızıllarını yoxlayarkən iddia tələbində qeyd edilmiş və uşağına aid olan dəstlərin də, yaddan çıxaraq onda qalmasını müəyyən etmiş və həmin əşyaları dərhal götürərək uşağı ilə görüşərkən iddiaçıya təhvil vermişdir. Məhkəmənin diqqətinə çatdırır ki, məhz bundan sonra iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair sonuncu ərizə daxil olsa da, iddiaçı həmin hissədə tələbini azaltmamışdır. Bu isə, yenə də iddiaçının qeyri səmimiliyindən xəbər verir. İddia tələbinin guya cavabdeh tərəfindən sındırılaraq və dəyəri 5710 manat qiymətləndirilən "Wedgewood” markalı qab-qacaq dəstinə görə tələb olunan pul məbləği hissəsinə münasibətdə isə bildirir ki, həmin dəstlər qablaşdırılmış yeşiklərdə açılmadan iddiaçının özü tərəfindən bir neçə yerə daşınaraq və sonda yenə də, həmin qablaşdırmalarda iddiaçının özünün müəyyən etdiyi daşınma şirkəti tərəfindən daşınaraq aparılmışdır. Yəni həmin qabların alınarkən artıq sınmış vəziyyətdə olması və ya daşınarkən sonrakı mərhələlərdə sınmasına dair heç bir sübutlar təqdim edilməmiş və iddiaçıya bu hal ümumiyyətlə məlum olmamışdır. Daha sonra qeyd edir ki, həmin dəstin sadəcə iki boşqabı sınmışdır ki, bu hal bütün dəstin qiymətinin tələb edilməsi üçün əsas ola bilməz. Bundan başqa iddiaçı tərəfindən qeyd olunan dəstin 5710 manata alınması iddia edilsə də, iddiaçı tərəfindən bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materialları araşdıraraq, tərəflərin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, iş üzrə iddiaçı ilə 2007-ci il tarixdən rəfiqədir. O, iddiaçının toy mərasimində iştirak etmiş və həmin vaxt iddiaçıya verilmiş qızıl-zinət əşyalarının görmüşdür. Cavabdehin təqdim zinət əşyaları iddiaçıya hədiyyə verilmiş qızıl-zinət əşyalarına oxşasa da, hesab edir ki, hazırda ona gösdərilən dəst qızıl deyil. Belə ki, o həmin vaxt qızıl-zinət əşyalarının birkalarını da, görmüşdür. Bundan başqa həmin zinət əşyalarının gümüş olması ağlabatan deyildir. Çünki qızıl-zinət əşyalarının alındığı mağaza heç bir zaman gümüş satışısı ilə məşğul olmamışdır. Həmçinin cavabdehin özü də kifayət qədər imkanlı olduğundan iddiaçıya gümüş hədiyyə verməsi mümkün deyildir. Daha sonra bildirir ki, o, mübahisə predmeti olan əmlakları daimi olaraq iddiaçının istifadəsində görməmişdir. Bu barədə rəfiqəsindən soruşduqda, iddiaçı həmin qızıllların cavabdeh tərəfindən alındığı və saxlanc üçün seyfə qoyulduğunu bildirmişdir. Cavabdeh uşağa məxsus qızıl-zinət əşyalarını uşağı ilə görüşərkən geri qaytarmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2206/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2018-ci il tarixdə 758 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, xx.xx.2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin ediməməsi, alimentin tutulma müddətinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması, alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan 2(004)-2206/2020 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə iclası protokolundan çıxarışdan görünür ki, Cavabdeh izahatında, Nəzrin işə gedən zaman, uşağa dayə baxdığı və o, dayəyə etibar etmədiyi üçün qızılları xüsusi yerdə saxladığını və iddiaçı nə zaman istəsə gətirə biləcəyini bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında tərəflər arasında xx.xx.2018-ci il tarixdə nikahın bağlanması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2206/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2018-ci il tarixdə 758 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin o da müəyyən edilmişdir ki, tərəflərin aralarında olan münasibətlər pisləşdiyinə görə iddiaçı hələ aralarındaki nikah pozulmadan öncə evi tərk edərək, valideynlərinin yanına qayıtmışdır. İş materiallarında olan sübutlara məcmu halında qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh ilə birlikdə yaşadığı mənzili ani olaraq tərk etməyərək, şəxsi əşyalarını, o cümlədən də qızıl-zinət əşyalarını götürmək imkanına malik olsa da, işin araşdırılmış halları ilə həmin dövrdə iddiaçıya aid olan zinət əşyalarının, cavabdehin saxlancında olması müəyyən edilmişdir. İşin bu halı məhkəmə araşdırılması zamanı tədqiq edilmiş 2(004)-2206/2020 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə iclası protokolundan çıxarış ilə də, təsdiq edilmişdir. Belə ki, müqafiv protokoldan çıxarışda Cavabdeh izahatında, Nəzrin işə gedən zaman, uşağa dayə baxdığı və o, dayəyə etibar etmədiyi üçün qızılları xüsusi yerdə saxladığını və iddiaçı nə zaman istəsə gətirə biləcəyini bildirməsi müəyyən edilsə də, hazırki məhkəmə baxışında cavabdeh tərəfindən həmin ifadə təkzib edilərək, həmin məhkəmə iclasında iddiaçıya aid və ümumi dəyəri 50000 manat məbləğində olan qızılzinət əşyalarının onda olmasına dair izahat vermədiyini, həmin vaxt tərəfindən ümumiyyətlə qızıl-zinət əşyalarının dəyərinə münasibət bildirilmədən, dayəyə etibar etmədiyi üçün özünə aid şəxsi qızıl əşyalarının və eləcə də, uşağına hədiyyə verilmiş və həmin an onda olan qızıl əşyaların onda saxlanıldığını və uşağa aid qızılların da, istənilən an iddiaçıya təqdim etməyə hazır olduğunu bildirmişdir. Məhkəmə cavabdehin hazırki izahatına tənqidi yanaşaraq qeyd edir ki, müvafiq məhkəmə protokolu ilə cavabdeh izahatında onda məhz hansı növ zinət əşyalarının olması, eləcə də onda olan zinət əşyalarının qiyməti barədə izahat verməsə də, dayəyə etibar etmədiyi üçün qızılları xüsusi yerdə saxladığını etiraf etmişdir. Məhkəmə cavabdehin bu etirafını sübut kimi qiymətləndirərək həmin an ailəyə məxsus ümumi qızıl, eləcə də digər zinət əşyalarının cavabdehdə saxlanıldığı qənaətinə gəlir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi qızıl-zinət əşyalarının qaytarılması hissəsində qismən, yəni cavabdehin etiraf etdiyi miqdarda və ya həmin qızıl və digər zinət əşyalarının dəyəri məbləğində tutulmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində sadalanan zinət əşyalarının 750 əyar qızıl və eləcə də, brilyant qaşlı olmasına və tələb olunan qızıl-zinət əşyalarının ümumi dəyərinin 50000 manat olmasına istinad etsə də, məhkəməyə bununla bağlı, eləcə də iddia ərizəsində qeyd edilmiş bəzi qızıl-zinət əşyalarının mövcudluğuna dair hər hansı bir sübutlar təqdim etməmişdir. Bunun əksi olaraq cavabdeh tərəf ümumilikdə iddianı etiraf etməsə də, izahatında tərəfindən iddiaçıya iddia ərizəsində qeyd edilmiş əşyalardan dəyəri 880 manat olan zirkon qaşlı gümüş komplekt dəsti (boyunbağı, üzük, sırğa, bilərzikdən ibarət); dəyəri 380 manat olan gümüş, rəngli qaşlı üzüyü; dəyəri 450 manat olan gümüş, tək zirkon qaşlı üzüyü və ümumi dəyəri 500 manat olan 1 ədəd qızıl bilərzik və 1 ədəd qızıl boyunbağını aldığını etiraf etmişdir. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş və cavabdeh tərəfindən alınması etiraf edilmiş zinət əşyalarının metalının tərkibinə, əyarına və qiymətlərinə münasibət bildirərək qeyd edir ki, həmin zərgərlik məmulatlarının metalının tərkibi (qızıl deyil gümüş olması), əyarı və dəyəri cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddiaçı tərəfindən zinət əşyalarının qiyməti, tərkibi, çəkisi, əyarı ilə bağlı başqa sübutlar təqdim edilmədiyindən məhkəmə hesab edir ki, qeyd olunan zinət əşyaları və onların dəyəri cavabdeh tərəfindən etiraf edilmiş tərkibdə (metalda) və məbləğdə qiymətləndirilməlidir. Məhkəmə həmçinin iddia tələbinin 1 ədəd 750 əyarlı SHAKH markalı qızıl dəsti; 6 ədəd qızıl onluq; 1 ədəd Fantaziya qızıl dəsti və eləcə də, sındırılmış "Wedgewood” markalı qab-qacaq dəstinin (qonaq üçün) dəyəri olan 5710 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən sözü gedən qızıl-zinət əşyalarının ümumiyyətlə mövcudluğu və eləcə də, qab-qacaq dəstinin məhz cavabdeh tərəfindən yararsız hala salınması və iddiaçının qeyd etdiyi dəyərdə olması barədə məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim edilməmişdir. Bundan başqa məhkəmə iddia tələbinin 1 ədəd 750 əyarlı ANTHİLL markalı uşaq qızıl dəsti; 1 ədəd 750 əyarlı ANTHİLL markalı uşaq qızıl dəsti; 1 ədəd 750 əyarlı uşaq üçün qızıl sırğa; 1 ədəd 750 əyarlı uşaq üçün tək qaş qızıl sırğa və 1 ədəd 750 əyarlı uşaq üçün qızıl göz muncuğu qızıl-ziynət əşyalarının cavabdehdən alınması hissəsinə münasibət bildirərək hesab edir ki, həmin hissələrdə də, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında yuxarıda sadalanan qızıl-zinət əşyalarının cavabdeh tərəfindən iddiaçıya artıq təhvil verilməsi müəyyən edilmişdir. İşin bu halı iddiaçının etiraf edici izahatı ilə də, öz təsdiqini tapmışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəyəri 880 manat olan zirkon qaşlı gümüş komplekt dəsti (boyunbağı, üzük, sırğa, bilərzik); dəyəri 380 manat olan gümüş, rəngli qaşlı üzük; dəyəri 450 manat olan gümüş, tək zirkon qaşlı üzük; ümumi dəyəri 500 manat olan 1 ədəd qızıl bilərzik və 1 ədəd qızıl boyunbağı və ya həmin qızıl əşyalarının dəyəri məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 №li Qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmalkın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəyəri 880 manat olan zirkon qaşlı gümüş komplekt dəsti (boyunbağı, üzük, sırğa, bilərzik); dəyəri 380 manat olan gümüş, rəngli qaşlı üzük; dəyəri 450 manat olan gümüş, tək zirkon qaşlı üzük; ümumi dəyəri 500 manat olan 1 ədəd qızıl bilərzik və 1 ədəd qızıl boyunbağı və ya həmin qızıl əşyalarının dəyəri məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar