Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1046/2022 23.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Milli X5, Etnoqrafiya və Antropologiya İnstitutuna qarşı “əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli X5, Etnoqrafiya və Antropologiya İnstitutuna qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda ümumi işlər üzrə direktor müavini vəzifəsində işlədiyi xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə "Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7 müəyyən olunmuş qaydada ödənilməyən 31.684 manat əmək haqqı borcunun və həmin dövr ərzində ödənilməyən hər il üçün nəzərdə tutulmuş illik müavinətlərin AMEA Arxeologiya, Etnoqrafiya və X4 Malik Əli oğlunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək İddiaçı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda ümumi işlər üzrə direktor müavini vəzifəsinə işə qəbul edilərkən ona əmək müqaviləsinə xitam verilənədək ödənilmiş əmək haqqı məbləğinin, xx.xx.2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2008-ci il tarixli 1-4 saylı Qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16” və xx.xx.2017-ci il tarixdən hal-hazıradək qüvvədə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16” üzrə həmin vəzifə üçün müəyyən edilmiş 17-19 ödəniş dərəcə diapazonu ilə və həmin dərəcəyə uyğun əmək haqqı məbləği ilə ödənilməməsindən ibarət AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun hərəkətlərinin qanunsuz sayılması barədə və İddiaçı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda ümumi işlər üzrə direktor müavini vəzifəsində işlədiyi bütün dövr üzrə “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7 müəyyən olunmuş qaydada ödənilməyən əmək haqqı borcunun və əmək haqqına mütənasib həmin dövr ərzində Vahid X10 uyğun olmayan şəkildə ödənilməyən hər il üçün nəzərdə tutulmuş məzuniyyət pullarının, mükafatların və illik müavinət məbləğlərinin hesablanaraq AMEA Arxeologiya, Etnoqrafiya və X4 Malik Əli oğlunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda ümumi işlər üzrə direktor müavini vəzifəsinə işə qəbul edilərkən (xx.xx.2014-cü il) ona əmək müqaviləsinə xitam verilənədək (xx.xx.2021-ci il) ödənilmiş əmək haqqı məbləğinin, xx.xx.2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2008-ci il tarixli 1-4 saylı Qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16” və xx.xx.2017-ci il tarixdən hal-hazıradək qüvvədə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16” üzrə həmin vəzifə üçün müəyyən edilmiş 17-19 ödəniş dərəcə diapazonu ilə və həmin dərəcəyə uyğun elm və elmi xidmət müəssisəsi (idarəsi, təşkilatı) rəhbərinin aylıq vəzifə maaşının faizi nisbətində əmək haqqı məbləği ilə hesablanmamasından və ödənilməməsindən ibarət AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun hərəkətlərinin qanunsuz sayılması və İddiaçı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda ümumi işlər üzrə direktor müavini vəzifəsində işlədiyi bütün dövr üzrə (xx.xx.2014-cü ildən xx.xx.2021-ci ilədək) “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16”nda (xx.xx.2017-ci il tarixədək qüvvədə olan və xx.xx.2017-ci il tarixdən hal-hazıradək qüvvədə olan) müəyyən olunmuş qaydada, yəni “Elmi müəssisənin (təşkilatın) rəhbərinin müavini” üçün müəyyən edilmiş 17-19 ödəniş dərəcə diapazonu ilə və rəhbərin aylıq vəzifə maaşının faizi nisbətində ödənilməyən əmək haqqı borcunun və əmək haqqına mütənasib həmin dövr ərzində Vahid X10 uyğun olmayan şəkildə ödənilməyən hər il üçün nəzərdə tutulmuş məzuniyyət pullarının, mükafatların və illik müavinət məbləğlərinin yenidən hesablanaraq İddiaçı ödənilməsi vəzifəsinin AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun üzərinə qoyulması barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh İnstitutda ümumi işlər üzrə direktor müavini vəzifəsində çalışdığı müddətdə ona təyin edilmiş əmək haqqı məbləği cavabdeh tərəfindən “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16”nda müəyyən olunmuş qaydada hesablanmamış və ödənilməmişdir. Cavabdeh İnstitutun mövqeyi ondan ibarətdir ki, işçiyə ödənilməli olan əmək haqqı məbləği onunla bağlanmış əmək müqaviləsinə əsasən müəyyən edilir, işçi olaraq İddiaçı əmək müqaviləsi üzrə hansı məbləğ müəyyən edilibsə, həmin məbləğ də ödənilməlidir və “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16’nda müəyyən olunmuş qayda işçi İddiaçı şamil edilə bilməz. Əvvəlki məhkəmə araşdırmaları gedişində tərəfinizdən Azərbaycan Milli Elmlər Akademiyasına sorğu verilmiş, AMEA xx.xx.2022-ci il tarixli xx-xx/2022 saylı məktubla sorğuya cavab olaraq bildirmişdir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ümumi işlər üzrə direktor müavinin vəzifə maaşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 12 saylı Qərarları ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X18”sına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin X27 ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərarına əsasən tənzimlənir. Beləliklə, cavabdeh Arxeologiya, Etnoqrafıya və Antropologiya İnstitutunun tabe olduğu Azərbaycan Milli Elmlər Akademiyası İddiaçı “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X18”sına əsasən əmək haqqı hesablanmalı və ödənilməli olmasını artıq qəbul etmişdir. Daha sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X23 Xidmətinə etdiyi müraciətlərin nəticəsində, Xidmət xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixli məktublarında iddia tələbində olduğu kimi Əmək Məcəlləsinin 155, 156-cı maddələrinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 12 saylı Qərarları ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X18”sına istinad edərək, əmək haqqı məbləğlərinin həmin dərəcələrə uyğun ödənilməli olmasını və hətta buna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinin tələblərinə görə inzibati tənbeh verilməsinin mümkünlüyünü də qeyd etmişdir. Bundan başqa, məhkəmə tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X23 Xidmətinə göndərilmiş sorğuya cavab olaraq Xidmət elektron İnformasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatı məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş əmək müqaviləsi bildirişinə diqqət yetirdikdə müəyyən olunur ki, İddiaçılə İnstitut arasında əmək müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanıb, məhkəməyə təqdim edilən əmrin tarixi xx.xx.2014-cü il tarixi göstərilməsinə baxmayaraq, elektron informasiya sistemində əmək müqaviləsinin xx.xx.2014-cü il tarixdə bağlandığı göstərilmişdir. Bütün məhkəmə iclasları gedişində məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh İnstitut İddiaçılə bağlanmış əmək müqaviləsini məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq, bu barədə bildiriş-məlumat elektron informasiya sistemində xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Yəni, iddiaçı cavabdeh İnstituta qarşı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia verdikdən 6 gün sonra cavabdeh İnstitut iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri elektron İnformasiya sistemində yerləşdirilmişdir. Bu faktlar onu təsdiq edir ki, iddiaçı ilə həm əmək müqaviləsi bağlanan, həm də əmək müqaviləsinə xitam verilməsi zamanı verilmiş əmrlər qanunsuz olmuşdur. Həm xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş, həm də xx.xx.2017-ci il tarixdən hal-hazıradək qüvvədə olan “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X18”larında elmi müəssisənin rəhbərinin müavini üçün ödəniş dərəcə diapazonu 17-19 müəyyən edilmişdir. Yəni, İddiaçı Arxeologiya, Etnoqrafıya və Antropologiya İnstitutunda işlədiyi bütün dövr ərzində ümumi işlər üzrə direktor müavini vəzifəsində 16-cı dərəcə ilə çalışdırılması və həmin dərəcə ilə ona əmək haqqı ödənilməsi həm Əmək Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinə və 156-cı maddəsinin 2-ci hissəsinə, həm də “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X18”larının yuxarıda qeyd edilən tələblərinə zidd olmuşdur. İddiaçı işlədiyi bütün dövr üzrə əmək haqqı məbləğləri “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X18”larının tələblərinə zidd ödənilmişdir, o cümlədən həmin tələblər əsasında da iddiaçının almalı olduğu əmək haqqına mütənasib hesablanmış məzuniyyət haqları, mükafatlar, müavinətlər və s. əmək ödənişləri də Vahid X3 tələblərinə uyğun hesablanmamış və ödənilməmişdir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Milli X5, Etnoqrafiya və Antropologiya İnstitutu iddiaya etirazla məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası tam şəkildə əsassızdır. İddiaçının 03 iyun 2014-cü il tarixli 20 saylı əmrin çıxarışından görünür ki, o 16-cı dərəcə ilə əmək haqqı (320 manat) miqdarında müəyyən edilməklə İnstitutun ümumi işlər üzrə direktor müavini (təsərrüfat işləri üzrə) işə qəbul edilmişdir. Əsas İddiaçı 2014-cü il 03 iyun tarixli ərizəsi və direktorun sərəncamı olmuşdur. İddiaçı 2014-cü il tarixdən-2021-ci ilə qədər nə İnstitutun direktoruna, nə AMEA-nın Rəyasət Heyətinə, nə .AMEA-nın Maliyyə şöbəsinə, nə AR Maliyyə Nazirliyinə, nə də AR X11 yoxlama aparan auditə əmək haqqının düzgün hesablanmaması barədə müraciət etməmişdir. Əgər iddiaçının elə bir müraciəti varsa məhkəməyə təqdim edilməsini cavadeh olaraq tələb edirlər. İddiaçı bütün əmək məzuniyyətlərindən istifadə etmiş və sonda işdən öz ərizəsi ilə çıxarkən ona son haqq-hesab tam şəkildə ödənilmişdir. 10 oktyabr 2019-cu il tarixdə İddiaçı əmək haqqına 50% əlavə edilməsi barədə 368 nömrəli əmrdən görünür ki, o oktyabr ayının 10-dan dekabr ayının 31-dək əmək haqqına 16-cı dərəcənin 50 faizi 228.50 manat əlavə edilmişdir. 07 yanvar 2020-ci il tarixdən İddiaçı əmək haqqına 50% əlavə edilməsi barədə 07 saylı əmrdən görünür ki, 2020-ci ilin yanvar ayının 7-dən dekabr ayının 31-dək əmək haqqına 16cı dərəcənin 50%-i 228.50 (iki yüz iyirmi səkkiz manta əlli qəpik) əlavə edilməsi göstərilmişdir. Bundan əlavə, 09 iyul 2015-ci il tarixli 131 nömrəli əmrlə, 2016-cı il 15 mart 30 nömrəli əmrlə, 01 avqust 2017-ci il 204 nömrəli əmrlə, 12 iyul 2018-ci il tarixli 201 nömrəli əmrlə, 15 iyul 2019-cu il tarixli 271 nömrəli əmrlə, noyabr 2020-ci il tarixli 201 nömrəli əmrlə, 06 yanvar 2021-ci il tarixli 03 nömrəli əmrlə İddiaçı bütün əmək məzuniyyətlərindən tam şəkildə istifadə etmişdir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi baş əmək müfəttişi X24 izahatında bildirmişdir ki, iddiaçı AMEA-nın əməkdaşı olduğu üçün onun əmək haqqı vahid tarif sorğu kitabçasına uyğun olaraq hesablanıb ödənilməlidir. Hər bir müəssisənin özünün ştatlara uyğun maaş dərəcələri olduğu kimi dövlətdən maliyyələşən orqanlarda əmək haqqı vahid tarif sorğu kitabçasına uyğun olaraq hesablanıb ödənilir. Əgər vətəndaş işdən hansı tarixdən azad olma tarixi qoymayıbsa, ərizəni veridiyi tarixdən 1 ay müddətində işdən azad edilə bilər, işəgötürən həmin məsələni bir ay müddətində araşdıra bilər. Əgər həmin gün işdən çıxma əmri verilmişdirsə, ancaq müəssisə həmin gün AR Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əməl etməmişdirsə, AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsı ilə maddi məsuliyyət daşıyır. AR Nazirlər Kabinetinin vahid tarif sorğu kitabında (2017-ci il tarixli) göstərilmişdir ki, əgər 7 il öz ixtisası üzrə fəaliyyət göstəribsə, iddiaçı da qeyd edir ki, əvvəlcə təsərrüfat işləri üzrə, daha sonra isə ümumi işlər üzrə direktor müavini vəzifəsində çalışıbsa, hesab etmək olar ki, o artıq 17-19-cu dərəcə üzrə işə qəbul olunmuşdur və əmək haqqı da ona uyğun hesablanmalıdır. Ən pis halda, iddiaçının əmək haqqı rəhbərin (direktorun) maaşından 20 faiz aşağı ödənilməli idi. AR Əmək Məcəlləsində qeyd olunduğu kimi, işəgötürən və işçi arasında olan münasibətlərdə qanun çərçivəsində əqdlərə yol verilir. Müəssisə qanunda hər hansı boşluqdan və ya imperativ üstünlüklərdən istifadə edərək təlqin edə bilməz. Qanun çərçivəsində qarşılıqlı razılıq olmalıdır, ancaq bu qarşılıqlı razılıq işçinin hər hansı hüququnu istisna edə bilməz. Əgər cavabdeh tərəfin dediyi kimi, əlavələr və digər ödənişlər nağd şəkildə iddiaçıya verilmişdirsə, bununla bağlı kassa məxaric orderi və kassa kitabını məhkəməyə təqdim etməlidir ki, həmin ödənişlər kart vasitəsilə yox, nağd şəkildə ödənilmişdir. Əmrdə həvəsləndirmə məqsədilə bir il ərzində verilməsi nəzərdən tutulubsa, əmr verilədək onu ödəmək artıq müəssisənin mükəlləfiyyətidir. Əmr verilənədək verməyə bilərdi, habelə birdəfəlik mükafat kimi verə bilərdi. Ancaq bunu üçün 3 ay üçün əmrləşdirib ancaq verməyibsə AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsini pozmuşdur. İşəgötürən müəssisə tərəfindən 17-19-cu dərəcə ilə hesablanmalı olan vəzifəyə 16 dərəcə ilə maaş ödənilməsini təklif etmək özü qanun pozuntusudur. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iddia müddətinin tətbiqi barədə ərizəsini, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Milli Elmlər X2 və Antropologiya İnstitutunun 24 noyabr 2021-ci il tarixli 325 nömrəli əmrinə əsasən, inistitun ümümi işlər üzrə müavini İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmrdə onun verilməsi üçün əsas kimi xx.xx.2021-ci il tarixli 335 nömrəli ərizə göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 336 nömrəli ərizədən görünür ki, İddiaçı onu tutduğu vəzifədən azad edilməsini Azərbaycan Milli Elmlər X2 və Antropologiya İnstitutunun baş direktorundan xahiş etmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Ümumi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuş, xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinini 68.2-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2008-ci il tarixli 1-4 saylı Qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16” üzrə “Elm və elmi xidmət müəssisənin(idarəsinin,təşkilatının) rəhbəri” vəzifəsi 17-19-cu dərəcə diapazonuna aid edilmişdir. İş materiallarında olan qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 12 saylı Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2008-ci il tarixli 1-4 nömrəli Kollegiya qərarının 1-ci hissəsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X10 giriş hissəsində qeyd olunur ki, elmi müəssisə və təşkilatın rəhbərinin müavininin, eləcə də müəssisənin struktur bölməsinin (şöbəsinin) rəhbərlərinin müavinlərinin vəzifə maaşı müvafiq müəssisə (bölmə, şöbə) rəhbərlərinin rəhbərlərinin vəzifə maaşından 10-20 faiz aşağı müəyyənləşdirilir. Həmin hissədə elmi müəssisənin (təşkilatın) rəhbəri 17-19, elmi müəssisənin (təşkilatın) rəhbərinin müavini 17-19 ödəniş dərəcələri diapozunu kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər X9 11/8 nömrəli, xx.xx.2017-ci il tarixli qərarında qeyd olunur ki, AMEA-nın elmi müəssisə və təşkilatların rəhbərlərinə tapşırılsın: elmi müəssisə və təşkilatların ştatştat cədvəllərini 1 ay müddətində öz fəaliyyət istiqamətlərinə uyğun qüvvədə olan elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7 nəzərdə tutulmuş ödəniş dərəcələrinin diapozonuna uyğun tərtib etsinlər. İş materiallarında olan 23 noyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, ümumi işlər üzrə direktor müavini İddiaçı adında olan əmlaklar cədvəldə göstərilməklə İnstitutun təchizat və xidmət şöbəsinin müdiri X21 təhvil verilməsi barədə akt tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər X1 və Antropologiya İnstitutunun xx.xx.2022ci il tarixli məlumatında qeyd olunur ki, sabiq direktorun ştat cədvəlinə görə vəzifə maaşı xx.xx.2019-cu il üzrə 895 manat, xx.xx.2020-ci il üzrə 906 manat, 2021-ci il üzrə 906 manat, direktor müavininin ştat cədvəlinə görə vəzifə maaşı xx.xx.2019-cu il üzrə 405 manat, xx.xx.2020-ci il üzrə 457 manat, 2021-ci il üzrə 457 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Milli Elmlər X1 və Antropologiya İnstitutunun 23 aprel 2018-ci il tarixli nömrəli əmək haqlarının artırılması barədə əmrinə əsasən, İddiaçı 2018-ci il martın 01-dən əmək haqqı 388 (üç yüz səksən səkkizd) manat miqdarında müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər X1 və Antropologiya İnstitutunun ştat cədvəllərindən görünür ki, ümumi işlər üzrə direktor müavininin tarif üzrə vəzifə maaşı 2015-ci il üçün 320 manat, 2016-cı il üçün 320 manat, 2017-ci il üçün 352 manat, 2018-ci il üçün 352 manat, 2019-cu il üçün 388 manat, 2020-ci il üçün 457 manat, 2021-ci il üçün 457 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Milli Elmlər X2 və Antropologiya İnstitutunun xx.xx.2022ci il tarixli arayışda qeyd olunur ki, institutun keçmiş əməkdaşı İddiaçı hər il işçi üçün nəzərdə tutulmuş məzuniyyət hüququndan tam şəkildə istifadə etmişdir. İddiaçı hər il üçün işçiyə AMEAnın prezidentinin sərəncamına əsasən ayrılan maliyyə vəsaitindən bayram günlərində mükafatlar tam şəkildə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 30 avqust tarixli 12 nömrəli “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X18sTnın təsdiq edilməsi barədə Qərarına əsasən elmi müəssisə və təşkilatın rəhbərinin müavininin, eləcə də müəssisənin struktur bölməsinin (şöbəsinin) rəhbərlərinin müavinlərinin vəzifə maaşı müvafiq müəssisə oolmə, şöbə) rəhbərlərinin vəzifə maaşından 10-20 faiz aşağı müəyyənləşdirilir. Belə ki, elmi müəssisənin təşkilatın rəhbərinin ödəniş dərəcələrinin diapozonu 17-19 aralığındadır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd olunur ki, hüquqi şəxs Azərbaycan Milli Elmlər X2 və Antropologiya İnstitu ilə şəxslər arasında kağız üzərində bağlanmış əmək müqavilələri X23 Xidmətində mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli imtina m’ktubunda qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Bakı şəhəri İdarəsinin mütəxəssisi xx.xx.2022-ci il tarixdə məhkəmə ekspertizası mərkəzində iştirak etsə də işin nəticəsi barədə rəy və ya məktub daxil olmadığından ekspertizanın aparılmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Milli X15, Etnoqrafiya və Antropologiya İnstitutu 03 iyun 2014-cü il tarixli 22 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı 2014-cü il iyunun 3-dən 16-cı dərəcə ilə əmək haqqı 320 manat miqdarında müəyyən edilməklə İnstitutun ümumi işlər üzrə direktor müavini vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Milli X15, Etnoqrafiya və Antropologiya İnstitutunun xx.xx.2021-ci il tarixli 325 saylı əmri ilə İnstitutun ümumi işlər üzrə direktor müavini İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən 2021-ci il 24 noyabr tarixindən tutuduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Milli X15, Etnoqrafiya və Antropologiya İnstitutunun 10 oktyabr 2019-cu il tarixli 368 nömrəli əmri ilə İnstitutun ümumi işlər üzrə direktor müavini İddiaçı 2019-cu il oktyabr ayının 10-dan dekabr ayının 31-dək əmək haqqına 16-cı dərəcənin 50 faizi 228.50 manat əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Milli X15, Etnoqrafiya və Antropologiya İnstitutunun 07 yanvar 2020-ci il tarixli 7 nömrəli əmri ilə İnstitutun ümumi işlər üzrə direktor müavini İddiaçı 2020ci ilin yanvar ayının 7-dən dekabr ayının 31-dək əmək haqqına 16-cı dərəcənin 50 faizi 228.50 manat əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Milli X15, Etnoqrafiya və Antropologiya İnstitutunun 09 iyul 2015-ci il tarixli 131 nömrəli əmri ilə İnstitutun ümumi işlər üzrə direktor müavini İddiaçı 2014- 2015-ci il iyul ayının 24-dən avqust ayının 23-dək 30 gün müddətinə əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Milli X15, Etnoqrafiya və Antropologiya İnstitutunun 01 avqust 2017-ci il tarixli 204 nömrəli əmri ilə İnstitutun ümumi işlər üzrə direktor müavini İddiaçı xx.xx.2017-ci il tarixdən 30 təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Milli X15, Etnoqrafiya və Antropologiya İnstitutunun 12 iyul 2018-ci il tarixli 201 nömrəli əmri ilə İnstitutun ümumi işlər üzrə direktor müavini İddiaçı xx.xx.2018-ci il tarixdən 30 təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Milli X15, Etnoqrafiya və Antropologiya İnstitutunun 15 iyul 2019-cu il tarixli 271 nömrəli əmri ilə İnstitutun ümumi işlər üzrə direktor müavini İddiaçı xx.xx.2019-cu il tarixdən 32 təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Milli X15, Etnoqrafiya və Antropologiya İnstitutunun 01 noyabr 2020-ci il tarixli 201 nömrəli əmri ilə İnstitutun ümumi işlər üzrə direktor müavini İddiaçı xx.xx.2020-ci il tarixdən 32 təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Milli X15, Etnoqrafiya və Antropologiya İnstitutunun 06 yanvar 2021-ci il tarixli 03 nömrəli əmri ilə İnstitutun ümumi işlər üzrə direktor müavini İddiaçı xx.xx.2021-ci il tarixdən 32 təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Milli Elmlər X6 01 oktyabr 2021-ci il tarixli qərarında göstərilir ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru tarix elmləri doktoru X12 fəaliyyətində müəyyən edilmiş nöqsan və çatışmazlıqların diqqətə çatdırılması və onun tutduğu vəzifədən öz xahişi ilə azad edilməsi barədə təqdim etdiyi ərizəsi nəzərə alınması, həmin qərarda həmçinin İnstitutun baş mühasibi X13 və kadrlar şöbəsinin müdiri X14 əmək müqaviləsinə xitam verilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154-cü maddəsinə əsasən, əmək haqqı —müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Əmək Məcəlləsinin 54-cü maddəinin 1-ci hissəsinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi. Məcəllənin 158-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqaviləninbağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məcəllənin 156-cı maddəsinin 2-ci hissəsinə əsasən, yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan X18larına uyğun olaraq həyata keçirilir. Məcəllənin 57-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçinin əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X10 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2014-cü il tarixdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda ümumi işlər üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı (aylıq vəzifə maaşı) 457 manat olmuşdur. Qüvvədə olan Vahid X8 Elmi müəssisənin (təşkilatın) rəhbərinin müavini bölməsində göstərilir ki, elmi müəssisənin (təşkilatın) rəhbərinin elm və ya elmi xidmət sahəsi üzrə müavininin aylıq vəzifə maaşı həmin müəssisə (təşkilat) rəhbərinin vəzifə maaşından 10 faiz aşağı, təsərrüfat işləri üzrə müavininin aylıq vəzifə maaşı isə 15-20 faiz aşağı məbləğdə müəyyən olunur. Göründüyü kimi, xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda ümumi işlər üzrə direktor müavini vəzifəsində çalışan İddiaçı ödənilməli olan əmək haqqının İnstitutun direktorunun vəzifə maaşından minimum 10 faiz aşağı olması həm xx.xx.2017-ci il tarixədək, həm də xx.xx.2017-ci il tarixdən hal-hazıradək qüvvədə olan “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16”nda nəzərdə tutulmuşdur. Cavabdeh tərəfin iddiaçıya ödənilməli olan əmək haqqı məbləğini xx.xx.2017-ci il tarixədək qüvvədə olan və həmin tarixdən qüvvədə olan “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16”na uyğun hesablanmadığı iş materialları ilə sübuta yetir. Məhkəmə cavabdehin tərəflər arasında mövcud olan müqaviləyə əsaslanmaqla iddia tələbini rədd edilməli olması barədə mövqeyi ilə razılaşmır. Belə ki, işəgötürənin Əmək Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrini düzgün yerinə yetirməməklə işçinin əmək haqqını düzgün hesablanmaması qanuni və ədalətli hesab oluna bilməz. Belə ki, əməyin ödənilməsi dərəcələrinin düzgün müəyyən edilməsi işəgötürənin vəzifəsidir. Məhkəmə araşdırması zamanı, eyni zamanda müəyyən edilmişdir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktorunun aylıq vəzifə maaşı 2021-ci il üçün 906 manat nəzərdə tutulmuşdur. İddiaçı İnstitutun direktor müavini olaraq, Vahid X10 əsasən direktorun vəzifə maaşından minimum 15-20 faiz aşağı hesablanmalı və ödənilməli olmasına baxmayaraq, işlədiyi bütün dövr ərzində İddiaçı həmin məbləğ ödənilməmişdir. İddiaçı ödənilən əmək haqqı 2021-ci il üzrə (aylıq vəzifə maaşı) 457 manat olmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı İnstitutda işlədiyi dövrdə əmək haqqı (vəzifə maaşı) “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16”na uyğun ödənilməmişdir. Bunu məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X24 izahatında təsdiq edərək bildirmişdir ki, iddiaçı AMEA-nın əməkdaşı olduğu üçün onun əmək haqqı vahid tarif sorğu kitabçasına uyğun olaraq hesablanıb ödənilməlidir. Hər bir müəssisənin özünün ştatlara uyğun maaş dərəcələri olduğu kimi dövlətdən maliyyələşən orqanlarda əmək haqqı vahid tarif sorğu kitabçasına uyğun olaraq hesablanıb ödənilir. Bundan əlavə Azərbaycan Milli Elmlər Akademiyasınanın AMEA xx.xx.2022-ci il tarixli xx-xx/2022 saylı məktubunda qeyd edilmişdir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktor müavinin vəzifə maaşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017ci il tarixli 12 saylı Qərarları ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X18”sına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin X27 ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərarına əsasən tənzimlənir. Odur ki, iddiaçıya 17-19 ödəniş dərəcə diapazonu ilə və həmin dərəcəyə uyğun əmək haqqı məbləğinin hesablanaq ödənilməməsi qanunsuz hesab edilməlidir. Məhkəmə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi iddiaçıya son bir il ərzində “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16”na uyğun ödənilməli olan əmək haqqının ödənilməmiş hissəsində təmin edilərək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan 1 illik dövr ərzində ödənilməyən əmək haqqı fərqi aşağıdakı şəkildə hesablanmalıdır. Belə ki, 906x20/100=181.2 906-181.2=724.8 Beləliklə, 2021-ci il üzrə iddiaçıya ödənilməli olan aylıq əmək haqqı 457 manat deyil, 724 manat olmalı idi. Ödənilməmiş qalıq əmək haqqı məbləği 2021-ci il üzrə 724-457=267 manat, 11ayx267manat=2937 manat təşkil edir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iddiaçının əmək müqaviləsinə xitam verilməsi əmrinin elektron sistemə 2 ay sonra yerləşdirilməsinə görə 2 aylıq ödənilməmiş əmək haqqının da ödənilməsinə dair iddia tələbi ilə razılaşmır. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı həmin 2 ay müddətində işdə olmamışdır və öz ərizəsi ilə işdən azad edilmişdir. Belə olan halda işləmədiyi müddət üzrə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının 2021-ci il üzrə aylıq əmək haqqı məbləği 724 manat müəyyən edilməklə həmin əmək haqqı məbləğinə uyğun ödənilməmiş məzuniyyət, illik müavinət və mükafat məbləğinin qalıq hissələrinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Milli X15, Etnoqrafıya və Antropologiya İnstitutunun üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli X15, Etnoqrafıya və Antropologiya İnstitutunda ümumi işlər üzrə direktor müavini kimi ödənilmiş əmək haqqı məbləğinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2008-ci il tarixli 1-4 saylı Qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16” və xx.xx.2017-ci il tarixdən hal-hazıradək qüvvədə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16” üzrə həmin vəzifə üçün müəyyən edilmiş 17-19 ödəniş dərəcə diapazonu ilə və həmin dərəcəyə uyğun əmək haqqı məbləğinin hesablanaq ödənilməməsi qanunsuz hesab edilməli, İddiaçı 2021-ci il üzrə aylıq əmək haqqı məbləği 724 manat müəyyən edilməklə, 01 yanvar 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixinədək ödənilməmiş əmək haqqının qalıq hissəsi 2937 (iki min doqquz yüz otuz yeddi) manat məbləğində pul cavabdeh AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan tutularaq İddiaçı ödənilməli, İddiaçı 2021-ci il üzrə aylıq əmək haqqı məbləği 724 manat müəyyən edilməklə həmin əmək haqqı məbləğinə uyğun ödənilməmiş məzuniyyət, illik müavinət və mükafat məbləğinin qalıq hissələrinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Milli X15, Etnoqrafıya və Antropologiya İnstitutunun üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli X15, Etnoqrafıya və Antropologiya İnstitutunda ümumi işlər üzrə direktor müavini kimi ödənilmiş əmək haqqı məbləğinin xx.xx.2017ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2008-ci il tarixli 1-4 saylı Qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16” və xx.xx.2017-ci il tarixdən halhazıradək qüvvədə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X16” üzrə həmin vəzifə üçün müəyyən edilmiş 17-19 ödəniş dərəcə diapazonu ilə və həmin dərəcəyə uyğun əmək haqqı məbləğinin hesablanaq ödənilməməsi qanunsuz hesab edilsin. İddiaçı 2021-ci il üzrə aylıq əmək haqqı məbləği 724 manat müəyyən edilməklə, 01 yanvar 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixinədək ödənilməmiş əmək haqqının qalıq hissəsi 2937 (iki min doqquz yüz otuz yeddi) manat məbləğində pul cavabdeh AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan tutularaq İddiaçı ödənilsin. İddiaçı 2021-ci il üzrə aylıq əmək haqqı məbləği 724 manat müəyyən edilməklə həmin əmək haqqı məbləğinə uyğun ödənilməmiş məzuniyyət, illik müavinət və mükafat məbləğinin qalıq hissələrinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Milli X15, Etnoqrafıya və Antropologiya İnstitutunun üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1046/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1046/2022
23.12.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver