Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1037/2021 19.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, cavabdeh Çexiyanın xxxxşirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Çexiyanın xxxxşirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı mənəvi ziyanın tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Çexiyanın xxxxşirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmünə əsasən X1 Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib, onu 03 (üç) il müddətinə nəqliyyat xasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək məhkəmə zalından həbs edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzanın əvvəli barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi gündən, yəni xx xxxx 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 1(103)-86/15 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin X16 barəsində olan xx xxxxxx 2014cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 1(102)- 200/2016 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının məhkum X16 barəsində olan xx xxxx 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin əsas halları ondan ibarətdir ki, məhkum olunmuş X16 etibarnamə əsasında idarə etdiyi “Volvo” markalı, 11027283 dövlət nömrə nişanlı Yük avtamobillə xx xxxx 2014-cü il tarixdə saat 10:52 radələrində Bakı şəhəri, Binəqədi şossesi ilə Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən, Favorit marketin qarşısında “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 54-cü maddəsinin 1-ci hissəsinin tələbələrinin kobud şəkildə pozmuş, hərəkətə başlamazdan əvvəl müvafıq isitiqamətə təhlükəsiz manevr etməklə hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu, nizamlanan piyada keçidlərində işıqforun icazə siqnalı yandırıldıqda, həmin istiqamətin hərəkət hissəsindəki piyadaların yolu keçməsini başa çatdırmalarına imkan verməli, piyada keçidində nəqliyyat vasitələrin hərəkəti nizamlayıcı tərəfindən və ya işıqfor vasitəsilə nizamlanmadığı halda, sürücü yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamaq üçün keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı olduğu, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa nəqliyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda qaydaya riayət etməyib, avtomobilin qabaq tərəfi ilə yolu keçən piyadalar Telman Nəcəfov və Ziba Nəcəfovanı vuraraq yol hərəkəti qaydalanın pozmaqla ehtiyatsızlıqdan törətdiyi əməl nəticəsində Telman Nəcəfov müxtəlif dərəcəli, o cümlədən həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər alaraq hadisə yerində, Ziba Nəcəfova isə müxtəlif dərəcəli, o cümlədən həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər alaraq xəstəxanada ölmüşlər. Vəfat edən şəxslər valideynləri idi. Təqsirləndirilən şəxs X10 təqsiri, yəni cinayət əməlini törətməsi iş materailları ilə kifayət qədər sübuta yetirildiyinə görə onun barəsində hökm çıxarılaq o, məhkum edilmişdir. Hökmdən də görünür ki, məhkum olunmuş X16 hadisəni törədərkən Çexiyanın xxxxşirkətinin Azərbaycan Respublikasındakı filialında sürücü işləmiş, cinayət hadisəsini də birbaşa olaraq sürücüsü olduğu şirkətə məxsus Volvo markalı 11027283 dövlət nömrə nişanlı avtomobillə törətmişdir. Göründüyü kimi ana və atasının vəfatı Çexiyanın xxxxşirkətinin Azərbaycan Respublikasındakı filialının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Yuxanda qeyd olunan faktlar və təqsir qanuni qüvvə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmü ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona bir övlad kimi mənəvi zərər dəymiş, valideynlərinin birdən birə hər ikisini itirmişdir. Valideynlərinin faciəvi şəkildə həlak olmasından sonra psixi durumu pisləşmiş, səhhətində müxtəlif problemləri yaranmışdır. Bu günədək valideynlərinin faciəli ölümünün ağrı acı-iztirabını çəkir. İşin hallarına əsasən cavabdeh qurumun işçisinin hüquqazidd hərəkəti nəticəsində onun faktiki mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulan məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxx 2014-cü il tarixli 64 saylı rəyindən görünür ki, Telman Nəcəfovun meyitində - başın təpə- gicgah nahiyyəsində sıyrıq, üzün sağ yarısında və qulaq seyvanında əzilmiş yara, qançır ilə sıyrıqlar, sağ əldə əzilmiş-cırılmış yara, sağ qılça, qasıq və bud nahiyylərində geniş sahəli əzilmiş-soyulmuş yara, sol bud-çanağı oynağında sıyrıq, döş və sağ körpücük sümüklərinin, hər iki tərəfdə İİ-İX qabırğaların qapalı yerdəyişmiş sınıqları, hər iki ağ ciyərin cırılmış yaralanmaları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatı olub mərhumun ölümündən az əvvəl bərk kürt əşyanın (əşyaların) təsirindən törənmişlər və dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olun sağlamlığa ağır zərər vurmağa aid olub bilavasitə onun ölümünə səbəb olmuşdur. Telman Nəcəfovun ölümünə səbəb bədəninin küt travması nəticəsində skelet sümüklərinə çoxsaylı sınıqlarından və ağ ciyərlərin cırılmış yaralanmadığından yaranmış travmatik və hemoraggik şok olmuşdur. Ölümünün baş vermə müddəti ilkin meyil əlamətlərinə görə mərhumun meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əmələ uyğun gəlir. Telman Nəcəfovun meyidinin bədənində aşkar edilmiş xəsarətlər qərarını təsviri hissəsinin göstərilən şəraitdə hərəkətdə olan avtomobilin piyadanı vurması və sonuncuda həmin avtomobilin təkərinin bədən hissələrinin üzərindən keçməsi nəticəsində gələ bilər. Həmçinin iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxx 2014-cü il tarixli nömrəli rəyindən görünür ki, Ziba Nəcəfovanın meyidində üzün sağ yarısında və burnunda sıyrıqlar, sağ əldə qançır və sıyrıq, sağ bud nahiyyəsində geniş qançır, hər iki baldır nahiyyələrində aşıq-baldır oynaqlarında və aşağı pəncələrində geniş sahəli əzilmişsoyulmuş yaralar, hər iki bud sümüklərinin aşağı 1/3-nin, hər iki baldır sümüklərinin, aşıqbaldır oynağı və ayaq sümüklərinin çoxsaylı açıq qəlpəli sınıqları aşkar edilmişdir. Göstərilən xəsarətlər həyatı olub bərk küt əşyanın təsirindən törənmişdir və dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub, bilavasitə onun ölümünə səbəb olmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində valideynlərinin faciəvi şəkildə ölməsindən sonra onun düşdüyü durum və hər gün bu halı müşahidə edərkən, məhkəmə hökmündə və ekspert rəyində sadalananlar mərhum valideynlərinin ölmüş bədənləri gözünün önündə canlanır. Bu səbəbdən vurulmuş və vurulmaqla bitməyərək hər gün davam edən mənəvi zərər, ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbləri baxımından da buna hüququ vardır. Qanuverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum valideynlərinin faciəvi şəkildə ölməsindən bu günədək davam edə stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona, dəymiş üç milyon manat məbləğində mənəvi zərər cavabdehdən alınaraq ona ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmədən cavabdeh X5 EU S.R.O şirkətinin Azərbaycan Respublikasındakı filialından ******* (üç milyon) manat məbləğində mənəvi zərərə görə koımpensasivanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Çexiyanın xxxxşirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. İddiaçı öz iddia ərizəsini onunla əsaslandırmışdır ki, məhkum olunmuş X16 hadisəni törədərkən Çexiyanın xxxxŞirkətinin Azərbaycan Respublikasındakı Filialında sürücü işləmiş və cinayət hadisəni də birbaşa olaraq sürücüsü olduğu şirkətə məxsus “Volvo” markalı H027283 dövlət nömrə nişanlı avtomobillə törətmişdir. Nəticədə ona mənəvi zərər dəymiş, onun psixi durumu pisləşmiş, səhhətində müxtəlif problemlər yaranmışdır. Məhkəməyə bildirmək istəyir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmü ilə X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirərək məhkəmə zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzanın əvvəli barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçildiyi gündən, yəni xx.xx.2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Göründüyü kimi, iddiaçıya mənəvi zərər yetirmiş hadisəni törətmiş şəxs qanunla cəzalandırılmışdır, iddiaçının, həmin şəxsə qarşı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, mülki iddia vermək hüququ vardır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 181.2.4-cü maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Lakin, iddiaçı bunu etməmiş, cinayət əməlini bilavasitə törədən şəxsə qarşı hər hansı mənəvi zərər tələbi olmamışdır. Bundan başqa, həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Lakin cinayət mühakimə icraatı zamanı mülki iddia verməyən iddiaçı, hansı mülki mühakimə icraatı zamanı iddia vermiş, lakin hadisəni törətmiş şəxsə deyil, hazırda Filiala qarşı iddia vermişdir. Beləliklə müəyyən olunur ki, iddiaçının hadisəni birbaşa törətmiş şəxsə qarşı hər hansı mənəvi tələbi olmamış, onun yalnız Filiala qarşı tələbi vardır, halbuki mülki məsuliyyəti birbaşa qanunvericilikdə hadisəni törədən şəxs çəkir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bundan başqa, mənəvi zərəri bilavasitə zəzərvuran şəxsdən tələb edilməsi digər hüquqi aktlarda təsbit olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Konstitusiya Məhkəməsinin həmin Qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Onun və hazırda rəhbəri olduğu hüquqi şəxsin təqsiri ilə bağlı aşağıdakıları vurğulamaq istəyir. Hadisə törədilən zamanı o, hüquqi şəxsin rəhbəri olmamış (Əmək kitabçamın təsdiq olunmuş surəti əlavə olunur), iş materiallarında olan etibarnamə ilə müəyyən olunur ki, hadisə törətmiş şəxsə etibarnaməni o verməmiş, o zaman Filialın direktoru olan M.Bayramov vermişdir. Bundan başqa, cavabdeh Çexiyanın "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialın fəaliyyəti xx.xx.2017-ci ildən bu günə kimi dayandırılmış, heç bir fəaliyyəti, gəliri və əmlakı yoxdur. Belə olan təqdirdə, cavabdehin üzərinə əmlak məsuliyyətinin qoyulması qanunaziddir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Bundan başqa, baş vermiş hadisə, məhkum edilmiş şəxsin qəsdi deyil ehtiyatsızlığı səbəbindən baş vermişdir. Məhz buna görə də o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə məhkum edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu səbəbdən də, hesab edir ki, ehtiyatsızlıqdan hadisə törətmiş şəxsin əməlinə görə onun işlədiyi müəssisənin məsuliyyət daşıması qanunziddir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Ali Məhkəmənin həmin Qərarına əsasən, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarını müəyyən edilərkən, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Göründüyü kimi, həm Konstitusiya həm də Ali Məhkəmənin Plenum qərarlarında mənəvi zərərin ödənilməsi zamanı mütləq zərərvuranın təqsiri müəyyən edilməsi təsbit edilmişdir. Zərərvuran isə Filial deyil, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(101)-1065/2014 saylı hökmü ilə məhkum edilən X13r. Belə olan təqdirdə, zərərvuran olmayan şəxs Filialdan mənəvi zərərin tutulması qanunaziddir. Digər tərəfdən, Filial 3-cü şəxslərə dəymiş zərərin əvəzinin ödənilməsi üçün “xxxx”xxxx“xxxx” ASC iddiaçıya itirdiyi hər valideyni üçün 5000 (beş min) manat, ümumilikdə isə 10000 (on min) manat məbləğində Sağlamlığa dəyən zərəri ödəmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən. Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi saymır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən, şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması, şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik) və şəxsin ölümü, fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. Beləliklə müəyyən olunur ki, İddiaçı Filialdan deyil zərərvuran şəxs - X7 mənəvi zərəri tələb etmək hüququ vardır. İddiaçı cinayət mühakimə icraatı qaydasında zərərvuran şəxs X14 qarşı mülki iddiası olmamışdır. İddiaçı baş vermiş sığorta hadisəsinə görə “xxxx” ASC-dən sağlamlığa dəymiş zərərə görə sığorta ödənişi almışdır. Hadisə baş vermiş dövrdə cavabdeh Çexiyanın "xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialın rəhbəri X3 olmuş və o, zərərvuranı işə götürmüş və ona nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Cavabdeh Çexiyanın xxxxŞirkətinin Azərbaycan Respublikasındakı Filialı 2017-ci ildən bu günə kimi, fəaliyyəti dayandırılmış, hər hansı gəliri və əmlakı yoxdur. Cavabdeh İddiaçı qarşı mənəvi zərər yetirən hər hansı hərəkət törətməmiş və zərərvuran şəxs olmadığı üçün cavabdeh qismində çıxış edə bilməz və onun cavabdeh qismində prosessual statusuna xitam verilməlidir. İddiaçı zərərvuran şəxs X14 qarşı zərərin ödənilməsi tələbi olmadığı üçün onun cavabdeh Çexiyanın Cavabdehn Azərbaycan Respublikasındakı Filialına qarşı “Mənəvi zərərin ödənilməsi tələbi” təmin edilə bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmədə iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin ata qrafasında X8, ana qrafasında isə X15 qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Volvo yük markalı, H027283 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Çexiyanın xxxxşirkətinin Azərbaycan Respublikasındakı filialıdır. Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X2 xxxxşirkətinin Azərbaycan Respublikasındakı filialında xx.xx.2013-cü il tarixdə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2014-cü il tarixdə ƏM-nin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsininin xx.xx.2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmündən görünür ki, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3. maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, məhkəmə zalından həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə, cəzanın əvvəli barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi gündən, yəni xx xxxx 2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(103)-86/2015 saylı qərarından görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsininin xx.xx.2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(102)-299/2016 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(103)- 86/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X16 əmək müqaviləsinə əsasən cavabdeh şirkətdə işləməklə, etibarnamə əsasında idarə etdiyi və cavabdeh Çexiyanın xxxxşirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus Volvo yük markalı, H027283 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində iddiaçının valideynləri olan X8 və X15 xəsarət alaraq, vəfat etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsininin xx.xx.2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmünə əsasən, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3. maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, məhkəmə zalından həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə, cəzanın əvvəli barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi gündən, yəni xx xxxx 2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(103)-86/2015 saylı qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsininin xx.xx.2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmü, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(102)-299/2016 saylı qərarı ilə isə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(103)-86/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının tələbi məruz qaldığı mənəvi zərərin əvəzi kimi cavabdehdən üç milyon manat məbləğində pulun tutulmasından ibarətdir. Cavabdeh Çexiyanın xxxxşirkətinin Azərbaycan Respublikasındakı filialı iddianı qəbul etmir. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Məhkəmə qeyd edir ki, Arif Yusifovun qanuni qüvvədə olan hökmlə müəyyən edilən qanunazidd hərəkətləri nəticəsində iddiaçının məruz qaldığı ziyandan məhz Çexiyanın xxxxşirkətinin Azərbaycan Respublikasındakı filialı məsuliyyət daşıyır. Cavabdeh etirazının əsası kimi filialın mülki hüquq pozuntusuna yol verməsinin sübut edilmədiyini göstərsə də, məhkəmə bununla razılaşmır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir və bu səbəblə də cavabdeh təşkilatın işçisi olmuş A.Yusifovun təqsirliliyi məsələsinin araşdırılmasına ümumiyyətlə zərurət olmamaqla bu, prosessual qənaət prinsipinə də uyğun hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Odur ki, onun məruz qaldığı mənəvi ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə işin halları baxımından mənəvi ziyana görə tələb edilən 3.000.000 manat məbləğini yüksək hesab edərək belə qənaətə gəlir ki, tələb edilən məbləğ onun pozumuş hüquqlarının ədalətli şəkildə bərpasından çox onun zənginləşməsinə xidmət etmiş olacaqdır ki, bu da mənəvi zərərlə bağlı institutun məqsədlərinə ziddir. Bu səbəbdən də, iddiaçıya dəymiş mənəvi zərərin 40000 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən Plenum Qərarının 11-ci bəndinə görə mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə məyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Çexiyanın xxxxşirkətinin Azərbaycan Respublikasındakı filialından mənəvi ziyanın əvəzi olaraq 40000 (qırx min) manat məbləğində kompensasiya tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Çexiyanın xxxxşirkətinin Azərbaycan Respublikasındakı filialından mənəvi ziyanın əvəzi olaraq 40000 (qırx min) manat məbləğində kompensasiya tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1037/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1037/2021
19.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver