Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1110/2022 10.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə 01.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 10.10.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, Cavabdeh ilə 1994-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 17.07.2000-ci ildə nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahlarından 10.10.2008-ci il təvəllüdlü X3 anadan olmuşdur. Boşandıqdan sonra cavabdeh onlarla yaşamır. Əvəllər ona uşağın saxlanılması üçün kömək etsə də hazırda birgə nikahdan doğulmuş uşağa baxmır, onun saxlanılması üçün heç bir maddi yardım göstərmir. 10.10.2008-ci il təvəllüdlü X3 şəkər xəstəsidir. Onun müalicəsi üçün dərmanlara hər ay yüksək məbləğdə pul xərclənir. O özü işləmir və bu maddi xərcləri ödəməyə qadir deyil. Bununla bağlı cavabdehə dəfələrlə köməklik etməsini bildirsə də, o, heç bir əsaslı səbəb olmadan bundan imtina etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, hazırda işləmir. İddiaçının hər ay 300 manat məbləğində aliment tutulması tələbi ilə razı deyildir. Uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğinin nəzərə alınmasını xahiş edir. Suala cavab olaraq bildirir ki, uşağın saxlanılması üçün aliment ilk dəfə tutulur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07.10.2021-ci il tarixli, AZ-İ 395126 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Hüseynov X2 Aytən Əsgər qızı arasında bağlanmış nikah məhkəmənin 17.07.2000-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə akt qeydləri kitabında 13.10.2005-ci il tarixdə, 467 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.04.2016-cı il tarixli, AZ-İİİ 740192 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı 10.10.2008ci il təvəllüdlü X3 adlı övladı vardır. İşin mübahisəsiz halı odur ki, tərəflərin 10.10.2008-ci il təvəllüdlü Hüseynov Riad adında övladları vardır və uşaq hazırda anası İddiaçı yanında qalır. Tərəflər arasında rəsmi nikah yoxdur və hazırda tərəflər ayrı yaşayır. 10.10.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən indiyədək aliment tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Beləliklə, məhkəmə cavabdehin iş yeri barədə məlumatın olmamasını və uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə alaraq qeyd edir ki, iddia qismən təmin edilməli, 10.10.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 14.01.2022-ci il tarixdən hesablanmalı və dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi qismən təmin edildiyindən Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10.10.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 14.01.2022-ci il tarixdən hesablansın. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1110/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1110/2022
10.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver