Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1094/2022 13.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı1, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X6, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 fərdi yaşayış evindən istifadə hüquqlarına törədilən qanunsuz maneələrin cavabdehlərə qadağan edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin giriş-çıxış hissəsinin naturada ayrılmasına və ayrı giriş qapılarının qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 1969-cu il tarixindən ünvan 1 ünvanında qeydiyyatdadır və bütün kommunal xərclər onun adınadır. Həmçinin, İddiaçı2 da həmin ünvanda qeydiyyatdadır. İddiaçı1 yaxın qohumu olan Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 kömək məqsədilə müvəqqəti olaraq ünvan 1 ünvanına qeydiyyata salmış və orada yaşamalarına icazə vermişdir. Ancaq 2021-ci ilin ortalarından etibarən cavabdehlər iddiaçılara qarşı şiddət tətbiq edərək və ağır təhqiramiz ifadələrlə qanunsuz şəkildə yaşadıqları həmin mənzildən uzaqlaşdırmışdırlar. Halhazırda mənzildə yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 mənzildən istifadə hüququna və mənzilə daxil olmağına qanunsuz maneələr yaradırlar. Bununla bağlı, Yasamal RPİ 29 Polis bölməsində araşdırma aparılır. İddiaçı1 hal-hazırda məcburi qaydada yaxın qohumunun sığınacağında yaşayır. Cavabdeh1 iddia tələbinə dair yazılı etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, mərhum dayısı X7 həyat yoldaşı İddiaçı1 ilə yaşamışdır. Ölümündən əvvəl mərhum dayısının məsləhəti və razılığı əsasında 1995-ci ildə bu ünvana pasport qeydiyyatına alınmış, mərhum dayısı və hazırki iddiaçılardan biri dayısının həyat yoldaşı İddiaçı1la birlikdə yaşamışdır. O, 1995-ci ildən dayısının razılığı ilə həyətdə boş torpaq sahəsində öz maliyyə vəsaiti ilə 2 otaqlı ev inşa etmiş, hazırda mərhum dayısının və həyat yoldaşı İddiaçı1 yaşadığı yaşayış sahələri özəl yaşayış sahəsi deyil. Təxminən 2021-ci ilin ortalarında İddiaçı1 ona və ailə üzvlərinə heç bir məlumat vermədən Xızı rayon Giləzi kəndinə getmiş və digər iddiaçı X8 məxsus evdə məskunlaşmışdır. Niyətxanımın evdən getməsinin səbəbini öyrənmək üçün o, Xızı rayonu Giləzi kəndinə gedərək, Niyətxanımla görüşmüşdür. Ona məlum olmuşdur ki, 1936-cı il təvəllüdlü X14 tərəfindən tam şəkildə onun əleyhinə çevrilmişdir və Niyətxanım onun evə qayıtmaq təklifini qəbul etməmiş və məlum etmişdir ki, guya o və ailə üzvləri onu döymüş və təhqir etmişlər. xx.xx.2021-ci il tarixdə kommunal xərcləri ödəyərkən kommunal kodların Niyətxanımın yox Zeynalova Süniyənin adına olduğu məlum olmuşdur. Sonra isə X15 rayonu, Ə.Cavad küçəsi, ev 147 A ünvana pasport qeydiyyatına alındığı məlum olmuşdur. Bu andan ona məlum olmuşdur ki, Zeynalova Süniyə mərhum dayısından qalmış və hazırda Niyətxanımın istifadəsində olan hissəni ələ keçirmək məqsədilə əvvəlcədən Azərbaycan Respublikası İnsan Hüquqları Müdafiəsi üzrə Müvəkkilinə və Yasamal rayon Pİ-nin 29-cu PB-nə əvvəlcədən planlı şəkildə müraciət etmişdir. Həmçinin Yasamal Rayon İcra Hakimiyyəti 56 saylı MKİS-in rəisi ilə cinayət əlaqəsinə girmiş və aşağıdakl saxta sənədləri əldə edilmişdir: 1. Ailə üzvlərinin, yəni Niyətxanımdan etibarnamə almaqla onun və digər ailə üzvlərimin xəbəri olmadan kommunal kodları öz adına çevirmiş. 2. 56 saylı MKİS tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli arayışla guya İddiaçı2 Yasamal rayon Ə.Cavad küçəsi 147 A saylı fərdi evdə qeydiyyatsız yaşaması. 3. Yasamal rayon Pİ-nin Q və ŞV-ə şöbəsi tərəfindən verilmiş xx.xx.2021- ci il tarixli arayışla təsdiq olunur ki, guya Yasamal rayonu, Ə.Cavad küçəsi, 14 saylı evdə Zeynalova Süniyə pasport qeydiyyatında təkdir, qeydiyyatda ondan başqa heç kim yoxdur. Yasamal rayon Pİ-n xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, X2 rayonu, Ə.Cavad küçəsi, 147A saylı ünvana pasport qeydiyyatına alınması texniki səhvdir, ancaq texniki səhvin nədən ibarət olduğu izah olunmur. Azərbaycan Respublikası DİN-nin BPQMİ-n MAPS şöbəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışından məlum olur ki, X10 Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, 16 saylı evin 20 saylı mənzilinə pasport qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası DİN-i ******* saylı xx.xx.2021-ci il tarixli arayışından məlum olur ki, X10 ünvan 2 ünvanda pasport qeydiyyatındadır. Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2022-ci il tarixli arayışı ilə təsdiq olunur ki, X10 Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, 147A evdə pasport qeydiyyatında yoxdur. X10 1936-cı il təvəllüdlü bibisi İddiaçı1 onun və ailəsinin ziddinə hazırlamaqla Niyətxanımın yaşadığı yaşayış sahəsini mənimsəmək istəyir və bu səbəbdən 25 ildən artıq bir zaman daxilində onun və ailə üzvlərinin anası kimi xidmət göstərdiyi Niyətxanımla münasibətini tamah məqsədi ilə korlayır, həmçinin bu zaman vəzifəli şəxslərlə cinayət əlaqəsinə girir və saxta sənədlər hazırlamaqda davam edir. İddiaçı1 mərhum dayısının həyat yoldaşı olaraq yaşayış sahəsinə qayıtması və yenidən ona anası kimi xidmət etməyi mərhum dayısının ruhu qarşısında özünə borc bilir. Həmçinin 25 ildən artıq bir zaman daxilində Niyətxanımla ana-bala kimi yaşamış, hətta övladlarına nənəlik etmişdir. Təqdim etdiyi sənədlərlə sübut olunur ki, X10 iddiaçı qismində qəbul oluna bilməz. İddiaçı1la bağlı isə hər zaman hazırdır ki, anası kimi fərdi evdə xidmət etsin və fərdi evin Niyətxanıma aid hissəsi ona məxsusdur. Digər insanlar onların yaşayış sahəsinə daxil olması mümkünsüzdür. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili X16 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissədində qəbul etdiyini bildirmiş və iddianın həmin hissədə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsində yerləşən 147 A nömrəli evdə yaşayan vətəndaşların yazılışından ötrü ev dəftərinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1969-cu il tarixdən mübahisəli evdə qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021ci il tarixli 235 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı1 ilə yanaşı İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 da daimi qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021ci il tarixli 173 nömrəli arayışından görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021ci il tarixli 221 nömrəli arayışından görünür ki, İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, ünvan 4-da yaşayan İddiaçı1 Daxili İşlər Nazirliyinə müraciət edərək qohumu Cavabdeh1 saxta sənəd hazırlayaraq onu qəyyumluğa götürdüyünü və yaşadığı evdən məcburi şəkildə çıxarıldığını bildirmişdir. İddiaçı1 Yasamal RPİ-nin 29-cu PŞ-də veriyi izahatında bildirmişdir ki, 1964-cü ildə yaşadığı ünvana gəlin gəlmiş və həmin tarixdən ünvanda qeydiyyatda olmuşdur. Həmin ev ərinə və ona məxsus olmuşdur. 1994-cü ildə əri öldükdən sonra tək yaşamış, 2000-ci ildən isə ərinin bacısı oğlu Cavabdeh1 ailə quraraq qohumlarının məsləhəti ilə onunla birlikdə yaşamışdır. Bir müddət onunla mehriban yola getsələr də sonradan onun öz evində yaşamağı çətinləşmişdir. Cavabdeh1 onunla münaqişələr etməyə başlamışdır. O, təzyiqlərə dözmədiyi üçün qardaşı qızının yaşadığı Xızı rayonuna getməyə məcbur olmuşdur. Sonradan ona məlum olmuşdur ki, qohumu Cavabdeh1 saxta sənəd hazırlayaraq onu qəyyumluğa götürmüş və yaşadığı evdən məcburi şəkildə çıxarmışdır. O, hal-hazırda sağlamdır və heç kim tərəfindən idarə olunmur. Həmçinin, Cavabdeh1 izahatında bildirmişdir ki, 1995-ci ildən ünvan 4 ünvanında qeydiyyatdadır. 2010cu ildə həmin həyətdə ev tikmiş, lakin evin heç bir sənədi yoxdur. O, qohumu İddiaçı1 qəyyumluğa götürməmiş və İddiaçı1 evdən zorla çıxarmamış, özü pandemiya ilə əlaqədar Xızı rayonu, Giləzi qəsəbəsində yaşayan qohumunun yanına getmişdir. İş materiallarında olan ünvan 5 ünvanında qeydiyyatda olan X20, ünvan 1 ünvanında qeydiyyatda olan X11, ünvan 6 ünvanında qeydiyyatda olan X18, X12 və ünvan 7 ünvanında qeydiyyatda olan X13 tərəfindən birgə yazılmış və imzaların həqiqiliyi notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı2 heç vaxt yaşamamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2022-ci il tarixli 10/1605 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçı X1 istifadəsində olan hissəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində hissəsinin giriş-çıxış hissəsinin naturada ayrılması və ayrı giriş qapıların qoyulması İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X9 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Göründüyü kimi, mübahisəli yaşayış sahəsi özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə iddia tələbinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin giriş-çıxış hissəsinin naturada ayrılmasına və ayrı giriş qapılarının qoyulmasına dair hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 1964-cü ildən fərdi yaşayış sahəsində yaşayır və həmin tarixdən də qeyd edilən ünvanda ünvanda qeydiyyatdadır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə 2000-ci ildən isə halhazıradək həmin ünvanda yaşayır. Eyni zamanda Cavabdeh1 1995-ci ildən, Cavabdeh2 isə 2006-cı ildən həmin ünvanda qeydiyyatdadırlar. Cavabdeh1 həmin ünvanda sonradan tiklilər inşa etmişdir. Hazırda iddiaçılar Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 147 A ünvanında yerləşən fərdi yaşayış evinin giriş-çıxış hissəsinin naturada ayrılmasına və ayrı giriş qapılarının qoyulmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2022-ci il tarixli 10/1605 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçı X1 istifadəsində olan hissəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində hissəsinin giriş-çıxış hissəsinin naturada ayrılması və ayrı giriş qapıların qoyulması İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X9 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 fərdi yaşayış evindən istifadə hüquqlarına törədilən qanunsuz maneələrin cavabdehlərə qadağan edilməsi hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı1 qeyd edilən evdə qeydiyyatda olmaqla yaşamış, sahiblik və istifadə hüquqna malik olmuşdur. Yalnız son vaxtlar, qardaşı qızının yaşadığı Xızı rayonuna gedərək onunla birgə yaşayır. İddiaçı1 yaşadığı evdən məcburi şəkildə çıxarıldığını, cavabdehlər isə onun könüllü şəkildə evdən getdiyini iddia edirlər. İddiaçı bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin istifadə edilməsində yaratdıqları maneələr aradan qaldırılması hissəsində təmin edilməlidir. Bununla belə məhkəmə iddia tələbi digər İddiaçı2 münasibətdə təmin edilməməlidir. Belə ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Eyni zamanda, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s. İddiaçı2 həmin evdə qeydiyyatda olsa da, heç vaxt orada yaşamamışdır. Ona münasibətdə mənzilə köçürmə tələbinin təmini üçün yuxarıda göstərilən əsaslardan heç biri mövcud deyildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin istifadə edilməsində yaratdıqları maneələr aradan qaldırılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin istifadə edilməsində yaratdıqları maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1094/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1094/2022
13.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver