Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1071/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı X6 cavabdeh X2 qarşı “nikahın pozulması və aliment tələbinə dair” mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X12 cavabdeh X2 qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 08.12.2007-ci il tarixdə 1619 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 17.11.2008-ci il təvəllüdlü X8 və 09.05.2012-ci il təvəllüdlü X4 onun himayəsində qalması və onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə nikahları rəsmi olaraq Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində 08.12.2007-ci il tarixdə 1619 №-li aktla rəsmiləşdirilmişdir. Birgə nikahdan 17.11.2008-ci il təvəllüdlü X8 və 09.05.2012-ci il təvəllüdlü X9 anadan olmuşdur. Hal-hazırda ayrı yaşayırlar. Cavabdehlə xasiyyətlərimiz uyğun gəlmir, yola gedə bilmir. Ailəni bərpa etməyin mənası yoxdur. Qəti şəkildə boşanmaq fikrindədir. Hesab edir ki, hər iki uşaq üçün cavabdehdən aliment tutulmalıdır.Hazırda işsiz, evdar qadındır və uşaqları saxlamaqda çətinlik çəkir. Hər iki uşaq onun yanında qalmaq istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Ailə Məcəlləsinin 19.1, 20.1, 20.2, 21.3, 22.2, 49.1, 52, 60.4, 75.1, 75.4, 76.1.1, 100.2-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsini, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunu rəhbər tutaraq müəyyən etdi ki, tərəflər 08.12.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdurlar. Tərəflərin birgə nikahından 17.11.2008-ci il təvəllüdlü X8 və 09.05.2012-ci il təvəllüdlü X9 anadan olmuşdur. Hazırda tərəflərin nikahları formal xarakter daşıyır, ailə münasibətlərinin bərpa olunması qeyri-mümkündür. Habelə, tərəflərə barışmaları üçün vaxt verilməsinə baxmayaraq, tərəflər arasında barışıq əldə olunmamışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, nikah pozulmaqla, yetkinlik yaşına çatmayan 17.11.2008-ci il təvəllüdlü X8 və 09.05.2012-ci il təvəllüdlü X9 analarının yanında qalmalı və onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən hər uşağa görə 175 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Alimentin tutulma müddəti 11.01.2021ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı X12 ilə cavabdeh X5 arasında Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 08.12.2007-ci il tarixdə 1619 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Yetkinlik yaşına çatmayan 17.11.2008-ci il təvəllüdlü X8 və 09.05.2012-ci il təvəllüdlü X9 anaları X6 yanında qalsın. 17.11.2008-ci il təvəllüdlü X8 və 09.05.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X1 hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X6 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulma müddəti 11 yanvar 2021-ci il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1071/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1071/2021
24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver