Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1076/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət edərək, ona 2022-ci ilin dekabr ayından 2023-cü ilin iyul ayına kimi 08 ay müddətində hər ay 600 manat olmaqla ödənilməli olan 4.800 manat əmək haqqı, xx.xx.2022-xx.xx.2023-cü il üçün hesablanmış 624,82 manat son haqq-hesab, əmək haqqının gecikdirilməsinə görə mərkəzi bankın illik infilyasiya faizi (10%) ilə 1182,61 manat cərimə, 50 manat mediyasiya xərci, 10 manat poçt xərci olmaqla, cəmi 6.667,43 manat pulun Cavabdeh MMC-dən (VÖEN **********) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC şəxsində Qanuni nümayəndə ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən maliyyə işlərinin yerinə yetirilməsi razılığına gəlmişlər. Cavabdeh MMC bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən vergilər çıxılandan sonra aylıq 600 manat ödənilməklə onu mühasib vəzifəsinə götürmüşdür. Aylıq ödəniş nağdsiz formada maaş kartı ilə ona ödənilmişdir. Lakin işlədiyi dövr ərzində bir necə dəfə maaş gecikdirilərək ödənilmişdir. Belə halların dəfələrlə təkrarlanması və əsassız vədlərin verilməsi uzandığı üçün xx.xx.2023-cü il tarixdən işi dayandırmışdır. İşi dayandırdıqdan sonra dəfələrlə əmək haqqını tələb etsə də, ödəniləcəyi deyilmişdir. Son xəbərdarlıqdan sonra Əmək və Əhalinin Sosial müdafiəsi yanında X2 müraciət etmişdir. İki ay keçdikdən sonra X1 məktub gəlmişdir ki, bank hesabından çıxarışda inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati iş üzrə icraat başlanmışdır. Müfəttişliklə davamlı əlaqə saxlamasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Daha sonra 8 saylı mediyasiya təşkilatına müraciət etmişdir. Müraciətə əsasən qarşı tərəf sübutlar təqdim edilməsinə baxmayaraq, heç bir öhdəlik götürməmiş və hal-hazırda ödəyə bilməyəcəyini bildirmişdir. Bu məsələ ilə bağlı hesab edir ki, onun ödənilməyən əmək haqqı, son-haqq hesabı və əmək haqqı vaxtında ödənilmədiyi üçün dəbbə pulu ödənilməlidir. Hazırda Cavabdeh MMC-nin rəhbəri Qanuni nümayəndədur. Odur ki, ona 2022-ci ilin dekabr ayından 2023-cü ilin iyul ayına kimi 08 ay müddətində hər ay 600 manat olmaqla ödənilməli olan 4.800 manat əmək haqqı, xx.xx.2022xx.xx.2023-cü il üçün hesablanmış 624,82 manat son haqq-hesab, əmək haqqının gecikdirilməsinə görə mərkəzi bankın illik infilyasiya faizi (10%) ilə 1182,61 manat cərimə, 50 manat mediyasiya xərci, 10 manat poçt xərci olmaqla, cəmi 6.667,43 manat pulun Cavabdeh MMC-dən (VÖEN **********) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh MMC-nin rəhbəri Qanuni nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildiriş verilmişdir, həmçinin “AZEMİS” vasitəsilə ***-***-**-** mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə xəbərdarlıq edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavbdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları, iddiaçının izahatı və iş materiallarında olan rəsmi sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən Cavabdeh MMC-də mühasib vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz müddətə bağlanmışdır. Əmək müqaviləsinə əsasən işçinin aylıq əmək haqqı məbləği 670 manat olmuşdur. Vergilər və digər məcburi ödənişlər çıxdıqdan sonra iddiaçıya ödənilməli olan əmək haqqı 600,25 manat təşkil etmişdir. 2022-ci ilin dekabr ayına qədər əmək haqqı ödənilmişdir. Sonra isə heç bir səbəb olmadan İddiaçı 2022-ci ilin dekabr ayından 2023-cü ilin iyul ayına kimi əmək haqqı ödənilməmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. İddiaçı əmək haqqının ödənilməmiş hissəsinin ödənilməsini Cavabdeh MMC-nin məsul şəxslərindən tələb etsə də, heç bir razılıq əldə edilməmiş, iddiaçının əmək haqqının ödənilməmiş qalan hissəsi hazırkı vaxta kimi ödənilməmişdir. “AZEMİS”-dən əldə edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMCxx.xx.2022-ci il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır, VÖEN **********, hüquqi ünvanı AZ1012, ünvan 1 Qanuni təmsilçisi Qanuni nümayəndədur (FİN xxxxxxx). "xxxx" ASC tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC İddiaçı avqust 2022 - noyabr 2022-ci il tarixlərdə 4 ay ərzində hər ay 600,25 manat olmaqla, cəmi 2.401 manat əmək haqqı ödəmişdir. Dekabr 2022-ci ildən iyul 2023-cü ilədək ödəniş edilməmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Cavabdeh MMC İddiaçı 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayına kimi (iyul ayı da daxil olmaqla) olan 12 ay müddətində ödəməli olduğu 7.200 manat əmək haqqından 2.400 manatını ödəmiş, qalan 4.800 manatını isə hazırkı vaxta kimi ödəməmişdir. Nəticədə İddiaçı 4.800 manat real zərər vurmuşdur. Hazırda isə, cavabdeh iddiaçıya əmək haqqının ödənilməsini gecikdirildiyindən, iddiaçı 4.800 manat əmək haqqını, son haqq-hesab üçün 624,82 manat, mediyasiya xərci üçün 50.00 manat, poçt xərci üçün 10.00 manat və Mərkəzi bankın illik infiliyasiya faizi 10% omaqla - 1.182,61 manat vəsaitin ona ödənilməsini tələb edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə hesablanmış 1.182,61 manat cərimə (dəbbə) azaldılaraq 150 manat müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə sübutlara məcmu halda qismət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı 2022-ci ilin dekabr ayından 2023-cü ilin iyul ayına kimi 08 ay müddətində hər ay 600 manat olmaqla ödənilməli olan 4.800 manat əmək haqqı, xx.xx.2022-xx.xx.2023-cü il üçün hesablanmış 624,82 manat son haqq-hesab, əmək haqqının gecikdirilməsinə görə 150 manat cərimə, 50 manat mediyasiya xərci, 10 manat poçt xərci olmaqla, cəmi 5.634,82 manat pul Cavabdehndən (VÖEN **********) tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan, yəni “əmək haqqının gecikdirilməsinə görə hesablanmış 1.032,61 manat cərimənin tutulması” hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 2022-ci ilin dekabr ayından 2023-cü ilin iyul ayına kimi 08 ay müddətində hər ay 600 manat olmaqla ödənilməli olan 4.800 manat əmək haqqı, xx.xx.2022-xx.xx.2023-cü il üçün hesablanmış 624,82 manat son haqq-hesab, əmək haqqının gecikdirilməsinə görə 150 manat cərimə, 50 manat mediyasiya xərci, 10 manat poçt xərci olmaqla, cəmi 5.634,82 (beş min altı yüz otuz dörd manat səksən iki qəpik) manat pul Cavabdehndən (VÖEN **********) tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1076/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1076/2024
05.03.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver